Səbr
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur. Mövlana Cəlaləddin Rumi
Ç[redaktə]
- Çıxacağım yerə səbri nərdivan edirəm. Mövlana Cəlaləddin Rumi
- Çox səbr lazımdır ki, səbirli olmağı öyrənərsən. Yakob Mixael Reynqold Lents
E[redaktə]
- Ey iman edənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur). Qurani-Kərim
Ə[redaktə]
- Ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. Con Drayden
- Əsl hünər bolluq içində səbr etməkdir. Muhəmməd Qəzzali
G[redaktə]
- Gözləməyi bacaran çox şeyə nail olar. Henri Uodsuort Lonqfello
H[redaktə]
- Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının,o cümlədən möminlərin qəlbinə salınacaqdır). Qurani-Kərim
- Həqiqəti sev, amma yanlışlıqlara qarşı da səbrli ol. Volter
- Hər bir müdrikliyin əsası səbrdir. Platon
X[redaktə]
- Xəzinə kəşf etmək istəsən əgər, Hər bir çətinliyə tab et, sinə gər. Nizami Gəncəvi
- Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə nail olmaq üçünsə səbirli olmalıyıq. Henrik İbsen
İ[redaktə]
- İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər. Napoleon Bonapart
- İradəli və səbirli insan məğlub olmaz. Moris Meterlink
K[redaktə]
- Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyinirəm. Lüdviq van Bethoven
Ö[redaktə]
- Özümüzün və başqalarının səhvlərini qəbul edib, bunlara səbrlə dözməliyik. Həzrəti İsa
S[redaktə]
- Səbr acı olsa da, meyvəsi şirindir. Aristotel
- Səbr ağlın xəzinəsidir. Zeynalabdin Şirvani
- Səbr etməklə kişi zindandan çıxar, Səbr ilə açılar bağlı qapılar. Nizami Gəncəvi
- Səbr ən zəiflərin və ən güclülərin silahıdır. Leşek Kumor
- Səbr insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur. Səbri olmayanlar nə qədər də yoxsuldurlar. Uilyam Şekspir
- Səbr ümid etmək sənətidir. Lyuk de Klapye Vovenarq
- Səbr ümidin təməli, ümid isə xoşbəxtliyin açarıdır. Tomas Karleyl
- Səbr - üzünü turşutmadan ağrı-acını qurtum-qurtum içməkdir. Cüneyd Bağdadi
- Səbr zəifliyin dayağı, səbirsizlik gücün məhvidir. Çarez Kaleb Kolton
- Səbri, hövsələni unudan insan, Ağıldan, şüurdan açmasın dastan. Nizami Gəncəvi
- Səbrin mənası - üzərində dağları və insanları daşıyan torpaq kimi olmaq deməkdir. Səriyyis Sakat
- Səbrini basa bilməyəndən müdrik olmaz. Yapon atalar sözləri
- Səbrli olmağı bacaran gec-tez öz istəyinə çatacaq. Onore de Balzak
- Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız. Həzrəti İsa
T[redaktə]
- Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir. Demokrit
- Tələskənlik kədərin, səbr isə sevincin açarıdır. Fars atalar sözləri
- Təmkin sayəsində ən yüksək məqama çatmaq mümkündür. Frensis Bekon
U[redaktə]
- Uğurun iki səbəbi var :səbr və ümid. Aleksandr Düma
- Uğurun sirri səbrli olmaqdır. Bencamin Dizraeli
- Uzun müddət hökm sürmək istəyirsənsə, səbrli ol. Samuel Conson
V[redaktə]
- Vaxt bütün qapıları səbirli insanların üzünə. Çin atalar sözləri
- Vaxt da müəllim kimidir : problemləri səbirlə, tədricən yoluna qoyur. Ezra Kornel