Jan de Lafonten

Vikisitat saytından

Jan de Lafonten - Fransız şairi və təmsilçisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ayrılıq sevginin məlhəmi olduğu kimi, qəzəbi də, kini də azaldar. [1]

B[redaktə]

  • Bəzi insanlar böyük kainatı tanıya bilirlər, lakin özlərini tanıya bilmirlər.

E[redaktə]

  • Eşqə heç nə hökm edə bilməz, əksinə, o hər şeyə hökm edir.

Ə[redaktə]

  • Ən ağır yük sirrdir. Xoş o yükü daşıya bilənə.

G[redaktə]

  • Görünüşə görə qərar vermə.

H[redaktə]

  • Heç bir zəfərə çiçəkli yollarla gedilmir.

X[redaktə]

  • Xəstəsini məmnun edən yeganə xəstəlik eşqdir.

K[redaktə]

  • Kimlərə meydan oxumaz ki, insan təkbaşına düşündüyü zaman.[2]

Q[redaktə]

  • Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür.

M[redaktə]

  • Mənim kədərim zamanın qanadları üstündə uçur.
  • Məsləhət vermək həvəskarı minlərlədir, amma məsləhətlərə əməl edən çox azdır.

Ö[redaktə]

  • Ölüm qapını döyüncə açmamaq olmaz.

P[redaktə]

  • Pulundan ən az istifadə edən xəsisin özüdür.

S[redaktə]

  • Səbr və zaman güc və ehtirasdan daha böyük işlər görür.
  • Susadıqda quyuya enməyinə enməli, lakin necə çıxılacağını da düşünməli.

İstinadlar[redaktə]

  1. Aforizmlər. Bakı, 2013. səh.20
  2. Ağıla və qəlbə işıq saçan sözlər