Jan Şarden
Görünüş
Jan Şarden | |||
Doğum tarixi | 16 noyabr 1643 | ||
Doğum yeri | Paris | ||
Vəfat tarixi | 26 yanvar 1713 | ||
Vəfat yeri | Çizik | ||
Dəfn yeri | Çizik | ||
|
Jan Şarden (1643-1713) - XVII əsr fransız səyyahı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
F
[redaktə]- Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk (Azərbaycan) dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır. [1]
İ
[redaktə]- İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar.[2]
Ş
[redaktə]- Şəhərin ətraf yerlərində ağ mərmər hazırlayan böyük karxanlar var. Orada şəffaf ağ mərmər növü var. Deyilənlərə görə, şəffaf ağ mərmər yavaş-yavaş donan mineral bulaqların suyundan əmələ gəlir. Həmçinin Təbrizin lap yaxınlığında iki böyük mədən – duz və qızıl mədənləri var. Çoxdandır ki, qızıl mədəni işləmir, çünki onun verdiyi gəlir çəkilən xərci zorla ödəyir… Burada xeyli mineral sular var. Kükürdlü sular daha çoxdur. Onların arasında soyuq və qaynar olanları var.
T
[redaktə]- Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Ev və ov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maral və su quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər…[3]
- Təbrizin havası soyuq və qurudur. Onun havasının əhval ruhiyyəyə pis təsir etməsindən qətiyyən şikayətlənmək olmaz. Şəhər üzü şimala olub, ilin doqquz ayı zirvəsi qarla örtülü olan dağlarla əhatə edildiyindən orda soyuqlar uzun müddət davam edir. Demək olar ki, orda hər axşam-səhər zəif külək əsir. Yay müstəsna olmaqla, tez-tez yağışlar yağır. Ilin bütün fəsillərində onun üzərində duman görmək olar. Orada yaşayanlar üçün vacib olan hər nə istəsə boldur. Kifayət qədər keyfiyyətli və ucuzdur. [4]
İstinadlar
[redaktə]- ↑ Şardenin səyahətnaməsi (farsca tərc. İqbal Yəğmayi), Tehran, 1372-75 şəmsi, 3-cü cild, səh. 946-947
- ↑ Fuad Əliyev, Urfan Həsənov. "İrəvan xanlığı". Bakı, "Şərq- Qərb", 2007, ISBN 978-9952-34-166-9, s.45.
- ↑ [1] Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 2-ci hissə
- ↑ [2] Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 2-ci hissə