Xəsis
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmağın əlinin altında ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli yazıq sayılar. Qabusnamə
Ə[redaktə]
- Əliaçığın yeməyi şəfadır, xəsisin yeməyi xəstəlik. Məhəmməd peyğəmbər
- Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır. Nikola Şamfor
- Əsl xəsis, salam verməkdə xəsislik edən kimsədir. İmam Hüseyn
G[redaktə]
- Göy xəsis olanda, adamlar da xəsisləşər. Tamil atalar sözləri
X[redaktə]
- Xəsis acgöz olar. Azərbaycan atalar sözləri/X
- Xəsis acgöz olar, kinli inadkar. Monqol atalar sözləri
- Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün. Klod Adrian Helvetsi
- Xəsis ağlını qaçırmış bir kapitalistdir, kapitalist isə ağılı başında bir xəsis. Karl Marks
- Xəsis havanı udanda da xəsislik edər. Azərbaycan atalar sözləri/X
- Xəsis zalım olar. Azərbaycan atalar sözləri/X
- Xəsisi sərvətlərlə, təkəbbürlünü ehtiramlarla, axmağı yaltaqlıqla, ağıllını isə düzgünlüklə cəlb etmək olar. Çanakya
- Xəsisin barmağından da qan çıxmaz. Udmurt atalar sözləri
- Xəsisin gümüşü onu basdıranda torpaqdan çıxar. Sədi
- Xəsisin söhbəti "yox"la qurtarar. Udmurt atalar sözləri
- Xəsisin yarasından qan da axmaz. Qırğız atalar sözləri
- Xəsisin yuxusu gəlməz. Benqal atalar sözləri
U[redaktə]
- Uğurlu oğurluq etmək üçün zirək və xəsis olmaq lazımdır. Xüsusi ilə də xəsislik daha çox zəruridir. Çünki, kiçik bir oğurluq üstündə işiniz məhkəməlik ola bilər. Saltıkov-Şedrin