Vyetnam atalar sözləri

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ac ağlayır, tox gülür.
  • Ac bayquş öz balasını yeyər.
  • Adamın özünü, üzünü tanımaq olar, ürəyini necə tanıyasan?
  • Adamlar paltara görə seçilər: soyundursan, hamı eyni cür görünər.
  • Adamlar yerin çiçəyidir.
  • Adətə hörmət eləmək asandır, əməl eləmək - çətin.
  • Axsaq toyuğu it də qovar.
  • Ağaca cavanlıqda qulluq elə, qocalanda sənə dayaq olacaq.
  • Ağacı yaş ikən əy, uşağı körpə ikən öyrət.
  • Ağacın meyvəsini istəyirsən, çiçəyini qoru.
  • Ağıllı adam tez qocalar.
  • Ağıllı diliylə, səfeh əliylə.yuvasını mandarinin evinin damında qurar. (Mandarin - dövlət məmuru)
  • Ağıllı quş
  • Ağıllı quşun lələyə heyfi gələr, ağıllı adamın - sözə.
  • Ağıllı - üzündən bilinər, əlil - əlindən, ayağından.
  • Almağa gedirsən - hər tərəfin dost olur, satmağa gedirsən - adam tapılmır.
  • Ana on uşağı yedirə bilir, on uşaq bir ananı yedirə bilmir.
  • Ana öyrədən uşaq diribaş, ata öyrədən ağıllı olur.
  • Ana uşaqlarını yedirəndə səma və dəniz kimi səxavətli olar; uşaqlar ananı yedirəndə hər günü hesab eləyərlər.
  • Ananın yüz dəfə döyməsi atanın bir hədəsindən xoşdur.
  • Arıya sataşarsan vurar.
  • Artıq söz artıq xətadır.
  • Arvadı ağıllı olan kişi dövlətlidir.
  • Ata-ana hissini ancaq uşaq böyüdən bilər.
  • Ata duzlu yeyib, oğulu susuzluq yandırır.
  • Ata öldü - dayı qaldı, ana öldü - xala döş verdi.

B[redaktə]

  • Bacın, qardaşın səndən şübhələnsə, bütün kənd şübhələnəcək.
  • Bal arısı bal qayırır, balından yemir, qaranquş yuva tikir, yuvasında qalmır.
  • Bazarsız kənd küləksiz bayraq kimidir.
  • Beş barmağın içində uzun olanı da var, gödək olanı da.
  • Beşinci ayda beş iş var, onuncu ayda - on.
  • Bəlalar olmasaydı, qəhrəmanlar da olmazdı.
  • Bərkdən gülən bərkdən də ağlayar.
  • Bəzən qarışqalar balığı yeyir, bəzən də balıq qarışqaları.
  • Bir bazarda bir sırada zərgərxana da olur, tərəvəzxana da.
  • Bir dəfə aldadıb yeddi gün peşman olacaqsan.
  • Bir fincan düyüdən ötrü bir fincan tər tökmək gərəkdir.
  • Bir gün balıq tutdu, yetmiş iki gün torunu qurutdu.
  • Bir hədə üç zərbəyə bərabərdir.
  • Bir kuana adam alarsan, amma yaxşılığı on kuana da ala bilməzsən. (kuan - qədim Vyetnamda pul vahidi)
  • Bir pişiyi öldürdü - on min siçanı xilas etdi.
  • Bir şahid - şahid deyil.
  • Bir vağ öldü, yüz xərçəng xilas oldu.
  • Bıçağın kəsən üzü birdir, dilin - yüz.
  • Borc almaqdan bir gün ac qalmaq yaxşıdır.
  • Böyük balıq balacanı udar.
  • Böyük məhəbbətin əzabları çox olur.
  • Budda ancaq o zaman yada düşür ki, paqodadan zəng səsi gəlir. (Paqoda - budda məbədi)

C[redaktə]

  • Cavanda - ağıl, qocada səhhət haradan olsun?
  • Cavanlar ataya bel bağlayar, qocalar - uşaqlara.
  • Cavanlıqda ac olsan - ruhdan tez düşmə, varlı olsan - tez sevinmə.
  • Cibində bir donqu yoxdur, istəyir xurmanın lap bahalısını yesin. (Donq - Vyetnamda pul vahidi)
  • Cırcırama araba altına atılanda gülməli olur: hamı inanır ki, cırcırama öləcək; heç kəs fikirləşmir ki, araba aşacaq.

Ç[redaktə]

  • Çayı bağlayan, qutunu bağlayan olub - el ağzını kim bağlayıb?
  • Çayı və dənizi ölçmək asandır, nəinki insan ürəyini.
  • Çeynəməmiş udma, düşünməmiş danışma.
  • Çox yeyəndə ağzın dadı itir, çox danışanda - sözün dadı.
  • Çoxlu yaş odun yandıranda, çoxlu da tüstü olar; çox danışanda çoxlu da səhv edərsən.

D[redaktə]

  • Dala qalan öküz bulanıq su içər.
  • Dilənçi bütün döngələri əzbərdən bilər.
  • Dinmir, elə bil ağzına paddi yığıb. (Paddi-təmizlənməmiş düyü)
  • Doqquz deyirsən, elə də eləyirsən - on sayılır; on deyirsən, doqquz eləyirsən - biri gülür, biri söyür.
  • Doğuldu - yaşamağa yer tapılmadı, öldü - basdırmağa.
  • Dövlətli meşədə də yaşasa yanına çox adam gələr, kasıb bazarın ortasında da yaşasa on heç kim dönüb baxmaz.
  • Dövlətlinin gözləri oynayar, kasıbın əlləri.
  • Duman aşağı enəndə yağışa dönər.
  • Düşmən evə girəndə gərək arvadlar da vuruşsunlar.
  • Düyüdən, örpəkdən keçərlər, kişidən yox.
  • Düz adam dara düşəndə əyri sevinər.

E[redaktə]

  • Evin darısqal olmağından yox, ürəyin darısqal olmağından qorx.

Ə[redaktə]

  • Əgər ata şirsə, oğul da olacaq şir balası.
  • Əldən qaçan balıq böyük görünər.
  • Ər-arvad mehriban olsa, bütün Sakit okeanın suyunu çəkib qurtara bilər.
  • Ərsiz qız - sükansız gəmi, arvadsız oğul - yüyənsiz at.
  • Ətirli şam yanıb qurtarsa da ətri qalır.
  • Əyləncəli olanda uzun yaşamaq istəyirsən, kədərlənəndə sabah belə ölmək istəyirsən.
  • Əziz olub it olmaqdansa, qorxulu olub pələng olmaq yaxşıdır.

F[redaktə]

  • Fil dalına düşən şəkərqamışı qırığı yeyər.
  • Fil köpək dişindən, quş da lələyindən tələf olur.
  • Fil nadir hallarda doğur, ancaq hər körpəsi də bir nəhəng olur.

G[redaktə]

  • Gəncliyində acsansa, ümidsizliyə tələsmə, gəncliyində zənginsənsə, sevinməyə tələsmə.
  • Gözəllər bədbəxt olurlar.
  • Güclü güc işlədər, zəif biclik.
  • Gündüzlər yatsan varlı olmazsan, şərab içsən - mötəbər.
  • Gün çıxan tərəfdə bulud görsən - çıx get, cənubda görsən - işini gör.

H[redaktə]

  • Hansı istiotdur ki, acı olmasın; hansı qızdır ki, qısqanc olmasın?
  • Həddindən artıq təkrar olunan zarafat dönüb olur həqiqət.
  • Hələ heç varlanmayıb, ehtiyat eləyir ki, oğurlayarlar.
  • Hirslənəndə ağlı itirərlər, dərd çəkəndə iştahanı.
  • Hündür düyünün sünbülü boş olar.

X[redaktə]

  • Xalis qızılın oddan nə qorxusu.
  • Xəstə olanda özünə yazığı gəlir, yaxşılaşanda isə xərclədiyin pula yazığı gəlir.

İ[redaktə]

  • İlan üçün yaxşı keçəndə, qurbağa üçün pis keçər.
  • İlanı öldürmək istəyirsənsə, başını tapdala.
  • İmperatorun fərmanı kəndin adəti önündə geri çəkilər.
  • İnsan gül kimidir: harada o var, orada ətir var.
  • İnsan tənbəl olur, torpaq yox.
  • İnsanı düyü yaşadar, balığı - su.
  • İnsanın zəhəri onlarla ilanın zəhərinə bərabərdir.
  • İt bir yerə uzanmaq istəyəndə ora üç dəfə förlanır; insan bir söz demək istəyəndə gərək otuz beş dəfə fikirləşsin.
  • İti vurmamış bax gör sahibi haradadır.

K[redaktə]

  • Kasıb qızıl tapdı, varlı qapdı.
  • Kasıb ümidini qənaətcil arvada bağlayar.
  • Kasıba gülmə, dövlətliyə bel bağlama.
  • Kəl alırsan dırnağına bax, arvad alırsan - əslinə.
  • Kəl durdu - heç kəs qiymətini soruşmadı, yıxıldı - hamı axışdı üstünə.
  • Kiçik bacı ağıllı da olsa, kiçikliyində qalar, böyük bacı səfeh olsa da - böyüklüyündə.
  • Kiçik bacı yıxılır - böyük bacı kömək edib qaldırır; iş düşür, böyük yıxılır - kiçiyi ona gülür.
  • Kişi ağıllı olsa, arvad da sözə baxan olar.
  • Kişisiz ev yetim olur, qadınsız mətbəx.
  • Köhnə baramanın qurdu da arıq olur.
  • Kralın düyüsü var, xalqın - borcu.
  • Kralın vergisini bilməmək, kəndin adətini pozmaqdan yaxşıdır.
  • Krallar da səhv edirlər.
  • Külək hansı tərəfdən əsirsə, o tərəfdən də kəsilir.

Q[redaktə]

  • Qaliblər tarix yazır.
  • Qarabatdaq tapdı, leylək yedi.
  • Qayğı saqqalı ağardar, dərd saçı.
  • Qəbiristanlıqda yaxşı pişik tapılmaz, meyxanada yaxşı qız tapılmaz.
  • Qədir bilməyənin üstünə yüz gülün ləçəyini də səpsən, yenə ətir saçmayacaq.
  • Qızıl xəzinəsini bilik xəzinəsi ilə müqayisə etməzlər.
  • Qızıl ocaqda, xalqın iradə və mərdliyi çətinliklərdə sınanar.
  • Qızıl sarıdır, amma ürəyi qara eləyir.
  • Qoca ana evdə üç kilid kimidir.
  • Qocaların salamatlığı - cavanların sakitliyidir.
  • Qurumuş ağac su dibində də göyərməz, kasıb elə ölənə kimi kasıb olar.
  • Qüvvəni yemək verər, biliyi - bacarıq.

L[redaktə]

  • Lap çox şadlıq - kədər doğurar.

M[redaktə]

  • Maraqlı danışmaq çox danışmaqdan yaxşıdır.
  • Mənbə bulanıqsa, bütün çay bulanıqdır.
  • Müdrik - bağa kimidir, küt - fil kimi.

N[redaktə]

  • Nəvələr babalardan ağıllıdır.

O[redaktə]

  • Odu üfləyirlər ocaq yansın, üfləmirlər ki, ağız yansın.

Ö[redaktə]

  • Özgə evin adətinə hörmət elə: Laosda gərək qurbağadan hazırlanmış sous yeyəsən.
  • Özü qəbirqazan işləyir, bilmir ki, atasının qəbri haradadır.

P[redaktə]

  • Pələng qəzəblidir, amma o da balasını yemir.
  • Pələng ölür dərisi qalır, insan ölür - şöhrəti.
  • Pələnglə maral bir yerdə gəzə bilməz.
  • Pis oğula ana cavabdehdir, pis nəvəyə - nənə.
  • Pişik bağlanan kəndiri siçan gəmirir.
  • Pul kasıbın evindən, külək boş komadan keçən kimi keçib gedər.

S[redaktə]

  • Sağlam adam uzununa uzanar, yorğun - köndələninə.
  • Sevişməyi bərk olanların, küsüşməyi də bərk olar.
  • Səfeh qadın da ağıllı uşaq doğa bilər.
  • Sərvəti insan yaradır, insanı sərvət yaratmır.
  • Sısqa yağış da çox yağsa, daşqın olar.
  • Soydan sonra kom yeməzlər. (Soy - buxarda bişən yapışqanlı düyü; kom - xırçıldayan qızardılmış düyü).
  • Söz də pul ilə deyil ki, elə seç, özgəsini incitmə.
  • Sözün qanadı yoxdur, amma uçur.

Ş[redaktə]

  • Şərab ürəyə pələng meşəyə girən kimi girir.
  • Şirin şərabı çox içərsən sərxoş olarsan; ağıllı adam da çox danışsa darıxdırar.
  • Şirindir - küldə bişən şəkərqamışı kimi.
  • Şöhrət var, yeməyə heç nə yox.
  • Şöhrətin alınması otuz min, satılması üçcə donqadır.

T[redaktə]

  • Tək yaşamaqdansa hamı ilə birlikdə ölmək yaxşıdır.
  • Təkcə tələ yemi azdır, səbr də gərəkdir.
  • Torpaq ot gətirən kimi - qocalıq da xəstəlik gətirir.
  • Tüstü harada, od da orada.

U[redaktə]

  • Uşaqları əzizləyəndə evinə həvəslə gələrlər; qocalara hörmət edəndə özün də qocalana qədər yaşayacaqsan.
  • Uzaqdakı su adamı oddan qorumaz.

Ü[redaktə]

  • Üç ay gülən olar - üç il gülən olmaz.
  • Ülgüc bıçaqdan iti də olsa - dəstəyini kəsmir.

V[redaktə]

  • Varlanmaq istəyirsən kəli yemlə, talanmaq istəyirsən - göyərçini.
  • Varlı düyüsünü satar, yoxsul - balasını.
  • Varlı olub ehtiyatsız olanı kasıblıq tapar, kasıb olub ehtiyatsız olanı - dilənçilik.
  • Varlı olarlar dostun köməyi ilə, məşhur olarlar arvadın köməyi ilə.
  • Varlıdır - deməli, qohumdur, kasıbdır - yaddır.

Y[redaktə]

  • Yaddan çıxmış adam nə qədər qışqırsa da, fələk eşitməyəcək.
  • Yaxşı ad bahalı paltardan qiymətlidir.
  • Yaxşı gəlin doğma qızdan, yaxşı yeznə doğma oğuldan yaxşıdır.
  • Yaxşı ipək - haşiyəsindən, yaxşı adam - üzündən bilinər.
  • Yaxşı işləyəni tərifləyərlər, yaxşı yeyəni yox.
  • Yaxşı mirvari satanda tərifləməyə utanma.
  • Yaxşı oğul ata-anasını kasıblıqda təqsirləndirməz; yaxşı it sahibini ağır ayaqda atmaz.
  • Yaxşı yemək uzun zaman yadda qalar, incik söz isə - ömürlük.
  • Yalnız müəllimə hörmət etməklə müəllim ola bilərsən.
  • Yatmış pələngin yanında bığ eşmə, ayılar - qalarsan başsız.
  • Yetmiş yaşlı yetmiş bir yaşlıdan məsləhət istəyir.
  • Yetmiş yaşında insan gözləri görsə də, şikəst olmasa da, sağlamlığı ilə öyünməz.
  • Yola düşəndə - qocalarla məsləhətləş, evə dönəndə - təzə xəbəri uşaqlardan öyrən.
  • Yola ki düşdün, yarı yoldan qayıtma.
  • Yüz adam - yüz də fikir.
  • Yüz məsləhət, iş görən bir cüt əli əvəz eləmir.
  • Yüzlərlə çay bir mənbədən başlayır.

Z[redaktə]

  • Zəif küləklər birləşib qasırğaya dönər.