Balıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaq balıq üçün düşmən – yemdir, balıqçı yox. İspan atalar sözləri
- Ağzı qapalı balıq heç vaxt qarmağa keçməz. [1]Fuad Ələkbərov
- Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həstətini çəkir. Mövlana Cəlaləddin Rumi
B[redaktə]
- Balıq balığı udmasa dəryanı balıq tutar. Azərbaycan atalar sözləri/B
- Balıq balığı yeyib tox olar. Rus atalar sözləri
- Balıq başdan iylənər. Azərbaycan atalar sözləri/B
- Balıq dərin yer gəzər, insan - yaxşı yer. Rus atalar sözləri
- Balıq başdan iy verər. (alm. Der Fisch stinkt vom Kopf her.) Alman atalar sözləri
- Balıq istəyən özünü suya vurar. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
- Balıq sudaykən sövda olmaz. Azərbaycan atalar sözləri/B
- Balıq suya çəkər. Azərbaycan atalar sözləri/B
- Balıq tutan suyu bulanıq istər. Azərbaycan atalar sözləri/B
- Balığı nə vaxt tutsan təzədir. Azərbaycan atalar sözləri/B
- Balığı ya öldürdün, ya sudan qırağa qoydun. Azərbaycan atalar sözləri/B
- Balığın dirisi də suda, ölüsü də. Azərbaycan atalar sözləri/B
- Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar. Alman atalar sözləri
- Balıqların balacası böyüyünə yem olur. Malayal atalar sözləri
- Bataqlıq balığını çay balığı ilə bir yerdə bişirməzlər. Xausa atalar sözləri
- Bir adama yaxşılıq etmək istəyirsənsə ona balıq vermə, balıq tutmağı öyrət. Konfutsi
- Bir balaca balıq bütün suyu bulandırır. Koreya atalar sözləri
- Böyük balıq balacanı udar. Vyetnam atalar sözləri
N[redaktə]
- Naqqa balıq tasa yerləşməz. Azərbaycan atalar sözləri/N