Azərbaycan atalar sözləri/R
Görünüş
←P | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
S→ |
Həmçinin baxın: Haqqında • |
- Rahat durmayan narahat olar.
- Rahat oturana nə vali gələr, nə hakim.
- Rahatlıq istəyən adam - kor, kar, lal gərək.
- Ramazanda yalan deyən bayramda üzü qara çıxar.
- Rast gəlməyən işə peşiman olma.
- Razı olan qəm yeməz.
- Rəhbərə yol göstərmə.
- Rəhmət yazana, lənət pozana.
- Rəncbərin ümidi əkinədir.
- Rəngimə bax, əhvalımı xəbər al.
- Rişxənd etmə qonşuna, gələr bir gün başına.
- Rişxəndlik ağlın zəifliyindən doğar.
- Ruzi gələn vaxtı köpəyi yuxu tutar.
- Ruzi qismət ilə gələr.
- Ruzi (yemək) olsun, ocaqda olsun.
- Ruzisi gələn zaman köpəyi yuxu tutar.
- Rüstəmi-zaman olsan, düşməni həqir sanma.
- Rüsvayçılıq ömürdən uzun olur.
- Rüşvət cəhənnəmin açarıdır.
- Rüşvət haramdır.
- Rüşvət qapıdan girərsə, iman bacadan çıxar.
- Rüşvətxorun aqibəti yoxdur.
Mənbə
[redaktə]- Atalar sözü. Bakı,1985.
- Atalar sözü. Bakı,2004.