Lüdviq van Bethoven

Lüdviq van Bethoven - alman bəstəkarı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bir sirri gizləyib ədalətə ziyan yetirməkdənsə, ədalət naminə özüm ziyan çəkməyi üstün tuturam.
D[redaktə]
- Daha gözəl olmaq üçün pozulmayan bir qayda yoxdur.
- Daha üstünü ola bilməz! Musiqi Tanrıya yaxınlaşmaq və oradan insanlığa səslənməkdir.
- Dünyada misli-bərabəri olmayan varlıq - yaranışın əsl möcüzəsi anadır.
Ə[redaktə]
- Əsl musiqi gerçəyin özüdür.
- Əsl sənətkar şöhrətpərəstlik hissindən məhrumdur, çünki o bilir ki, sənət hüdudsuzdur.
X[redaktə]
- Xoşbəxtliyə şəfqət və mərhəmətlə çatmaq mümkündür.
H[redaktə]
- Həyatımın payızı gəlib çatdı. Elə bir bəhrəli ağaca bənzəmək istəyirəm ki, hər tərpənişimdə meyvələrim dolu kimi yağsın.
İ[redaktə]
- İnsanı fərqləndirən ən ali cəһət onun maneələri dəf etməkdə inadkarlığıdır.
- İnsanı sadəcə elm və sənət yüksəldə bilər.
- İnsanın ən yüksək fərqliliyi ən qəddar maneələri aradan qaldırmaqda davamlı olmasıdır.
- İstedadı və iş sevgisi olan bir şəxs üçün heç bir maneə yoxdur.
K[redaktə]
- Komediya bitdi.(ölümündən əvvəlki son sözü)
- Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyinirəm.
M[redaktə]
- Mənim bildiyim yeganə üstünlük rəmzi xeyirxahlıqdır.
- Musiqi ağıl həyatı ilə hisslərin həyatı arasında vasitəçidir. Musiqi hikmət və fəlsəfədən daha yüksək bir vəhydir.
- Musiqi insan qəlbindən atəş etməlidir.
- Musiqi, kişilərin qəlbini alovlandırmalı, qadınların isə gözlərini yaşatmalıdır.
- Musiqi məşhur bir ehtiyacdır.
- Musiqinin əsl gücü dinləyicisini bəstəkarın xəyal dünyasına aparmasıdır.
Ö[redaktə]
- Övladlarınıza puldan çox, əxlaq verin.
R[redaktə]
- Ruhumu etzaza gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır; təəssüf ki, bunu anlayan insanlar çox azdır.[1]
S[redaktə]
- Sənəti bir şeydən daha çox sevən əsl sənətkar, özündən razı qalmayıb daha da irəliləməyə çalışır.
Y[redaktə]
- Yalnız sənətinizlə məşğul olmayın, həm də onun sirlərinə daxil olun, çünki o və bilik insanları ilahiliyə qaldıra bilər.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.321