Xausa atalar sözləri
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aclıq cavanı qocaldar.
- Axmağın biri şər əkibsə - al orağı biç.
- Ağıllı yanına gedəndə ağılsızı özünlə aparma.
- Ağızla bağlananı əllə açmaq olmaz.
B[redaktə]
- Balıq birdən üzə çıxıb desə: " Timsahın bir gözü var" - kim sübut elər ki, yalandır?!
- Bataqlıq balığını çay balığı ilə bir yerdə bişirməzlər.
- Borc almaq çətin deyil, qaytarmaq çətindir.
- Burun dəlikləri olmasa, burun faydasızdır.
C[redaktə]
- Cücəli toyuq qırğıdan qorxar.
D[redaktə]
- Dəvə can verəndə arxası üstə uzanar.
G[redaktə]
- Göz yuvası göz deyil.
H[redaktə]
- Həyatın qisməti səbrdir, çünki düşmən çoxdur, dost az.
İ[redaktə]
- İnsanı şəhərdə yox, meşədə tanımaq olar.
K[redaktə]
- Kasıbın dostu olmaz.
- Kim kovri qabığına səbir etsə, bir gün onlardan minlərlə olacaq.
O[redaktə]
- O keçidən qorx ki, aslan yuvasında yatır.
- Olum - ölümə doğru gedən yoldur.
P[redaktə]
- Pis adamın ürəyi dincələnəndə də dinclik bilməz.
S[redaktə]
- Saf can nemətdir.
- Səbrli adam varlı olar.
- Susmaq da bir işdir.
U[redaktə]
- Uşaq xoşlayar gücünü göstərsin, böyük - ağlını.
V[redaktə]
- Vaxtında gəlmək tez gəlməkdən yaxşıdır.
Y[redaktə]
- Yalanla alver edən hər kəsin ara yerdə doğru əlindən çıxır.
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015