Məzmuna keç

Azərbaycan atalar sözləri/S

R Azərbaycan atalar sözləri
Müəllif: [[Portal:

Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]

Ş
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Sabun ilə üz yuyan bir gün göyçək olar.
  • Sadağa qada qaytarar.
  • Sadağa verən əllər dərd görməz.
  • Saf armud sapdan düşməz.
  • Sahibindən qabaq bostana girmə.
  • Sahibsiz qoyunu qurd yeyər.
  • Saxla gönü, gələr günü.
  • Saxla samanı, gələr zamanı.
  • Sakitlikdə olan iş qışqırıqla başa gəlməz.
  • Saqqal feyz olsaydı, keçi şeyxlik elərdi.
  • Saqqalım yoxdu, sözüm ötmür.
  • Sağ əl verəni sol əl gərək bilməsin.
  • Sağ əlin sol ələ ehtiyacı var.
  • Sağ əlin sol ələ xeyri yoxdu.
  • Sağ gözü sol gözə möhtac olmasın.
  • Sağ gözü tut, sol gözdən ona işıq yoxdu.
  • Sağ gözün sol gözə etibarı yoxdur.
  • Sağalsa həkiməm, sağalmasa mən kiməm?.
  • Sağlam ruh sağlam bədəndə olar.
  • Sağlamlıq böyük nemətdir, qədrini bilmək gərək.
  • Sağlamlığın qədrini xəstələr bilər.
  • Sağlıq ən böyük varlıqdır.
  • Sağlığında kor Fatma, öləndə badam gözlü?!
  • Sağlığında nə idi ki, sayrılığında nola?!.
  • Sağmal inək bizdə, satdıq yağ sizdə.
  • Sağsağan kəkliyə baxar, öz yerişini itirər.
  • Salam Allahın adıdır.
  • Salavat gücə bağlıdır.
  • Sallaqxana köpəyi arsız olar.
  • Saman sənin deyil, samanlıq ki sənindir.
  • Samanın tüstüsü göz çıxardar.
  • Sambalı xoş, içərisi boş.
  • Sap üzülən yerdən qırılar.
  • sarala-sarala yaşamaqdan, qızara-qızara ölmək yaxşıdır
  • Sarı it çaqqalın dayısıdır.
  • Sarı yağdan tük çəkir.
  • Sarı yağla yağlayar, sarımsağla dağlayar.
  • Sarımsağı gəlin eləmişlər, qırx gün qoxusu çıxmamış.
  • Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi.
  • Satdığın kimi al.
  • Savab tökülüb, yığanı yoxdur.
  • Savadsız adam kor kimidir.
  • Savaşanda barışmağa da üz yeri qoyarlar.
  • Sayanın quluyam, saymayanın ağası.
  • Saydığını qoy kənara, gör fələk nə sayır.
  • Sayğısız igidi düşmən aldadar.
  • Saymaz it adam tutar.
  • Sel gətirən ucuz olar.
  • Selbəni meyvəli ağaca atarlar.
  • Sevənin gözü kor olar.
  • Sevgi adamı selə verər.
  • Sevgi od deyil, amma oddan yamandır.
  • Sevindim - quşum var, quşum var! Aralığa çıxdı sərçə balası.
  • Seyid cəddinə arxayın olar.
  • Səbir acıdır, meyvəsi şirin.
  • Səbir ağacı hər bağda göyərməz.
  • Səbir Allahdan, səbirsizlik şeytandan.
  • Səbir cənnət açarıdır.
  • Səbir edən sevinər.
  • Səbir edən səadətə yetər.
  • Səbir eləyən muradına yetişər.
  • Səbir eləyənin ağzı bal dadar.
  • Səbir ilə halva bişər, ey qora, səndən. Bəsləsən atlas olar tut yarpağından.
  • Səhər gedər naxıra, axşam gələr axıra.
  • Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
  • Səhvsiz insan olmaz.
  • Sən ağa, mən ağa, inəkləri kim sağa.
  • Sən ağacı əlinə al, oğrunu it qapacaq.
  • Sən baş vurdun, mən ayaq, gəl bunu ortalayaq.
  • Sən doğru ol, əyri bəlasın tapar.
  • Sən gördüyün ağaclar kürəkliyə kəsildi.
  • Sən gündüz gedən yolları mən gecə ilə gəlmişəm.
  • Sən haqnan ol, haqq da sənlə olar.
  • Səndən hərəkət, məndən bərəkət.
  • Sənə tut dedilər, ud demədilər.
  • Sənə vur dedilər, öldür ki, demədilər.
  • Sənət insan üçün xəzinədir.
  • Sənətə gəc baxan ac qalar.
  • Sənətinə kim xor baxar, boynuna torba taxar.
  • Sərçə deyil budunu verim, bir dəvənin nəyini verim.
  • Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun.
  • Sərçə nədir ki, bozbaşı nə ola?!
  • Sərçə olsun əlimdə olsun, göydə uçan qazı neylərəm.
  • Sərçədən qorxan gərək darı əkməsin.
  • Sərçəni bülbül adına satır.
  • Sərçənin cib-cibindən toyuğun qaqqıldaması yaxşıdır.
  • Sərçənin nəğməsi yox, cib-cibi çox.
  • Sərçəyə cib-cib öyrətməzlər.
  • Sərnic gətir, süd axtar.
  • Sərv ağacı nə qədər uca olsa, əsli yoxdu, budağında bar olmaz.
  • Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər.
  • Siçan olmamış dağarcığı dəlir.
  • Siçana dedilər: - Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə! Siçan dedi; - Bunda nə var, mənzili yaxın, pulu çox?!.
  • Sirkə nə qədər tünd olsa öz qabını sındırar.
  • Sıxıla-sıxıla cənnətə getməkdənsə, oynaya-oynaya cəhənnəmə get.
  • Sınan gəmiyə nə külək.
  • Sonalayan ya kora, ya keçələ
  • Sonrakı peşmançılıq fayda verməz.
  • Sonsuz adam dövləti çox istər.
  • Söhbət dananı qurda verər.
  • Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
  • Söymə qul atamı, söyməyim bəy atanı.
  • Söz danışıqdan keçər.
  • Söz gəzdirən mərd olmaz.
  • Söz haqdan gəlir.
  • Söz sözü çəkər.
  • Söz vaxtına çəkər.
  • Söz var - gələr keçər, söz var - dələr keçər.
  • Sözü asta, ürəyi tasvasda.
  • Sözü at yerə, gedər yerin tapar.
  • Sözü yerində söylə.
  • Sözün düzünü zarafatla deyərlər.
  • Sözün ilə işin bir olsun.
  • Sözün uzunu adamı yorar.
  • Sözün yanlışı olar, yalanı olmaz.
  • Söyüd ağacı bar verməz.
  • Su axar, çuxurun tapar.
  • Su axdığı yerdən bir də axar.
  • Su başdan aşanda ya bir qarış, ya yüz qarış.
  • Su başdan bulanıqdır.
  • Su bulandırmaqla balıq tutulmaz.
  • Su bulanmayınca durulmaz.
  • Su çıxmaz arxa cuvar qoydular, adımı da qoydular yarıtmaz.
  • Su da bir yerdə qalanda iylənər.
  • Su gəldiyi arxa bir də gələr.
  • Su girdi qaba - oldu içməli.
  • Su ilə odun nə oyunu var?!
  • Su kiçiyindir, yol böyüyün.
  • Su meymunun boğazına çıxanda balasını ayağı altına alar.
  • Su murdarlıq götürməz.
  • Su özünə yol elər.
  • Su sənəyi suda sınar.
  • Su yatar, düşmən yatmaz.
  • Subay adamın yaxasını bit yeyər, çörəyini – it.
  • Subay adamın gözü ilə qız alma, gəlin gözü ilə bez.
  • Subay idim, sultan idim, adaxlandım, xan oldum, evləndim, xəndan oldum.
  • Suda boğulan ilana sarılar.
  • Sudan boğulan saman çöpündən yapışar.
  • Sudan ayrılan balığın oddan nə qorxusu?
  • Susmaq da bir cavabdır.
  • Susuz it kəhrizə baxar.
  • Süd igidə halaldır.
  • Süd ilə girən sümüklə çıxar.
  • Süd verən inəyi kəsməzlər.
  • Süddən ağzı yanan qatığı üfləyə-üfləyə içər.
  • Südlə gələn sümüklə çıxar.
  • Südlü inək ol, vur dolu sərnici dağıt.
  • Südlü qoyun sürüsündən ayrılmaz..
  • Sürmə yüz,yaşa 100
  • Sürüdən ayrılan qoyunu qurd yeyər.
  • Sürüyə qurd gələndə vay bir keçisi olanın halına.

İstinadlar

[redaktə]