Qeorq Kristof Lixtenberq
(Georq Lixtenberq səhifəsindən yönləndirilmişdir)
Jump to navigation
Jump to search
Qeorq Kristof Lixtenberq (1742 — 1799) — Görkəmli alman fiziki, publisist, ədəbi tənqidçi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adamlardan arzularına görə yox, imkanlarına görə tələb etmək lazımdır.
- Ağıl vermək və ağıllı olmaq tamamilə müxtəlif şeylərdir.
B[redaktə]
- Bir çox insanda, bir şeyə qarşı inancsızlıq, bir başqa şeyə kor-koranə inanışdan doğulur.
- Bir şeyin tam tərsini etmək də bir növ təqliddir.
H[redaktə]
- Heç bir fikrə sahib olmamaq qədər beyni rahatlaşdıran bir şey ola bilməz.
- Həmişə vaxtı olmayan şəxslər, adətən, konkret işlə məşğul olmurlar.
- Hər şeyi birdən etməyə cəhd hər bir şey etmək deməkdir.
İ[redaktə]
- İşini ciddi bir sifətlə edən insanın məntiqli olduğunu zənn edən çox insan var.
K[redaktə]
- Kitab illər keçdikcə daha xoş gəlirsə, bu, onun yaxşı olmasının əlamətidir.
Q[redaktə]
- Qulaqlarımızı da gözlərimiz qədər asan açıb bağlaya bilsəydik nə qədər gözəl olardı!
M[redaktə]
- Müdrikliyin ilk addımı hər şeyi analiz etməkdir, son addımı da bunları olduğu kimi qəbul etməkdir.
N[redaktə]
- Nə zaman ki, zəifliklərimizi bilirik, artıq bizə onlardan ziyan gəlməz.
Ö[redaktə]
- Özünə aşiq birinin heç olmasa bu üstünlüyü var - çox rəqibi olmayacaq.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.