Məzmuna keç

Talmud

Talmud — yəhudiliyin dini mətni. Eramızdan əvvəl 2-ci əsrdən eramızın 5-ci əsrinə qədər yəhudiliyin dini qanunlarını, qaydalarını və ənənələrini əhatə edir.

Talmud



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaq öyrədir, müdrik öyrənir.
  • Başqalarının şərəfsizliyində izzət axtarmayın.
  • Bir həyatı məhv edərsə, bütün dünyanı məhv etmiş kimidir. Kim bir can qurtararsa, bütün dünyanı xilas etmiş sayılır.
  • Biz danışmağı insanlardan, susmağı tanrılardan öyrənirik.
  • Bizim nəsildə elə bir adam yoxdur ki, başqasını qınamağa haqqı olsun.
  • Daha çox ət daha çox qurd deməkdir. Daha çox mal, daha çox qayğı. Daha çox kəniz, daha çox zina. Daha çox qulluqçu, daha çox xəyanət. Daha çox qadın, daha çox sehr. Daha çox qanun, daha çox həyat. Daha çox təlim, daha çox hikmət. Daha çox məsləhət, daha çox bəsirət. Daha çox xeyirxahlıq, daha çox sülh və yaxşı şöhrət qazanan əbədi həyata sahibdir.
  • Dünya yalnız uşaqların nəfəsi ilə qorunur.
  • Gecələr ağlayanla ulduzlar belə ağlar.
  • Hər kəs deməlidir: Dünya mənim üçün yaradılıb. Ona görə də məsuliyyəti bölüşürəm.
  • Kim xırda şeylərdən həzz alırsa, hər xırda şey onu incidə bilər.
  • Kim qırx gün qayğısız yaşasa, artıq yer cənnəti ilə mükafatlandırılmışdır.
  • Qulaqlarına güvənmə, gözlərinə güvən.
  • Mən müəllimlərimdən çox şey öyrəndim, daha çox yoldaşlarımdan, amma ən çox tələbələrimdən öyrəndim.
  • Möcüzələri sübut kimi göstərmək olmaz.
  • Oruc sədəqədən üstündür, çünki oruc bədəninlə, sədəqə isə malınla yerinə yetər.
  • Sinifdə şagirdləri müdrikliklərinə görə, yeməkdə isə yaşlarına görə əyləşdirin.
  • Üçü son dərəcə dözülməzdir: qürurlu kasıb, bürokratik qoca və xəsis varlı.
  • Ümumiyyətlə, susmaq təqdirəlayiqdir, amma tədris zamanı susmaq təqdirəlayiq deyil.
  • Yalnız biliyi yoxsul olan fəqirdir.
  • Zəif insan təhlükəli insandır.

İstinadlar

[redaktə]