Kitab
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
Adamlar mütaliədən əl çəkəndə fikirləşməkdən də qalırlar. Deni Didro.
- Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır Qasım bəy Zakir
- Ağac və kitabın yarpağı nə qədər çoxdursa, meyvəsi bir o qədər azdır. Ərəb atalar sözləri
- Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır Mişel de Monten
- Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al! Tur Xander
B[redaktə]
- Başqa əsrlərin yazıçıları ilə söhbət etmək, səyahət etməyə bərabərdir. Dekart.
- Bədii ədəbiyyat oxumaq üçün də vaxt tapmaq lazımdır, yoxsa insanın beyni quruyar. S. M. Kirov.
- Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. S. Vurğun
- Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır. (F.Bekon)
- Bir tək kitab yazmaq üçün yarım kitabxana əsər oxunmalıdır. Samuel Conson
- Bu günün gərçək universiteti, bir kitabxanadır (Carlyle)
Ç[redaktə]
- Çox oxuyan yox, faydalı kitablar oxuyan əsl alim ola bilər. K.Aristipp.
D[redaktə]
- Dahi insan bəşəriyyət kitabının sərlövhəsidir. (F.Hebber)
- Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir. Əbu Turxan
- Dünyada kitabdan əziz dost yoxdur. Əlişir Nəvai
- Dünyanın əxlaqsız adlandırdığı kitablar,dünyanın özünün utanclarını göstərən kitablardır. Oskar Uayld
E[redaktə]
- Evdə kitab olanda adam tək qalmır. Nadejda Krupskaya
- Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Ə.H.Bəhmənyar
Ə[redaktə]
- Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər! (Oskar Uayld)
- Əxlaqlar üzərində müşahidə aparmağa, kitab oxuyandan sonra başladım. Ç. Darvin.
- Əgər bir insan bir kitabı oxuduqdan sonra, onu təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə heç bir dəyəri yoxdur. Oskar Uayld
- Əgər, yalnız başqalarının oxuduqları kitabları oxuyursuzsa, o zaman elə onların düşündükləri kimi düşünəcəksiniz, əlavə heç nə. (M.H.Murakami)
- Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. (N.A.Rubakin)
H[redaktə]
- Hər kim kitab oxumursa, o düzgün fikirləşə bilməz Deni Didro
- Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə, sonunu gətirmək çətindir. Konfutsi
- Həyatımız qısa, vaxtımız məhdud olduğu üçün yalnıız dəyərli kitabları oxumalıyıq. Yeqor Rozen
F[redaktə]
- Fikirləşmədən oxumaq, çeynəmədən yemək kimidir. E.Bok.
İ[redaktə]
- İnsan bütün ömrü boyu maariflənmək üçün yaşamalıdır. Höte.
- İnsan bütün ömrü boyu mütaliə etməlidir. A.V.Lunaçarski.
- İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır. Cordano Bruno
- İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.
- İnsanlar pis idi, kitablara sığındım... (Cemil Meriç)
- İnsanların aynası kitablardır. Oldos Haksli
- İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar. Hümam Təbrizi
K[redaktə]
- Kitab bilik mənbəyidir . Maksim Qorki
- Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim. Cemil Meriç
- Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. A.İ.Gertsen.
- Kitab elmlərin nəticəsi olmalıdır, elmlər kitabın yox. Frensis Bekon.
- Kitab heç aldatmayan bir yoldaşdır (Guilbert De Pixrecourt)
- Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır. Əlif Şəfəq
- Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır (A.M.Upit)
- Kitab insan ruhunun müqəddəs yazısıdır. Maksim Qorki
- Kitab insan üçün mənəvi qidadır. Frensis Bekon.
- Kitab insanda görmədiyim, bilmədiyim, cəhətləri mənə sübut etmək qüdrətinə malikdir Maksim Qorki
- Kitab insanı kainatın sahibi edir. P.A.Pavlenko.
- Kitab mənim üçün, tacdan qiymətlidir (V.Şekspir)
- Kitab nəsillərin bir-birinə vəsiyyətidir (A.Gertsen)
- Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun! Əbu Turxan
- Kitab olmayan ev ruhdan ayrılan bədənə bənzər. Siseron
- Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir (U.M.Tekkerey)
- Kitab ruhun dərmanıdır. Yapon atalar sözü
- Kitab sahilsiz dəniz, biliklər ümmandır. (Aybek)
- Kitab -sənin ilk dostundur (M.Ə.Sabir)
- Kitab təfəkkürün övladıdır (C.Svift)
- Kitab təfəkkürün yorulmayan qanadlarıdır. (Aybek)
- Kitab, tək ölümsüzlükdür (Rufus Choate)
- Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. Françesko Petrarka.
- Kitab vasitəsilə biz həqiqətlər və rəzalətlər mülkünə daxil oluruq. A.İ.Gertsen
- Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. Frensis Bekon
- Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir. C.Reskin
- Kitabda və qadında əsas olan forma deyil, məzmundur...” – hətta indi, həyatımdakı müxtəlif məyusluqlardan sonra, bu fikir də mənə sıxıcı gəlir. Bütün hallarda mən gözəl qadınları xoşlayıram. Sergey Dovlatov
- Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Q. V. Leybtnis
- Kitabı sevin, çünki o sizə insanları sevməyə öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq. Maksim Qorki
- Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. (N.Vəzirov)
- Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. S.J.Harris
- Kitablar, heç solmayacaq bitkilərdir (Herrick)
- Kitablar həyatım,təcrübələrim isə müəllimimdir. A.Avqustin.
- Kitablar, itmiş başların abidələridir (Sir Villiam Davenant)
- Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq (Maksim Gorki)
- Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım. Maksim Qorki.
- Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar.Henri Devid Toro
- Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. Frensis Bekon
- Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)
- Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır (Şekspir)
- Kitabsız bir ömrün nə mənası var. Səməd Vurğun
- Kitabsız ev ürəksiz bədəndir. Siseron
- Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir (V.Kubarev)
- Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır (Seneka)
- kitab ən zəngin bilik mənbəyidir.
Q[redaktə]
- Qədim kitabların füsünkar təbiəti şərabı andırır. A.S.Qrin.
- Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir. V.L.Dal.
M[redaktə]
- Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.
- Mədəniyyəti yüksəltmək, hər şeydən əvvəl, bədii ədəbiiyyatı bilməkdir. M.İ.Kalinin
- Mən öyrətdim onlara, öyrətdim bilik nədir, Oxumağı, saymağı dedim bir xəzinədir (Esxill)
- Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar (Montaigne)
- Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, Söyləyim: ANAmdır. (Avraam Linkoln)
- Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir. F.Bekon.
- Mütaliə təfəkkürü dərinləşdirir. M.İ.Kalinin
N[redaktə]
- Nə qədər çox oxusan, özünü başqalarına bir o qədər az oxşadarsan. J.Renar.
- Nəyi isə oxuyan adam heç bir şey oxumayan adamdan xeyli yüksəkdə durur. V.Q.Belinski
O[redaktə]
- Oxunacaq ən böyük kitab insandır. Hacı Bəktaş Vəli
- Oxuya bilsəniz hər insan bir kitabdır. V.Ellery Çanning
Ö[redaktə]
- Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir. F.M.Dostoyevski.
- Öz əsərlərində yaşayanlar ölmürlər. C.Bovuo
S[redaktə]
- Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. İnsan gərək bütün ömrü boyu maariflənsin (A.V.Lunaçevski)
- Sən elə düşünürsən ki, nəfsinə uymaq zəiflikdir? Sənə deyim ki, elə dəhşətli şirnikləndirici şeylər var ki, güc, güc və cəsarət istəyir ki, ona məğlub olasan. Oskar Uayld
- Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır. (Cim Ron)
T[redaktə]
- Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver. Konfutsi
- Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. Əbu Turxan
Ü[redaktə]
- Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır (Alcott)
Y[redaktə]
- Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. Ernest Heminquey
- Yaxşı kitab çox qiymətli xəzinədir. H. Zərdabi.
- Yaxşı kitab eynən ağıllı bir adamla söhbət etməkdir. Oxucu kitabdan bilik alır, həyatı ümumiləşdirmək, dərk etmək qabiliyyətini öyrənir. Lev Tolstoy
- Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir. Çlngiz Aytmatov
- Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. Volter
- Yaxşı kitablar çox yaxşı, pis kitablar da çox pisdir. Emerson
- Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir (R.Dekart)
- Yaxşı yazan müəlliflərin əsərlərini oxuyarkən, yaxşı danışmağa adət edirlər. Volter.
- Yaman gün kitabdan yaxşı öyrədər. Amxar atalar sözləri
- Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. Əbu Turxan
- Yazıçının əsəri onun mənəvi həyatının tərcümeyi-halıdır. V. Ketlinskaya.