Uilyam Folkner

Vikisitat saytından
Jump to navigation Jump to search
Uilyam Folkner (1954)

Uilyam Folkner (1897-1962) - Amerika yazıçısı, Nobel mükafatı laureatı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Acı həyatla həyatsızlıq arasında bir seçim etməli olduğumu desələr, heç düşünmədən acı həyatı seçərəm. İnsanlar həyatın nə qədər acı olduğunu söyləsələr də, mən ümidimi heç vaxt itirmədim. Hələ ki, necə ümid itiriləcəyini öyrənməmişəm.

B[redaktə]

  • Böyük əsərlər dəhşətli əzablar içində doğulur.
  • Bizim hamımızı bu yolda məğlubiyyət gözləyir. Çünki bizim bilmək və təsvir etmək istədiklərimizi yalnız Allah bilə bilər.
  • Bütün yazıçıları son nəticədə məğlubiyyət gözləyir, çünki bizim bilmək və təsvir etmək istədiklərimizi yalnız Allah bilə bilər.

D[redaktə]

  • Dərdlə heç nə arasından mən dərdi götürərəm.
  • Dünyanın xilası insanın əzabındadır.
  • Dürüstlük, həqiqət və ədalətsizliyə, yalana və xəsisliyə qarşı mərhəmət üçün səsinizi ucaltmaqdan heç vaxt qorxmayın. Əgər bütün dünyada insanlar bunu etsəydilər, yer kürəsini dəyişdirərdi.

Ə[redaktə]

  • Ədəbiyyat xalqın maddiləşmiş yaddaşıdır.

H[redaktə]

  • Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə yalnız onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.
  • Hər kəs mənim düşüncəmə qatılsa yanılmış olmaqdan qorxaram.
  • Hər şeyi biləcək qədər gənc deyiləm.
  • Hətta bir yalançı da həqiqəti deməyə qorxur. Necə ki, vicdanlı adam yalan danışmaqdan əzab çəkir.

İ[redaktə]

  • İnsan həmişə müəyyən məsuliyyət çərçivəsində azad olmağa borcludur.

K[redaktə]

  • Kamyu deyirdi ki, doğulmaqla absurd dünyaya buraxılmış insanın yeganə həqiqi məqsədi yaşamaq, öz həyatını, üsyanını və azadlığını dərk etməkdir. Dedi ki, əgər bəşəri dilemmadan yeganə çıxış yolu ölümdürsə, bu, bizim üçün yanlış yoldur. Doğru yol həyata, günəş işığına aparan yoldur. Daim soyuqdan əziyyət çəkə bilməzsən
  • Kasıb insan. Kasıb bəşəriyyət.
  • Kişi üçün hər şeyin əslində necə olduğu önəmlidir. Qadın üçün isə önəmli olan hər şeyin necə təqdim olunması və zahirən uyğun gəlməsidir.

M[redaktə]

  • Məndən tez-tez soruşurlar, mən nə üçün yazıçılar arasında birinci yerə Tomas Vulfu qoyuram, Çünki aramızda ən böyük cəhdi o edib və ən böyük məğlubiyyətə uğrayıb. Dünyada ən böyük şey - cəhddir. Səndən əvvəlki insanları yarada bilmədiyini yaratmaq cəhdi.[1]
  • Milləti ədəbiyyat yaradır.

O[redaktə]

  • O vaxta qədər Heminqueyin qəhrəmanları boşluqda fırlanırdılar. Bu əsərdə o, nəhayət ki, çoxdan bəri axtardığını tapdı. O, Allahı tapdı. O Allah ki, okeanı yaratmışdı, okeanda üzəcək iri balığı yaratmışdı, iri balığa yem olacaq xırda-xırda balıqları yaratmışdı, iri balığı tutacaq insanı yaratmışdı və Allah onların hamısını eyni bir böyük məhəbbətlə sevirdi... Və həmin o Allah Heminqueyə bundan o yana sirləri açmamağı buyurdu... (E.Heminqueyin "Qoca və dəniz" povesti haqqında).

P[redaktə]

  • Paxıllığın dərdi çox olar. haqq yerini tapar.

S[redaktə]

  • Sənətçinin tənqidçiləri dinləməyə vaxtı yoxdur . Yazıçı olmaq istəyənlər rəyləri oxuyur, yazmaq istəyənlərin isə oxumağa vaxtı yoxdur.

Y[redaktə]

  • Yalnız Nobel Mükafatına qədər məni həqiqətən nəzərə aldılar. Onlar mənim kitablarımı başa düşə bilmədilər, amma 30 min dolları anlaya bildilər.
  • Yazıçı həqiqəti qələmə almalıdır.Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz. Yalan orduları hərəkətə gətirə bilər, bir xalqı aldadıb yolundan sapdıra bilər, hətta özünü "həyat" kimiqələmə verə bilər, amma heç vaxt böyük ədəbiyyat ola bilməz.[2]

İstinadlar[redaktə]

  1. Xəzinə. Bakı, 1997. səh.42
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.531