Qeorq Kristof Lixtenberq
Görünüş
Qeorq Kristof Lixtenberq | |||
Doğum tarixi | 1 iyul 1742 | ||
Doğum yeri | Ober-Ramştadt | ||
Vəfat tarixi | 24 fevral 1799 | ||
Vəfat yeri | Göttingen | ||
Dəfn yeri | Göttingen, Bartholomäusfriedhof, Göttingen | ||
|
Qeorq Kristof Lixtenberq (1742 — 1799) — Görkəmli alman fiziki, publisist, ədəbi tənqidçi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamlardan arzularına görə yox, imkanlarına görə tələb etmək lazımdır.
- Ağıl vermək və ağıllı olmaq tamamilə müxtəlif şeylərdir.
B
[redaktə]- Bəzi adamlar çox oxuyurlar ki, öz başları ilə düşünməmək üçün bəhanələri olsun.
- Bəzi məşhur adamlar öz şöhrətlərinə görə pərəstişkarlarına borcludurlar.
- Bir az fizika ilə qarışan ruhani düşüncələrin insanların diqqətini necə cəlb edə biləcəyinə və Allah haqqında Onun qəzəbinə dair tez-tez istifadə olunan misallardan daha canlı təsəvvür yarada biləcəyinə inanmaq çətindir.
- Bir çox insanda, bir şeyə qarşı inancsızlıq, bir başqa şeyə kor-koranə inanışdan doğulur.
- Bir şeyin tam tərsini etmək də bir növ təqliddir.
- Bir vaxtlar elmin sərhəddi olduğu yer indi mərkəzdir.
- Bir vərdişi mənəvi sürtünmə adlandırmaq olar: zehnin şeylər üzərində sürüşməsinə mane olan, lakin onu onlarla əlaqələndirən və onlardan azad olmağı çətinləşdirən bir şey.
- Bizi hər hansı bir iş görməyə vadar edən motivlər otuz iki külək kimi düzülə bilər və eyni model üzrə adlar verilə bilər...
- Buraxılan səhvlərə görə peşmançılıq çəkməkdənsə, bu səhvlərə görə yol verməməyə çalışmaq lazımdır.
Ə
[redaktə]- Əksər kişilərdə bir şeyə inamsızlıq başqa bir şeyə kor -koranə inanmaqdan qaynaqlanır .
- Əlbəttə mən deyə bilmərəm ki, hər cür başqa cür olsa yaxşı olacaq, lakin deyə bilərəm ki, hər şey yaxşı olsa hər şey başqa cür olacaq.
H
[redaktə]- Heç bir fikrə sahib olmamaq qədər beyni rahatlaşdıran bir şey ola bilməz.
- Heç bir şey biliyin tərəqqisi yolunda hələ bilmədiklərini bildiyini düşünməkdən daha böyük bir maneə qoya bilməz.
- Həqiqət bəşəriyyətin təhsili və inkişafı, yazıçının əsas məqsədi olmalıdır.
- Həmişə vaxtı olmayan şəxslər, adətən, konkret işlə məşğul olmurlar.
- Hər şeyi birdən etməyə cəhd hər bir şey etmək deməkdir.
İ
[redaktə]- İşini ciddi bir sifətlə edən insanın məntiqli olduğunu zənn edən çox insan var.
K
[redaktə]- Kim ki, istədiyindən az şeyə malikdir, bilməlidir ki, o, layiq olduğundan çox şeyə malikdir.
- Kitab illər keçdikcə daha xoş gəlirsə, bu, onun yaxşı olmasının əlamətidir.
Q
[redaktə]- Qulaqlarımızı da gözlərimiz qədər asan açıb bağlaya bilsəydik nə qədər gözəl olardı!
M
[redaktə]- Müdrikliyin ilk addımı hər şeyi analiz etməkdir, son addımı da bunları olduğu kimi qəbul etməkdir.
N
[redaktə]- Nə zaman ki, zəifliklərimizi bilirik, artıq bizə onlardan ziyan gəlməz.
Ö
[redaktə]- Özünə aşiq birinin heç olmasa bu üstünlüyü var - çox rəqibi olmayacaq.
S
[redaktə]- Səhv sizi cəllada təhvil verə biləcəyi bölgələrdə fəlsəfə məşqlərinizə başlamayın.
Y
[redaktə]- Yalnız etiraz etməyən xalqı əsarət altına almaq olar.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.