Con Lokk
Jump to navigation
Jump to search
Con Lokk (1632-1704) - İngilis yazıçısı, filosofu, liberalizmin banisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adamların fəaliyyəti onların fikirlərinin ən yaxşı tərcümanıdır.
B[redaktə]
- Biliklərə yiyələnmək, sağlam yaşamaq və həyatda uğur qazanmaq üçün insan öz düşüncələrini idarə etməyi bacarmalıdır.
- Boş qab-dolu çəlləkdən çox səs çıxarır.
- Butun millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır.
F[redaktə]
- Fırıldaq yalanın daimi yoldaşıdır.
G[redaktə]
- Gimnastika insanın gəncliyini uzadır.
İ[redaktə]
- insanın hərəkətləri onun düşüncələrinin ən yaxşı tərcüməçisidir.
- İnsanın xoşbəxtliyi və ya bədbəxtliyi əsasən onun öz əllərinin işidir.
- İyirmi qəbahəti bağışlamaq olar, bir yalanı isə yox. Çünki yalanın daimi peyki hiyləgərlikdir.
Q[redaktə]
- Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır.
P[redaktə]
- Pis tərbiyə almış adamda cəsarət kobudluğa, alimlik pedantizmə, məzəlilik oyunbazlığa, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilər. [1]
U[redaktə]
- Uşaq sevməyənin uşağa cəza vermək haqqı yoxdur.
- Uşaqların düzgün tərbiyəsindən bütün xalqın firavanlığı asılıdır.
İstinadlar[redaktə]
- ↑ Aforizmlər və hikmətli sözlər, Bakı, 2005