İsa
Görünüş
(Həzrəti İsa səhifəsindən yönləndirilmişdir)
İsa | |||
Doğum tarixi | e.ə. 5 | ||
Doğum yeri | Beytləhm | ||
Vəfat tarixi | 7 aprel b.e. 30, 3 aprel b.e. 33 | ||
Vəfat yeri | Calvary | ||
Dəfn yeri | naməlum dəyər, Müqəddəs məqbərə kilsəsi, Talpiot Tomb, Garden Tomb, empty tomb, Qüds | ||
|
İsa (ivritcə יֵשׁוּעַ Yeşua) – Xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil.
- Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.[1]
- Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir.[2]
B
[redaktə]- Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki "nur" qaranlıqdırsa, zülmət nə qədər böyükdür![3]
D
[redaktə]- Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.[4]
- Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.[5]
- Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz.[6]
- Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.[7]
- Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq.[8]
- Düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.
E
[redaktə]- Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib "mən Oyam" və "vaxt yaxınlaşıb" deyəcək. Onların ardınca getməyin.[9]
Ə
[redaktə]- Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.[10]
G
[redaktə]- Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.[11]
- "Göz əvəzinə göz, diş əvəzinə diş" deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.[12]
H
[redaktə]- Həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək.[13]
- Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.[14]
- Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz.[15]
- Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz. Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır. Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: "Köhnəsi daha yaxşıdır".[16]
- Həyat üç gündən ibarətdir: dünən, bu gün, sabah.
X
[redaktə]- Xəstə adam xəstəliyi səbəbi ilə yeməyin dadını hiss etmədiyi kimi, dünyaya pərəstiş edən də dünya sevgisi səbəbi ilə ibadətin dadını hiss edib zövq ala bilməz.
- Xəyanətin kiçiyi — böyüyü olmaz.
İ
[redaktə]- İnsanların ən bədbəxti xalq arasında öz elmi ilə məşhurlaşan, lakin əməli ilə tanınmayandır.
- İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.[17]
Q
[redaktə]- Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər.[18]
- "Qonşunu sev və düşməninə nifrət et" deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.[19]
- Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. Mən və Ata birik.[20]
M
[redaktə]- Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək.[21]
- Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz.[22]
- Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.[23]
N
[redaktə]- Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır.[24]
- Nə üçün Məni "ya Rəbb, ya Rəbb" deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar.[25]
O
[redaktə]- Onda Bəşər Oğlunun əlaməti göydə görünəcək və yer üzünün bütün qəbilələri qəm-qüssəyə qərq olacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcəklər.
Ö
[redaktə]- Özümüzün və başqalarının səhvlərini qəbul edib, bunlara səbrlə dözməliyik.[26]
P
[redaktə]- Risliyin nə olduğunu bilməyən onun girdabına düşər.[27]
S
[redaktə]- Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz. Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur. Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər. Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar. İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalınmazdır, amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir![28]
- Sizə əmr edirəm: bir-birinizi sevin.[29]
V
[redaktə]- Vəziyyətdən asılı olmayaraq qənaət etməyin vacibliyini öyrəndim.
Y
[redaktə]- Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.[30]
- Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.[31]
- Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.[32]
- Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar.[33]
İstinadlar
[redaktə]- ↑ Matta 15:18–19
- ↑ Yəhya 4:24
- ↑ Matta 6:22–23
- ↑ Matta 7:13–14
- ↑ Matta 7:7–8
- ↑ Yəhya 11:25–26
- ↑ Yəhya 3:5
- ↑ Yəhya 8:12
- ↑ Luka 21:8
- ↑ Luka 6:32–36
- ↑ Matta 28:18–20
- ↑ Matta 5:38–42
- ↑ Yəhya 8:32
- ↑ Yəhya 15:13
- ↑ Matta 6:24
- ↑ Luka 5:36–39
- ↑ Matta 7:12
- ↑ Yəhya 10:9–11
- ↑ Matta 5:43–48
- ↑ Yəhya 10:27–30
- ↑ Yəhya 4:14
- ↑ Yəhya 3:19–20
- ↑ Luka 6:37–38
- ↑ Matta 5:3–10
- ↑ Luka 6:46–49
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh. 373.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.352
- ↑ Matta 18:2–7
- ↑ Yəhya 15:17
- ↑ Luka 6:43–45
- ↑ Matta 7:15–20
- ↑ Matta 24:35
- ↑ Matta 6:19–20