Məzmuna keç

Faina Ranevskaya

Faina Ranevskaya
Doğum tarixi 15 avqust 1896
Doğum yeri Taqanroq
Vəfat tarixi 19 iyul 1984
Vəfat yeri Moskva
Dəfn yeri Donskoye qəbiristanlığı
Vikipediya məqaləsi

Faina Georgiyevna Ranevskaya (1896–1984) — Rus və sovet kino və teatr aktrisası.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailə hər şeyi əvəz edir, ona görə də ailə qurmazdan əvvəl sizin üçün nəyin vacib olduğunu düşünün.
  • Az olan heyvanlar Qırmızı Kitaba, bol olanlar isə "Dadlı və faydalı yeməklər" kitabına daxil edilmişdir.
  • Bədbəxtliyə bax… Dünyada ən xoşagələn şeylər ya ziyandır, ya əxlaqsızlıqdır, ya da piylənməyə aparır.
  • Bir qadın kişiyə onun ən ağıllı olduğunu söyləyirsə , o zaman anlayır ki, başqa belə axmaq tapmayacaq.
  • Bu filmə dördüncü dəfədir ki, baxıram. Deyim ki, bu gün əla oynadınız.
  • Elə bir sevgi var ki, onu dərhal edamla əvəz etmək daha yaxşıdır.
  • Elə yaşamalısan ki, hətta əclafların da yaddaşında qalasan.
  • Əgər xəstə yaşamağı çox istəyirsə, həkimlər ona heç nə edə bilməz.
  • Əlbəttə, qadınlar kişilərdən ağıllıdır. Heç kişinin ayaqları gözəldir deyə, ağlını itirən qadın görmüsünüz?
  • Ən rəngbərəng, gözəl tovuz quşu lələyinin altında da adi quş dalı var. Ona görə, cənablar, pafosu saxlayın!
  • Əsl kişi qadının doğum gününü dəqiq xatırlayan və onun neçə yaşında olduğunu heç vaxt bilməyən kişidir. Qadının ad gününü xatırlamayan, ancaq neçə yaşında olduğunu dəqiq bilən kişi onun əridir.
  • Ətrafınızdakıların fikrinə məhəl qoymayın və sakit və xoşbəxt bir həyatınız olacaq.
  • Həyatda uğur qazanmaq üçün qadın iki xüsusiyyətə malik olmalıdır: O, axmaq kişiləri razı salacaq qədər ağıllı, ağıllı kişiləri sevindirəcək qədər axmaq olmalıdır.
  • Xatirələr qocalığın xəzinəsidir.
  • İlahi, mənim neçə yaşım var — ləyaqətli insanları hələ də xatırlayıram!
  • İlk şair qadını çiçəyə bənzədən, ilk nasir isə onu başqa qadına bənzədən olub.
  • İnsanlar öz problemlərini yaradırlar — heç kim onları darıxdırıcı peşələr seçməyə, yanlış insanlarla evlənməyə və ya narahat ayaqqabı almağa məcbur etmir.
  • Keçilər arasında dahi olmaq çox çətindir.
  • Kök qadın yoxdur, dar paltar var.
  • Qadın başı aşağı gəzirsə, deməli onun sevgilisi var. Əgər qadın başını dik tutub yeriyirsə, deməli onun sevgilisi var. Və ümumiyyətlə, qadının başı varsa, deməli onun mütləq sevgilisi var.
  • Qadınların daha ağıllı olması təbiidir. Bir kişinin gözəl ayaqları üzərində başını itirən bir qadın haqqında eşitmisinizmi?
  • Qurbağa ilə evlənirsən, qurbağa tilsimi sındırıb şahzadə olur — bu, nağıldır. Şahzadəylə evlənirsən, qurbağa çıxır. Bu isə, əzizim, həyatdır…
  • Lesbiyanlıq, homoseksualizm, mazoxizm, sadizm – bunlar pozğunluq deyil. Pozğunluq buzun üstündə balet, otun üstündə xokkey oynamaqdır.
  • Mən aktrisa üçün oynamaq sözümü qəbul etmirəm. Kart oynamaq, dama oynamaq, cıdır yarışında oynamaq olar. Səhnədə yaşamaq lazımdır.
  • Mən vağzaldakı köhnə palma kimiyəm; heç kimə lazım deyiləm, amma çıxarıb tullamağa da adamın heyfi gəlir.
  • Mən yumurta kimiyəm: iştirak edirəm, amma qarışmıram.
  • Məncə, tibb inkişaf edir. Gəncliyimdə həkimə gedəndə həmişə soyunmaq lazım gəlirdi. İndi dilimi göstərmək kifayət edir.
  • Nəsə çoxdandır mənə fahişə demirlər – populyarlığımı itirirəm.
  • Niyə insanlar kasıb olduqlarına görə utanırlar, varlı olduqlarına görə – yox?!
  • Optimizm informasiya çatışmazlığıdır.
  • Özləri haqqında asanlıqla və hətta zövqlə danışan insanlara həqiqətən həsəd aparıram. İstəmədim, xoşuma gəlmədi…
  • Pis filmə çəkilmək əbədiyyətə tüpürmək kimidir.
  • Sakit, tərbiyəli məxluqdansa "söyüş söyən" yaxşı insan olmaq daha yaxşıdır.
  • Siz bilirsiniz, kinoda çəkilmək nə deməkdir? Təsəvvür edin ki, hamamda çimirsiz və orada bir dəstə adam ekskursiya keçir.
  • Sklerozu müalicə etmək olmur, amma skleroz olduğunu unutmaq olur.
  • Tənhalıq odur ki, evdə telefon ola-ola "budilnik" zəng çalır.
  • Tərbiyəli zibildənsə, ana söyüşü söyən yaxşı adam daha gözəldir.
  • Uğur qazanmaq üçün qadında iki keyfiyyət olmalıdır. Bir:axmaq kişilərin xoşuna gəlmək üçün kifayət qədər ağıllı olmaq. İki:ağıllı kişilərin xoşuna gəlmək üçün kifayət qədər axmaq olmaq.
  • Uşaq birinci sinifdən tənhalıq elmini öyrənməlidir.
  • Yuxularını danışa biləcəyin bir insan varsa, özünü tənha hesab etməyə haqqın yoxdur…

İstinadlar

[redaktə]