Məzmuna keç

Əlac



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:

Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar. İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.

Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən. Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun. Nəsirəddin Tusi

  • Elm əksər dərdlərimizə çarə tapıb, amma ən pisinə, biganəliyinə heç vaxt əlac tapmayıb. Helen Keller
  • Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
    • Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
    • İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
    • Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır. Nəsirəddin Tusi
  • Qəlbin əlacı beşdir: Qurani-Kərim oxumaq, Qurani kərimə baxmaq, mədəni boş saxlamaq, gecələr qalxıb ibadət etmək, səhərlər ağlayıb sızlamaq və yaxşı kəslərlə oturub-durmaq. İbrahim Həvvas
  • Qəzetin borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq nikü-bədindən xəbərdar olub, onun əlacının dalınca olsun.[1] Həsən bəy Zərdabi
  • Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
  • Ruslar dar düşüncəli, sırtıq, hətta axmaq görünə bilərlər, amma onların qarşısına çıxanlara dua etməkdən başqa ayrı əlac qalmır. Uinston Çörçill

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 310