Hiylə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aslanı hiylə ilə təslim edərlər. Kürd atalar sözləri
B
[redaktə]- Başqalarının qüsurları asanca görülər, amma öz qüsurumuz görülməz; adam qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxlayar kimi saxlayar. Qautama Budda
- Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
- Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
- İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
- Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
- Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun.Nəsirəddin Tusi
- Bir adam ki, qoya hiylə binası,
Aqibət özünə dəyər xətası.Qasım bəy Zakir
E
[redaktə]- Eşq macərası həmişə hiylə işlədilən bir oyundur. Onore de Balzak
Ə
[redaktə]- Əgər zorakılıq varsa, bu, siyasətin sağ, hiylə varsa, sol əlidir. Pyer Büast
- Əxlaqlı adamda hiylə olmaz. Frensis Bekon
- Əksər hallarda hiylə və yalan qadınlara yaddır. Hissinin səsinə tabe olan, həqiqətən sevən adi bir qadın hiyləgərlik etməyə qadir deyil. Teodor Drayzer
G
[redaktə]- Gücün köməyi ilə edilə bilməyən bir şeyi hiylə ilə etmək olar. Qızıl zəncirdən istifadə edən qarğa qara kobraya qalib gəldi.
H
[redaktə]- Hər hansı bir hiylə qadın hiyləsi ilə müqayisədə heç nədir. İncil
- Hiylə ilə tikilən ev, bəhanə ilə yıxılar. Azərbaycan atalar sözləri/H
- Hiylə ilə yaşamaq, yaxud ağlayıb yalvarmaq yaşamaq deyil, gün keçirməkdir. Abay Kunanbayev
- Hiylə və xəyanət ağacının barı müsibət və fəlakət olar.Kəlilə və Dimnə
- Hiylə və xəyanət zəif adamlara xas olan əməldir. Fransua de Laroşfuko
- Hörümçək min hiylə qurur ki, şeh dənəciyini toruna salsın, ancaq tutduğu – milçək. Rabindranat Taqor
X
[redaktə]- Xeyr, bu hiylə işləməyəcək ... Kimya və fizika qanunları ilk sevgi kimi vacib bir bioloji hadisəni necə izah edə bilər. Albert Eynşteyn
İ
[redaktə]- İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
M
[redaktə]- Məhəbbət – başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər vermək istəyəndə, ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə gizlədir. Paulo Koelyo
O
[redaktə]- Ovçu nə qədər hiylə bilirsə, ayı da o qədər yol bilir. Türk atalar sözləri
Z
[redaktə]- Zülm, həsəd, hiylə ilə bu dünyada iş aşmaz. Abbasqulu ağa Bakıxanov