Axmaq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
- Adətən, siz deyirsiniz ki, Allah hər şeyi insanlar üçün yaradıb. Müdriklər üçün? O halda, o bu qədər az adam üçün nə qədər böyük səy göstərib. Yaxud, axmaqlar üçün? Əgər bütün axmaqlar ən çox axmaq oduqlarına görə bədbəxt insanlardısa, o zaman Allah nəyə nail olub? Mark Tulli Siseron
- Axmaq adam həyatın ləzzətini axtarır və özünü aldanmış görür. Ağıllı adam çətinliklərdən qaçar. Bu işdə uğursuz olsa da, bu, artıq onun axmaqlığından deyil, bəxtindəndir. Uğur qazananda da aldanmayıb. Artur Şopenhauer
- Axmaq adam istəyəndə ki, işini danışsın - sirrini açar. Qırğız atalar sözləri
- Axmaq adam oğurluq keçi ilə gəzməyə çıxar. Azərbaycan atalar sözləri/A
- Axmaq adam onda ağıllı iş görər ki, susar. Çeçen-inquş atalar sözləri
- Axmaq adam özündən başqasını sevməz. Rus atalar sözləri
- Axmaq adam özünə düşməndir, özgəyə necə dost olar?! Azərbaycan atalar sözləri/A
- Axmaq adam səsini qaldırar, ağıllı ancaq gülümsəyər. Benqal atalar sözləri
- Axmaq adam sussa yaxşıdır. Amma o, bunu bilsəydi, axmaq olmazdı. Sədi Şirazi
- Axmaq adamı iki əlamətinə görə tanımaq olar: o, ona faydasız olan şeylərdən çox danışır və ondan soruşulmayan şeylər barəsində fikir bildirir. Platon
- Axmaq adamın xöşbəxtliyi də axmaq olur. Çin atalar sözləri
- Axmaq adamın sözləri necə də axmaq olur: bəzən bu sözlər ağıllı insanı çaşdımaq üçün kifayət edir. Nikolay Qoqol
- Axmaq adamla mənim aramda yalnız bir fərq var: axmaq elə düşünür ki, ağlı yerindədir, mən isə ağlımın yerində olmadığını düşünürəm. Salvador Dali
- Axmaq adamlar üçün həqiqət dumandakı məşəl kimidir: dumanı dağıtmadan işıq saçır. Pyer Büast
- Axmaq axmağı tapar. Azərbaycan atalar sözləri/A
- Axmaq balıq üçün düşmən – yemdir, balıqçı yox. İspan atalar sözləri
- Axmaq bambılı dağa qalxanda ozü başqalarının gözündə kiçik göründüyü kimi, o da dağ başından başqalarını kiçik görür. Pyer Büast
- Axmaq baş bəlalı olar. Azərbaycan atalar sözləri/A
- Axmaq başın səfasını ayaqlar çəkər. Azərbaycan atalar sözləri/A
- Axmaq cavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə. Rus atalar sözləri
- Axmaq da sükut edəndə ağıllı görünər. Azərbaycan atalar sözləri/A
- Axmaq danışanda arif susur. Assuri atalar sözləri
- Axmaq dediyini deyir, eşidən ağıllı olsun. Ləzgi atalar sözləri
- Axmaq düzü damcı-damcı udar, yalanı - qaşıq-qaşıq. Rus atalar sözləri
- Axmaq həmişə ortaya dürtülər. Monqol atalar sözləri
- Axmaq həmişə öndə dayanır ki, hamı onu görə bilsin, ağıllı isə həmişə arxada dayanır ki, hamını görə bilsin Silva Karmen
- Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz. Corc Bernard Şou
- Axmaq - işıqla alovu səhv salar və onu hər yandıranı günəş zənn edər. Cənab Şəhabəddin
- Axmaq it aya hürər. Azərbaycan atalar sözləri/A
- Axmaq itiləyən xəncər, igid xəncərindən qorxulu olar. Çeçen-inquş atalar sözləri
- Axmaq kimsənin qəlbi dilinin dalında olur. Yəni axmaq adam qabaqca danışıb, sonra fikirləşir. Əli
- Axmaq müdriklərin fəzilətlərindən, sağlamlar xəstələrin əzablarından xəbərsizdir. Çin atalar sözləri
- Axmaq olduğunu dərk edən adam artıq axmaq deyildir. Fyodor Dostoyevski
- Axmaq ona görə axmaqdır ki, ağıllı məsləhətlərə qulaq asmır. Daniel Defo
- Axmaq öz axmaqlığını heç vaxt boynuna almaz. Ləzgi atalar sözləri
- Axmaq öz işini görməz, hamının işinə burnunu soxar. Alman atalar sözləri
- Axmaq özünü ağıllı hesab edir, ağıllı adam isə axmaq olduğunu bilir. Uilyam Şekspir
- Axmaq söhbət ailənin təməlini dağıdır. Çanakya
- Axmaq suala verilən ən yaxşı cavab sükutdur. Mel Qibson
- Axmaq susanda elə bilirlər ağıllıdır. Alman atalar sözləri
- Axmaq şərlə dolur, hətta onu yavaş-yavaş yığır. Qautama Budda
- Axmaq şeylər daha qalıcı olur. Alber Kamyu
- Axmaq varlananda ikinci arvad alar, ağıllı - öz evini qaldırar. Çeçen-inquş atalar sözləri
- Axmaq və dəlilərə yol ver! Yapon atalar sözləri
- Axmaq və paxıl insanlar hər yerdə var. Gi de Mopasson
- Axmaq yaxşılıq edənlərə pislik etməyə çalışır. Çanakya
- Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir Klod Adrian Helvetsi:Fransız filosofu)
- Axmağa məsləhət verənin özünün məsləhətə ehtiyacı var. Sədi Şirazi
- Axmaqdan da xeyir olur. Yapon atalar sözləri
- Axmaqdan qorxulu heç nə yoxdur. Yapon atalar sözləri
- Axmaqdan təhlükəli düşmən yoxdur. Yapon atalar sözləri
- Axmağın balacası atını tərifləyər, böyüyü özünü. Monqol atalar sözləri
- Axmağın həyatı zəhərdən də acıdır. İsa
- Axmağın qəzəbi onun sözlərində, ağıllının qəzəbi onun əməllərində özünü biruzə verir. Konfutsi
- Axmağın min sözü, ağıllının bir sözünə dəyməz. Qırğız atalar sözləri
- Axmağın sonrakı ağlı. Yapon atalar sözləri
- Axmaqla yaxın dost olma. Öz etdiyini sənə gözəl göstərər, səni də özünə bənzətmək istər. Əli
- Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur. Əbu Turxan
- Axtardığını bilməyən axmaq-tapdığını anlaya bilməz Klod Bernard
- Ağılla silahlandırılmış eqoizm onun özünə qarşı istiqmətləndirilmiş özünün axmaq nəticələrindən yaxa qurtarmağa çalışır. Artur Şopenhauer
- Ağıllı adam əvvəlcə dinləyəcək, sonra qərar verəcəkdir. Axmaq əvvəl edəcək, sonra düşünməyə başlayacaq. Tibet atalar sözləri
- Ağıllı adam səhvini düzəltməyə çalışar, axmaq isə axıracan öz səhvinin üstündə durar. Mark Tulli Siseron
- Ağıllı adam səhvini etiraf edər, axmaq isə etdiyi səhvi boynuna almaz. Mark Tulli Siseron
- Ağıllı axmaq, axmaq müdrikdən yaxşıdır. Uilyam Şekspir
- Ağıllı atını təriflər, yarımçıq arvadını, axmaq da öz-özünü. Başqırd atalar sözləri
- Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. Bencamin Franklin
- Аğıllı kаmаl ахtаrаr, ахmаq vаr-dövlət. Azərbaycan atalar sözləri
- Ağıllı könlünə danışar, doğru bildiyini söylər, axmaq dilinə gələni söylər, düşünməz ki, bu nə məna daşıyır. Əli
- Ağıllı qadın heç vaxt öz üstünlüklərindən sui-istifadə etmir; kişiyə sahib olmaq üçün miskin və axmaq olmaq lazımdır. Onore de Balzak
- Ağıllı olub, axmaq görünmək qədər yaxşı bir şey yoxdur. Aqata Kristi
- Ağıllı üzündən bilinir, axmaq sözündən. Başqırd atalar sözləri
- Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr. Başqırd atalar sözləri
- Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov
- Anamın bir axmaq böyütmədiyni, hamı gördü. Tupak Şakur
- Ateizm - ağıllı, xurafat isə axmaq adamların qüsurudur. Volter
B
[redaktə]- Bacar axmaqla yola get, ağıllı özü səninlə yola gedər. Adıgey atalar sözləri
- Barmağı ilə səmanı göstərənin barmağına yalnız axmaq adam baxır. Albert Eynşteyn
- Bəli, ağıllı bir insanla bədbəxt ola bilərsiniz, axmaqla xoşbəxt isə heç vaxt. Daniel Defo
- Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır. Jan Batist Molyer
- Bir axmağı xidmət etməyə dəvət etməklə hökmdar üç böyük bəla tapacaq: pis bir nüfuz, var-dövləti itirmək və ölümdən sonra cəhənnəm. Çanakya/Hökmdar
- Bir qadın kişiyə onun ən ağıllı olduğunu söyləyirsə , o zaman anlayır ki, başqa belə axmaq tapmayacaq. Faina Ranevskaya
- Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik. Martin Lüter Kinq
- Biz elə bir dünyada yaşayırıq ki, bir axmaq çox axmaq törədir, bir müdrik isə az müdrik. İohann Fixte
- Bu, bəlkə də həmişə xarakterik olub. Biz gəncə özümüzün axmaq olduğumuzu göstərməkdən qorxmurduq. Mübahisələr və ziddiyyətləri kəskinləşdirməkdən heç vaxt çəkinmədik. Nils Bor
D
[redaktə]- Demokratiyada vicdanlı siyasətçiyə ancaq o zaman dözmək olar ki, o, çox axmaqdır. Çünki xalqın yarıdan çoxunun qərəzli fikirlərini ancaq çox axmaq adam səmimi şəkildə bölüşə bilər. Bertran Rassel
- Dünyanın müdrik insanları çoxdan belə bir qənaətə gəliblər ki, tənbəl insan, bir qayda olaraq qorxaq və iradəsizdir. İradəsiz insan isə qorxaq və lovğadır. Lovğa insan qorxaq, axmaq və cahildir. Axmağın, cahilin şərəf haqqında anlayışı yoxdur. Şərəfsiz isə tənbəldən dilənir, acgözdür, fərasətsizdir, ətrafdakılara yaxşlılıq arzu etmir. Abay Kunanbayev
E
[redaktə]- Evlilik institutunun nə qədər köhnə və axmaq olduğunu başa düşmək üçün hər kəs ən azı bir dəfə evlənməlidir. Madonna
- Ey axmaq başım! Mən səni hələ çoxmu boynumda gəzdirəcəyəm? Anton Çexov
Ə
[redaktə]- Əgər axmaq sizə ətrafdakı hər kəsin axmaq olduğunu deyirsə, onun özünün axmaq olması faktı, onun səhv danışdığına dəlalət etmir. Əgər o desə ki, qalan hər kəs “onun kimi” axmaqdır, o zaman o, öz ağlını göstərər. Umberto Eko
- Əgər insan özü kimisini, yaxud, özündən yaxşısını tapa bilməsə, qoy tənhalığa çəkilsin: axmaqla dostluq tutmaz. Qautama Budda
- Ən axmaq insan özünü hamıdan ağıllı biləndir. Əli
- Əsli-nəcabəti nəcib olmayan hökmdar, axmaq övlad böyütmüş alim, qəflətən zənginləşmiş kasıb ətrafındakıların onlara qarşı laqeyd münasibət göstərdiyinin şahidi olurlar. Çanakya/Hökmdar
- Əslində axmaq sarışın deyə bir şey yoxdur. Sadəcə kişilərin diqqətini çəkmək üçün, saçlarını sarıya rəngləyən axmaqlar var. Bob Dilan
G
[redaktə]- Gənclər qocaların axmaq olduqlarını düşünürlər. Halbuki, qocalar gənclərin axmaq olduqlarını bilirlər Corc Çapmen
H
[redaktə]- Həqiqəti ya güclü deyər, ya da axmaq. Əfqan atalar sözləri
- Hər bir axmaq - adamı güldürə bilər. Mən bu gülüşün arxasında göz yaşlarını görmək istəyirdim.[1] Corc Bernard Şou
İ
[redaktə]- İnanın ki, özümüzü məlumatlı adam kimi göstərmək heç də çətin deyil. Əsas odur ki, səni cahil, məlumatsız hesab etməsinlər. Bunun üçün manevr etmək, çətin vəziyyətlərdən qaçmaq, maneələri dəf etmək və ensiklopediya lüğətindən istifadə edib başqalarının ağzını yummaq lazımdır. Çünki, bütün insanlar axmaq, cahil və yarımayan odun kötüyü kimidir. Gi de Mopasson
- İnanıram ki, ən axmaq ingilis belə, ən axmaq amerikalıdan on qat daha ağıllıdır. Madonna
K
[redaktə]- Kapital - axmaq hökumətin dayağıdır. Ambroz Birs
- Kimsə sizin qarşınızda özünü ağıllı göstərir? Sən də özünü axmaq kimi göstər. Sonra isə əsl axmağı keyflə seyr et. Çarli Çaplin
M
[redaktə]- Mən tərəfdaşımın nə dərəcədə ağıllı və ya axmaq, xeyirxah və ya qəzəbli olduğunu, nə düşündüyün bilmək istəyəndə sifətimə onun üzünün ifadəsini verməyə çalışır, sonra isə məndə hansı fikirlərin, hisslərin yaranacağını gözləyirəm. Edqar Allan Po
- Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa ona görə axmaqdır ki, elə bilir, məhəbbəti dərk etməyə qadirdir. Paulo Koelyo
O
[redaktə]- Oğlu Həsənə buyurmuşdur:
- Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli
Ö
[redaktə]- Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır. Alman atalar sözləri
- Özünün axmaq olduğunu bilən insan artıq o qədər də axmaq deyil. Jül Renar
P
[redaktə]- Pivə sizi tənbəl, axmaq və gücsüz edir. Otto fon Bismark
- Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır. Alman atalar sözləri
S
[redaktə]- Sözdə qadınların siyasi gücləri yoxdur. Amma ağıllı qadınlar, axmaq ərlərini heç bir əziyyət çəkmədən parlamentə soxar, hətta nazir kürsüsündə belə otuzdurar. Corc Bernard Şou
- Su axar çuxurunu tapar, axmaq axmağa heyran olar. Bualo
- Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir. Pyer Büast
- Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir dayə,
Süd ilə bədənə girərsə azar,
O, bədəndən, yalnız öləndə çıxar! Nəsirəddin Tusi
Y
[redaktə]- Yaxşı ürəkli ağılsız bir axmaq, pis ürəkli ağıllı axmaqlar qədər bədbəxtdir. Bilinən bir gerçək bu - mən yaxşı ürəkli, ağılsız axmağın biriyəm. Sən də ağıllı, pis ürəkli bir axmaqsan. İkimiz də bədbəxtik, ikimiz də acı çəkirik. Fyodor Dostoyevski
İstinadlar
[redaktə]- ↑ Xəzinə. Bakı, 1997. səh.57