Samuel Conson
Jump to navigation
Jump to search
Conson Samuel (1709-1784)- ingilis şairi və tənqidçisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı məsləhətə qulaq asmaq heç vaxt gec deyil.
B[redaktə]
- Bəzi hiyləgərlər daha ağılsız arvad seçirlər ki, onlara rəhbərlik etsinlər və həmişə yanılırlar.
- Bir işin ən çətin yönünü fikirləş ki,edərkən çətinlik çəkməyəsən.
- Bir tək kitab yazmaq üçün yarım kitabxana əsər oxunmalıdır.
- Böhtan qorxaqların intiqamıdır.
- Böyük bacarıqla idarə olunan gərgin əmək heç vaxt itmir.
- Bütün ömrünü namusla yaşamaq istəyən insan cavanlıqda nəzərə almalıdır ki, bir vaxt onun özü də qoca olacaq və qocalanda yadında saxlamalıdır ki, vaxtilə onun özü də cavan olub.
Ə[redaktə]
- Əgər uzun müddət sevmək istəyirsənsə, ağılla sev, ürək ilə yox.
- Əsas o deyil ki, insan necə ölür, əsas odur ki, insan necə yaşayır.
G[redaktə]
- Gələcəyi satın ala biləcək tək şey - bugündür.
H[redaktə]
- Hamı danışır, lakin az adam gözəl danışa bilir.
- Hamını tərifləyən adam heç kəsi qiymətləndirmir.
İ[redaktə]
- İncəsənətin düşməni cəhalətdir.
K[redaktə]
- Kəbin çox kədərlər gətirir, lakin, kəbinsizlik heç bir sevinc vermir.
Q[redaktə]
- Qızıl və brilyantda olduğu kimi, tərifin dəyəri də az olmasındadır.
M[redaktə]
- Məhəbbət axmağın müdrikliyi və müdrikin axmaqlığıdır.
T[redaktə]
- Təbiət qadına olduqca böyük hakimiyyət verib və buna görə də qəribə heç nə yoxdur ki, qanunlar bu hakimiyyəti məhdudlaşdırır.
U[redaktə]
- Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol.
V[redaktə]
- Vətənpərvərlik - əclafın son sığınacağıdır.
Y[redaktə]
- Yaşamaq - durmadan irəliləmək deməkdir.