Məzmuna keç

Çeçen-inquş atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axırı fikir eləyən adam qorxma ola bilmə.
  • Axmaq adam onda ağıllı iş görər ki, susar.
  • Axmaq itiləyən xəncər, igid xəncərindən qorxulu olar.
  • Axmaq varlananda ikinci arvad alar, ağıllı - öz evini qaldırar.
  • Ağıl sərvəti satın alınmır.
  • Ağıra - inanma, tələskəndən qorxma.
  • Ana qəzəbi qar kimidir,; çox yağar, tez əriyər.
  • Ana uşağı yedirir - torpaq insanı yedirən kimi.
  • Anası tərifləyən qızın qiyməti artmadı.
  • Atı olan qaldı, yəhəri olan minib getdi.
  • Barsız ağaca ağac tolazlamazlar.
  • Balı da çox yeyəndə acı dadar.
  • Bir adamı tanımaq istəyirsənsə, dostuna bax.
  • Bir yol büdrədin - yeddi yol büdrəyəcəksən.
  • Boş - boşuna hürən iti qurd apardı.
  • Dalınca yaz gələn qışdan qorxma, dalınca qış gələn payızdan qorx.
  • Deyəndə ki, dünyanın ən gözəlini gətirsinlər - qarğa öz balasını çəkdi ortaya.
  • Dillə verilən yumurtadan qayğanaq olmaz.
  • Dostluq etmək istəmirsənsə, tanışlıq vermə.
  • Duzu kim yeyibsə, suyu da o içir.
  • Əskik adam həmişə özünü xoşlar.
  • Ətə qurd düşəndə duz vurarlar, bəs duza qurd düşəndə neyləsinlər?.
  • Əyri - hələlik yaxşıdır, düz - həmişəlik.
  • Gözəllik - axşama kimidir, yaxşılıq - ölənə kimi.
  • Hara gün düşür - ora toxum ək, hara toxum əksən - orda kölgə olacaq.
  • Heyvərəni heç özünlə balıq ovuna da aparma.
  • Həyatdan şirin şey yoxdur, gözdən iti.
  • İki dəfə deyilən sözü dəyirmanda da eşitdilər.
  • İrəli baxmamış addım atma, geri baxmamış söz demə.
  • İti axan su dənizə çatmadı.
  • İyrənc qarğanın qarıltısı da iyrənc olar.
  • Kəndə qarşı vuruşan - evsiz qaldı, şaha qarşı vuruşan - başsız.
  • Qardaşsız qardaş qanadsız şahin kimidir, qardaşsız bacı - quru budaq kimi.
  • Qədirbilənlik qulu knyaz elədi, qədirbilməzlik - knyazı qul.
  • Qəpiklə hesablaşmayan - özü bir qəpiyə dəyməz.
  • Qisas köhnəlir, amma yaddan çıxmır.
  • Qılınc təkcə birini öldürdü, dil - minini.
  • Qonağın axmaq olsa, yaxşı yedirt; yaxşıya olanından nə versən razı qalar.
  • Qurda tuş gəlməyən keçi Kəbəyə qədər gedib çıxdı.
  • Qurddan qorxan çobanın sürüsü artmaz.
  • Qurdun qocalmışı cırcırama ovlayar.
  • Min dostu olan qurtardı: min baş heyvanı olan batdı.
  • Mollaya rüşvət verdilər - iti də qəbristanlıqda basdırmağa icazə verdi.
  • Natəmiz - su ilə də yuyulmaz, təmiz - odla da yanmaz.
  • Odla zarafat eləmə, suya inanma.
  • Odu ancaq odla gücləndirmək olar.
  • Oğul evləndi - ananın beli əyildi, qız ərə getdi - düzəldi.
  • Öküz arıq olmasa, ailə kök olmaz.
  • Ölüm ayağında siçan da dişləyər.
  • Öz buğdasını səpməyə tənbəllik eləyən, özgənin daşını tanımalı oldu.
  • Öz zəhməti ilə qazanılmayan şey yüngül görünür.
  • Özünün atı xoş gəlir, özgənin - arvadı.
  • Soruşanda ki, nə yaxşıdır? - dovşan dedi: "İt səni görməmiş, sən iti görəsən".
  • Söz nə qədər ki, ağzından çıxmayıb-sənin qulundur, çıxdı - sən onun qulusan.
  • Sözünü tutmayan, andını da tutmaz.
  • Tezdən qalxan çobanın qoyunu əkiz doğar.
  • Toxa kimi həmişə özünə, qiyməkeş kimi də həmişə özgəsinə çalışma, həm elə ol, həm də belə - mişar kimi.
  • Ulaq quyruğundan yapışan batdı, at quyruğundan yapışan qurtardı.
  • Ulaq - ulaq olduğunu ancaq o zaman bildi ki, qulağından dartdılar.
  • Ulaya - ulaya gəzişən qurd maral ovlaya bilmədi.
  • Vurnuxan tülkü yatmış qurda üstün gəldi.
  • Yaxşı oğul ata ürəyini sevindirər.
  • Yaxşı yoldaşla dünyanın o başına da getmək olar.
  • Yalan bir müddət daha yaxşıdır, amma həqiqət əbədidir.
  • Yayda bir gün itirən - qışda on gün ac qalar.
  • Yayın bir günü qışın bir ayını yedirir.

İstinadlar

[redaktə]