Qoca
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aclıq cavanı qoca, toxluq qocanı cavan edər. Xausa atalar sözləri
B
[redaktə]- Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
- Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
- İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
- Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
- Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun. Nəsirəddin Tusi
- Bir zamanlar bəylər üçün qos-qoca nəhrlər qazmış işçilər artıq heç bir şey, özləri üçün məzar belə, qaza bilməyəcəkdilər. Andrey Platonov
- Biri, "Adam nə vaxt evlənməli?" deyə soruşduğunda, "Gənc isə, hələ evlənmə zamanı gəlməmişdir. Qoca isə, vaxtı keçmişdir" cavabını vermişdir. Sinoplu Diogen
- Bu qoca həkimi başa düşmürəm. Özü üçün əziz olan hər şeyə qarşıdır. Rəşad Nuri Güntəkin
- Bütün ömrünü namusla yaşamaq istəyən insan cavanlıqda nəzərə almalıdır ki, bir vaxt onun özü də qoca olacaq və qocalanda yadında saxlamalıdır ki, vaxtilə onun özü də cavan olub. Samuel Conson
D
[redaktə]- Daxili apartamentlərin nəzarətçisi topal, qozbel, axmaq, qoca, qadınlara qarşı biganə, öz hisslərinə nəzarət edən, arzulardan azad və hər bir iş üçün yararlı olmalıdır. Çanakya
- Dünyada qoca olmaq məharətinə yiyələnən, əsl qoca olmağı bacaran çox az qoca var. Fransua de Laroşfuko
Ə
[redaktə]- Əgər kimsə xoşbəxtlik ardınca qaçırsa, onu tapacaq. Öz eynəyini axtaran qoca qarı kimi siz görəcəksiniz ki, xoşbəxtlik həmişə burnunuzun ucunda imiş. Corc Bernard Şou
- Әn ağlasığmaz şey nәdir? - Tiranı qoca görmәk. Miletli Fales
F
[redaktə]- Fiziki cəhətdən zəif, qoca insanlar sadə işlərin öhdəsindən bu işə adət etməmiş möhkəm bədənli cavanlardan daha asan gəlirlər. Hippokrat
G
[redaktə]- Cavan adam kasıb da olsa, şad olur, qoca adam varlı da olsa qəmgin olur. Fin atalar sözləri
- Cavan adamlara tez-tez güzgüyə baxmaq lazımdır: gözəllər ona görə ki, öz gözəlliyini ləkələməsin, çirkinlər isə ona görə ki, tərbiyəsi ilə eybəcərliyini gözəlləşdirsin. Sokrat
- Cavan gəlsə – işə gələr, qoca gəlsə – aşa gələr. Özbək atalar sözləri
- Cavan olanda dişlər ağ olur, qoca olanda - saçlar. Monqol atalar sözləri
- Cavan öküzlə qoca sələmçiyə yaxın düşməmək daha yaxşıdır. Teluqu atalar sözləri
- Cavanın güc qoyduğu yerə, qoca çalışar ağıl qoysun. Monqol atalar sözləri
- Cavanlar öləndə yadıma sellə söndürülmüş güclü bir alov düşür; lakin qocalar öləndə sanki yanacaq yandıqdan sonra güc tətbiq edilmədən və öz istəyi ilə sönmüş kimi olur; necə ki, almalar yaşıl olanda ağacdan çətinliklə qoparılır, lakin yetişən və yumşaq olanda özləri tökülürlər, belə ki, cavanlarda ölüm güclə, qocalarda isə yetişmənin nəticəsidir. Mənə, doğrudan da, ölüm üçün bu “yetişmə” düşüncəsi o qədər xoşdur ki, ölümə yaxınlaşdıqca, özümü nəhayət qurunun gözü qarşısında olan və uzun müddətdən sonra öz limanında lövbər salmaq üzrə olan biri kimi hiss edirəm. Mark Tulli Siseron
- Cavanlar yeməkdən sonra sağlam olur, qocalar - yuxudan sonra. Fin atalar sözləri
- Cavanlarda qocaların hansısa yaxşı əlamətləri xoşuma gəlir, qocalarda isə cavanlıq əlamətləri. Mark Tulli Siseron
- Gənclər arzularla, qocalar isə xatirələrlə yaşayır. Frenk Nayt Zengers
- Gənclər güclü alov, qocalar isə yanıb qurtararaq özü-özünə sönən tonqal kimi ölürlər. Mark Tulli Siseron
H
[redaktə]- Hamı əti xoşlayır, ancaq allah birinə quzu göndərir, birinə də qoca keçi. Əfqan atalar sözləri
- Hansı ömrü uzun ömür hesab edək? Ümumiyyətlə, insan həyatında uzun nə ola bilər? Biz yalnız insanlara verilən və onların hesab etdikləri ilə müqayisə edərək bütün uzun və qısa şeyləri adlandırırıq. Aristotelin sözlərinə görə, Avropa tərəfdən Ponta axan Qipanis çayında birgünlüq kəpənəklər yaşayır: onlardan səkkiz saat yaşayanı qoca yaşında ölür, qüruba qədər yaşayanı isə ən qoca yaşda ölür və bu hadisə xüsusilə günəşin pik nöqtəsində daha nəzərə çarpır. İnsan uzunömürlülüyünü əbədiliklə müqayisə etsək görərik ki, biz birgünlük həşəratlar kimi məxluqlarıq. Mark Tulli Siseron
- Həm yaşlı, həm də gənc müdriklik axtarmalıdır: birincisi ona görə ki, qocaldıqca, keçmişin lütfü sayəsində yaxşı işlərdə gənc olsun, ikincisi isə gənc ikən, O, eyni zamanda qoca ola bilər, çünki gələcək şeylərdən qorxmur. Epikür
X
[redaktə]- Xanım Qoca-Meymunla evlənən cənab Qoca-Meymundur. Aşanti atalar sözləri
İ
[redaktə]- İndi mənim xoşbəxtliyimə kölgə salan yeganə bulud, – qoca qarının və soğanla dolu arabanı çəkən eşşəyin qaldırdığı toz bulududur. (Bilirəm ki, bu cür gözəl bir gündə arabanın nektar və ambroziya (astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi) ilə, heç olmasa, üzüm və şaftalı ilə dolu olması daha yaxşı olardı, amma mən düz danışan adamam: bu, sadəcə soğan idi.) Amma artıq toz yatır və budur yenə arxamda – bütöv bir Fransa, qarşımda İtaliya, sağımda – Aralıq dənizi, solda – Alp dağları, üzərimdə isə yaqut qübbə. Və beşi də olduqca yaxındır; onlar elə sakit və elə yaxındılar ki, əlimi uzatsam onlardan istədiyim birini seçib hədiyyə olaraq sizə göndərə bilərəm. Amma hətta əgər poçt orqanları bildirməsə də ki, onların göndərilməsi müşkül məsələdir (yenə rəsmiyyətçilik – idarələrin lənəti), onların gözəlliyi yolda itəcək və sizə çatanda yekə, heybətli və qorxunc bir şey olacaqlar. Odur ki, mən sizə xatirə üçün yalnız bu yabanı rozmarin (çəmənotu və ya ətotu) şaxəsini göndərirəm. Amma yenə də qoca qarıya acığım tutur. O, öz eşşəyi ilə özümə danışdığım nağılın düz ortasında peyda oldu və hər şeyi korladı. Bəs siz heç özünüzə nağıl danışırsınız? Yoxsa, siz tamam böyümüsünüz? Qırılmış dostluq
K
[redaktə]- Kim ki, ad qoymuşdur qoca dünyada,
Onu öz dostları vermişdir bada.
Ay üzlü Yusifi yad edin barı,
Ona quyu qazdı öz qardaşları.
Əzəldən dünyanın bir qaydası var:
Bal tutan barmağı arılar sancar. Nizami Gəncəvi - Köhnənin cırılması bitməz, qoca inləməyi bitirməz. Gürcü atalar sözləri
Q
[redaktə]- Qoca adam gənclik atəşi ilə alovlana bilməz. İbn Sina
- Qoca ağacı çıxarıb başqa yerdə əkmək olmaz. Antisfen
- Qoca ağaclar əyilməz. Yapon atalar sözləri
- Qoca ana evdə üç kilid kimidir. Vyetnam atalar sözləri
- Qoca at da arpa yeyər. Azərbaycan atalar sözləri/Q
- Qoca at daha çox lobya istəyir. Koreya atalar sözləri
- Qoca at yolu yaddan çıxarmaz. Yapon atalar sözləri
- Qoca ayı rəqs etməyi öyrənməyəcək. Eston atalar sözləri
- Qoca ayrı, qocaman ayrı. Azərbaycan atalar sözləri/Q
- Qoca bilir və gənc şübhəli. Uels atalar sözləri
- Qoca cənnət quşu olmaqdansa, cavan peyin qurdu olmaq yaxşıdır. Mark Tven
- Qoca dəvə bərk nərildər, qoca xoruz bərk banlar. Qaraqalpaq atalar sözləri
- Qoca evin sütunudur. Azərbaycan atalar sözləri/Q
- Qoca ərlərin cavan arvadları ərinin sağlığında düşünür ki, onların göz yaşlarını kim siləcək. Karlo Qoldoni
- Qoca güclü də olmasa, ağıllıdır. Fin atalar sözləri
- Qoca it boş yerə hürməz. Eston atalar sözləri
- Qoca qarğa boş yerə qarıldamaz. Udmurt atalar sözləri
- Qoca qarılar tez-tez iki-üç gün yemək yemirlər. Amma atleti yeməkdən bircə gün məhrum et, o, haray-həşir salaraq, ağlaya-ağlaya qulluq etdiyi Olimp Yupiterə daha dözə bilmədiyini söyləyəcək. Vərdişin gücü həqiqətən böyükdür! Mark Tulli Siseron
- Qoca qulluqçu göndərilməmiş məktubdur. Macar atalar sözləri
- Qoca qurd xeyrini bilər. Rus atalar sözləri
- Qoca qurd yuvasından əl çəkməz. Azərbaycan atalar sözləri/Q
- Qoca, məşhur, təhsilli, bacarıqlı, cəsarətli, ayələri bilən, poetik, nəcib insanlar zənginə yaxınlaşıb deyəcəklər:“Uğurlar və uzun ömür!” Çanakya
- Qoca optimist istisna olmaqla, gənc pessimistin vəziyyətindən kədərli mənzərə yoxdur. Mark Tven
- Qoca öküzü öldürmək olar, öyrətmək olmaz! Azərbaycan atalar sözləri/Q
- Qoca ölümün gözünə baxır, gənc onu arxasında saxlayır. Eston atalar sözləri
- Qoca rəssamların şəkillərində şahə qalxmış atlar kenquruya oxşayır. Mark Tven
- Qoca sərçə samana aldanmaz. Tatar atalar sözləri
- Qoca Şərqin bir nicat yolu varsa, o da üsul-idarəsinin dəyişilməsindədir. Nəriman Nərimanov
- Qoca tülkü hiyləbaz olar. Azərbaycan atalar sözləri/Q
- Qoca tülkü tora düşməz. Azərbaycan atalar sözləri/Q
- Qoca tülküləri tələyə salmaq çətindir. Alman atalar sözləri
- Qoca üçün xatirələr ilğım kimidir, Səhrada onu görür. Pyer Jan Beranje
- Qoca vaxtı eşqə düşüb cavanlığa başlamaq məğlub ikən zəfər təbili çalmaq kimi bir işdir. Qabusnamə
- Qocadan demək, Cavandan əmək. Azərbaycan atalar sözləri/Q
- Qocalar arasında uşaq aqil olar, uşaqlar arasında qoca - uşaq. Qaraqalpaq atalar sözləri
- Qocalar cavanlardan az xəstələnirlər. Amma əgər onlarda xroniki xəstəkilər olarsa, bu, onların ölümü ilə sona çatır. Hippokrat
- Qocalar orucu çox asanlıqla tuturlar. Bu işdə böyüklər də əziyyət çəkmir, cavanlar isə çətinlik çəkirlər. Ən çətinlik çəkən isə uşaqlar olur. Uşaqların içində isə qarınqulu uşaqlar üçün bu daha çətin olur. Hippokrat
- Qocaları işdən uzaqlaşdırmaq istəyənlərin gəmi üzərkən sükançının heç nə eləmədiyini iddia edənlər kimi heç bir əsası yoxdur. Mark Tulli Siseron
- Qocaların salamatlığı - cavanların sakitliyidir. Vyetnam atalar sözləri
- Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlməzdir. Azərbaycan atalar sözləri/Q
- Qocalıq soruşmaz - gələr. Azərbaycan atalar sözləri/Q
- Qocalıqda yorğalıq. Azərbaycan atalar sözləri/Q
- Qocanın biliyi, cavanın biləyi. Azərbaycan atalar sözləri/Q
- Qocanın nöqsanını demək faydasızdır. Antisfen
- Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq yeyər. Azərbaycan atalar sözləri/Q
- Qocaya gülən özünə gülər. Azərbaycan atalar sözləri/Q
- Qocaya hörmət elə, sən də qocalarsan. Azərbaycan atalar sözləri/Q
M
[redaktə]- Mən uşaqlığım çağında anamın - cahilliyi, inanclılığı və mövhumatı ilə seçilən qoca bir xidmətçisinə çox şeyə görə borcluyam. O, qraflığın ən böyük kolleksiyasına - şeytanlar, kabuslar, pərilər, elflər, cadugərlər, ruhlar, xəyallar, sehrlər haqqında hekayələr və mahnılar, nəhənglər, ovsunlu qüllələr, əjdahalar və digər pisliklər toplusuna sahib idi. Bütün bunlar məndə şeirin gizli toxumlarını yaratdı. Robert Berns
N
[redaktə]- Nə qədər qoca olsa, min cavana dəyər. Azərbaycan atalar sözləri/N
- Nə qədər yaşının olmasından asılı olmayaraq, arzularının puç olduğu zamandan qoca olursan. Aleksandr Düma (ata)
O
[redaktə]- Onun otuz yaşı tamam oldu: yarımçıq yaş. Cavan olmaq üçün çox qocasan, qoca olmaq üçün çox cavansan. Frederik Beqbeder
S
[redaktə]- Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Koko Şanel
Ş
[redaktə]- Şeytan, şeytan olduğuna görə çox bilmir, şeytan qoca olduğuna görə çox bilir. İspan atalar sözləri
T
[redaktə]- Təəssübkeşlik cəhalətin, xəstə ağılların xəstəliyidir; azad və canlının həvəsi. Təhsil və sərbəst müzakirə hər ikisinin panzehiridir. Qədərimiz cəhalət və barbarlığın qayıdışına qarşı bir maneə olmaqdır. Qoca Avropa bacardıqca bizim çiyinlərimizə söykənməli və keşişlərin və padşahların rahib çəpərləri altında bizim yanımızda gəzməli olacaq. Cənub qitəsi bizim nişanımıza çatanda biz necə bir Kolossus olacağıq! O, dünyanın ağıl və azadlığı uğrunda mitinq olaraq necə dayanacaq! Mən gələcəyin xəyallarını keçmişin tarixindən daha çox sevirəm. Gecəniz xeyrə. Xanım Adams və sizin yanımda olduğunuzu və əsrlərin və ölkələrin tərəqqisini və çətinliyini qeyd edərək həmişə xəyal edəcəm. Tomas Cefferson
Ü
[redaktə]- Üç sədaqətli dost var: qoca arvad, qoca it və nağd pul. Bencamin Franklin
Y
[redaktə]- Yaxşı qoca olmayan yerdə yaxşı cavan da olmaz. Adıgey atalar sözləri
Z
[redaktə]- Zahirən qoca, ağıl gənc. İsveç atalar sözləri