Xindi atalar sözləri
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aciz qalanda qəzəb çox güclü olar.
B[redaktə]
- Bir balıq bütün suyu bulandırar.
Ç[redaktə]
- Çirkaba heç nə atma, üstünə sıçrar.
D[redaktə]
- Dava - dalaşın kökü kasıblıqdır.
E[redaktə]
- Eşitdiyinə inanma, gördüyünə inan.
Ə[redaktə]
- Əl çalmağa bir əl bəs eləməz.
- Ən yaxşı adət düzlükdür.
G[redaktə]
- Göz yaşı ilə yanğı yatmaz.
- Gözəl üzü hamı öpər.
X[redaktə]
- Xırda ürək sirr saxlamaz.
İ[redaktə]
- İnək öz buynuzunun ağırlığını bilmir.
- İnsan öləndən sonra qədri bilinər.
- İnsanın əsl düşməni - insandır.
K[redaktə]
- Kor korla danışanda həmişə hirslənər.
Q[redaktə]
- Qane olmaq - xoşbəxt olmaqdır.
- Qorxu ilə sevgi bir yerə sığmaz.
O[redaktə]
- Odu yağla söndürməzlər.
Ö[redaktə]
- Ölməsən - cənnəti görməzsən.
P[redaktə]
- Pişik doqquz yüz siçanı öldürüb getdi Məkkəni ziyarətə.
- Pula daha çox sitayiş edirlər, nəinki allaha.
S[redaktə]
- Səbr özü acıdır, meyvəsi şirin.
- Susmaq - razılığın yarısıdır.
T[redaktə]
- Taxta qabı da od üstünə cəmi bir dəfə qoyarlar.
- Tikanı tikanla çıxararlar.
Y[redaktə]
- Yalançının yaddaşı gərək yaxşı ola.
- Yaman gündə dost olmur.
- Yaman gündə təsəlli - quraqlıqda yağış kimidir.
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri. Bakı,2015