Gənclər
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, gənclər illər sonra öz ağılsızlıqlarına əmin olur və bir qayda olaraq, əldə etdikləri bu təcrübə onlar üçün baha başa gəlir. Daniel Defo
B
[redaktə]- Bir dəfə adamın birindən Şeksperi sevmədiyimi, yazmağa haqqım olmadığını izah edən uzun və hirs dolu bir məktub almışdım. Gənclər mənə aldanıb Şeksperi oxuma zəhmətinə belə girməyəcəkdilər. Belə bir mövqe göstərməyə haqqım yox idi. Səhifələrcə bunu söyləyib dayanmışdı. Cavablandırmadım. Amma burada cavablandıracağam. S..... get . Mən Tolstoyu da sevmirəm. Çarlz Bukovski
- Bu gənclər analarına uşaq dünyaya gətirməyi öyrədiblər. Somali atalar sözləri
- Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar... Heydər Əliyev/Təhsil
- Bütün qanunlar qocalar və kişilər tərəfindən yaradılıb. Gənclər və qadınlar kənara çıxmalar, qocalar qaydalar axtarır. Yohann Volfqanq Göte
C
[redaktə]- Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
D
[redaktə]- Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç
G
[redaktə]- Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. Mustafa Kamal Atatürk
- Gənclər arzularla, qocalar isə xatirələrlə yaşayır. Frenk Nayt Zengers
- Gənclər güclü alov, qocalar isə yanıb qurtararaq özü-özünə sönən tonqal kimi ölürlər. Mark Tulli Siseron
- Gənclər qocaların axmaq olduqlarını düşünürlər. Halbuki, qocalar gənclərin axmaq olduqlarını bilirlər. Corc Çapmen
- Gənclər teorem sübut etməlidir, qocalar isə kitab yazmalıdır. Godfrey Hardi
- Gənclər tez-tez güzgüyə baxmalıdırlar: gözəl öz gözəlliyini eybəcər etməmək üçün, eybəcər isə eybəcərliyini tərbiyə ilə gözəlləşdirmək üçün. Sokrat
- Gənclər ümidləri ilə, qocalar isə xatirələri ilə yaşayırlar. Fransız atalar sözləri
- Gözəl gənclər təbiətin əsəridir, gözəl yaşlılar isə sənətin. Albert Eynşteyn
H
[redaktə]- Haqqları və zövqləri əlindən alınan gənclər, onların yerinə daha gizli və təhlükəli olanları qoyur. Jan Jak Russo
M
[redaktə]- Musiqi ruhun etik tərəfinə müəyyən təsir göstərə bilər; və musiqinin belə xüsusiyyətləri olduğu üçün, açıqca, gənclər üçün təhsil mövzuları sırasına daxil edilməlidir. Aristotel
- …Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir… Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də bir o qədər uğurlu, parlaq olacaqdır. Mən əminəm ki, xalqımızın fitri istedadı və XX əsrdə təhsil sahəsində toplanmış təcrübə, yaranmış məktəblərin potensialı, yüksək təhsil vermək səviyyəsi Azərbaycanın indi orta məktəbdə təhsil alan gənc nəslin gələcəyə hərtərəfli hazırlanmasına təminat verir. Heydər Əliyev/Təhsil
- Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, özünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər.. Fransua de Laroşfuko
S
[redaktə]- Salam gənclər və həmişə gənc qalanlar. Cem Karaca
- Siz gənclər, qocaların gənc ikən dinlədiyi bir qocanı dinləyirsiniz. Oktavian Avqust
T
[redaktə]- Təhsil оcaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Heydər Əliyev/Təhsil
Y
[redaktə]- Yaşlılar dururkən məclisdə gənclər danışırsa, o söhbətin xeyrindən ümid kəsilsin gərək. Əbülfəz Zun-nun Misri
- Yaşlılar üçün rahatlıq, gənclər üçün ümid gizlidir gecənin qoynunda. Corc Bernard Şou
- Yetkinlikdən yan keçib qocalığa keçən gənclər gənc kimi görünmək istəyən qocalar kimi iyrəncdirlər. Vissarion Belinski