Məzmuna keç

Kasıb



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adam kasıblayanda köhnə borclarını və uzaq qohumlarını xatırlayır. Kürd atalar sözləri
  • Afrika musiqisinin son dərəcə gözəlliyi ondan ibarətdir ki, ən kədərli mövzuda olsa belə, yenə də şən səslənir. Sən kasıb ola bilərsən, kardon qutudan tikilmiş evdə yaşaya bilərsən, işini itirə bilərsən, lakin musiqi həmişə sənə ümid verəcək. Nelson Mandela
  • Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı. Viktor Hüqo
  • Çox az şeyə sahib olan insan deyil, əsl çox şeyin həsrətini çəkən insan kasıbdır. Seneka
  • Etiraf etmək lazımdır ki, bütün dünya ixtişaşlarının, bəşəriyyəti məhv edən dünya müharibələrinin və planetimizdə geniş yayılmış səfalətlərin səbəbi, əsasən, əsrlər boyu kütlələri istismar edən, öz eqoist məqsədləri üçün bəşəriyyətin əməyindən istifadə edən, maddi məqsədlər güdən eqoist qrupa aid edilə bilər. Bu kapitalistlər qrupu dünya resurslarını və sivil yaşayış üçün tələb olunan əsas elementləri küncə sıxıb istismar etmişlər; bir-birinə bağlı idarələri vasitəsi ilə dünya sərvətlərinə sahib olduqları və onlara nəzarət etdikləri və öz əllərində saxladıqları üçün bunu edə bildilər. Onlar çox zəngin və çox kasıb arasında mövcud olan böyük fərqləri mümkün etdi; onlar pulu və pulun verdiyi gücü sevirlər; onlar hökumətlərin və siyasətçilərin arxasında dayanıblar; onlar seçicilərə nəzarət ediblər; eqoist siyasətin dar millətçi məqsədlərini mümkün etdilər; onlar dünya bizneslərini maliyyələşdirdilər və neft, kömür, enerji, işıq və nəqliyyata nəzarət etdilər; onlar aşkar və ya gizli şəkildə dünya bank hesablarına nəzarət edirlər. Bu gün dünyanın hər bir ölkəsində rast gəlinən geniş yayılmış bədbəxtliyin məsuliyyəti əsasən bir-biri ilə əlaqəli olan, korporativ və ya şəxsi mənfəət üçün işləyən iş adamlarının, bankirlərin, beynəlxalq kartellərin, monopoliyaların, trestlərin və təşkilatların rəhbərlərinin, nəhəng korporasiyaların direktorlarının qapısındadır. Alisa Beyli
  • Əgər Ayda belə bir kasıb varsa, biz mütləq orada gedəcəyik. Tereza Ana
  • Əgər kasıb doğulmusansa bu sənin səhvin deyil, əgər kasıb ölsən bu sənin səhvindir. Bill Geyts
  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi ]sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Gözəl, çirkin, kök, zəngin, kasıb.. dünyadakı bütün qadınların tək bir ortaq dərdi vardır: 'Geyinəcək heç bir şeyimiz yox.' Pol Oster
  • Qulun Allahu təalanı sevməsində səmimi olub olmadığı, başına bəla və müsibət gəldiyi zaman ortaya çıxar. Bəla və müsibət gəldiyində səbir və sakitlik halını mühafizə edə bilirsə, o həqiqətən Allahu təalanı sevir deməkdir. Müsibət və kasıblıq zamanında stabillik göstərə bilmək bu sevgiyə sübut və əlamət edildi. Biri Hz. Məhəmmədə; "Mən səni sevirəm" dəyəndə; "Kasıblıq üçün bir paltar hazırla" buyurdu. Bir başqası gəlib Hz. Məhəmmədə; "Mən Allahu təalanı sevirəm" dəyəndə; "Bəla üçün paltar hazırla" buyurdu. Əbdülqədir Geylani
  • Mən kasıb yaşadım, zəngin ölürəm, ancaq əksinə daha yaxşı olardı. Bencamin Dizraeli
  • Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir. Erix Mariya Remark
  • Sevgi elə bir eynək taxır ki,ondan baxanda kasıblıq zənginlik kimi,od zərrələri qızıl və mirvari kimi görünür. Miqel de Servantes
  • Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[1] Mustafa Kamal Atatürk
  • Varlı bilmir ki, kasıbın dodaqları nə pıçıldayır. Fin atalar sözləri
  • Varlı borcunu pulla ödəyir, kasıb - öz dərisiylə. Fin atalar sözləri
  • Varlı kisəsini döyər, kasıb dizini. Azərbaycan atalar sözləri/V
  • Varlı olub biyabır olmaqdan, kasıb olub hörmətli olmaq yaxşıdır. Fin atalar sözləri
  • Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır. Azərbaycan atalar sözləri/V
  • Varlı umduğunu yeyər, kasıb - olduğunu. Azərbaycan atalar sözləri/V
  • Varlının çörəyi kasıbın çənəsini yarar. Azərbaycan atalar sözləri/V
  • Varlının malı, kasıbın övladı. Azərbaycan atalar sözləri/V

İstinadlar

[redaktə]
  1. Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.