Qabusnamə

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A[redaktə]

  • Axmağın əlinin altında ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli yazıq sayılar.
  • Ağıl ilə dövlət əldə etmək olar, dövlətlə ağıl qazanmaq olmaz.

B[redaktə]

  • Bütün sənətlərin açarı elm və tərbiyədir.
  • Bütün sərvətlər içərisində ən gözəl sənət sərvətləri bacarmaqdır.

Ç[redaktə]

  • Çox bilən, lakin az danışan ol, az bilib çox danışan olma.

E[redaktə]

  • Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir.

D[redaktə]

  • Dili xoş olanın havadarı çox olar.

H[redaktə]

  • Həmişə könlünün xoş olmasını istəyirsənsə, paxıl olma.

İ[redaktə]

  • İşlərin asan olar, olsan tamahdan azad,

Qənaətə başladın, ev-eşik oldu abad!

K[redaktə]

  • Kim çoxlu pulu canından əziz tutsa, o, tezliklə əzizlikdən zəlilliyə düşər.
  • Kişinin qeyrəti olmasa, məsləki də olmaz.
  • Kobudluq zorakılıq əlamətidir.

Q[redaktə]

  • Qazanc dövlət artırar, insaf şöhrət.
  • Qədir bilməyənə yaxşılıq etmək nadanlıqdır.
  • Qənaət - özü dövlət deməkdir.
  • Qoca vaxtı eşqə düşüb cavanlığa başlamaq məğlub ikən zəfər təbili çalmaq kimi bir işdir.

L[redaktə]

  • Ləyaqət əql və ədəbdədir, əsil-nəsəbdə deyil.

P[redaktə]

  • Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab işləməyə bərabərdir.

R[redaktə]

  • Rahatlıq zəhmətdədir, zəhmət isə dincəlməkdə.

S[redaktə]

  • Səbirli olmaq ağıllı olmağa bərabərdir.

Ü[redaktə]

  • Ürəyi möhkəm, beyni küt olan adamların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur.

Z[redaktə]

  • Zarafat şərrin müqəddiməsi, bütün bəlaların bələdçisidir.
  • Ziyankarlığın səmərəsi məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın bəhrəsi alçalmaqdır.