Lyuk de Klapye Vovenarq
Görünüş
Lyuk de Klapye Vovenarq | |||
Doğum tarixi | 6 avqust 1715 | ||
Doğum yeri | Eks-an-Provans | ||
Vəfat tarixi | 28 may 1747 | ||
Vəfat yeri | Paris | ||
|
Lyuk de Klapye Vovenarq — fransız yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaqlar düşündüyümüzdən azdır; insanlar bir-birlərini sadəcə olaraq başa düşmürlər.
- Axmaqlar özlərini ağıllılar sırasına aid etməsəydilər, ağıllı adamlar tənha olardılar.
- Ağıl və hiss bir-birinə kömək edir və biri digərini tamamlayır.
B
[redaktə]- Belə bir fikir yayılıb ki, yalanı ən çox əsl həqiqəti bilənlər danışırlar.[1]
- Böyük düşüncələr qəlbdən gəlir.
- Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.
C
[redaktə]- Comərd — nəsihətlə kifayətlənməyib yardım edəndir.
Ç
[redaktə]- Çox tez əldə olunmuş uğur həmişə keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir.
D
[redaktə]- Dahi insanların dili təbiətin özünün dili qədər sadədir.
- Dil və düşüncə məhdud, həqiqət isə hüdudsuzdur.
- Dünyada namuslu addan şərəfli heç nə ola bilməz və bu adi insana onun öz ləyaqəti qazandırır.
E
[redaktə]- Elə insanlar var ki, onların qüsurları olmasaydı, istedadları da heç vaxt üzə çıxmazdı.
- Eləsi var ki, əsəri yalnız yazıçının səhvlərini tapmaq üçün oxuyur.
H
[redaktə]- Hər hansı bir kəmiyyət, hər hansı bir keyfiyyət, hər hansı bir hakimiyyət nisbidir.
- Hər şeydən asan əsasında ağıllı dəlillər dayanan partiyanı məhv etməkdir.
İ
[redaktə]- İnsana ən böyük mükafatı da vicdanı verir, ən böyük cəzanı da.
- İnsanın öz qüvvəsini dərk etməsi, bu qüvvəni ikiqat artırır.
- İnsanları sevmədikcə adil ola bilməzsən.
Q
[redaktə]- Qadınlarda adətən şöhrətpərəstlik temperamentdən çoxdur, temperament isə yaxşı hərəkətlərindən çoxdur.
L
[redaktə]- Ləyaqəti satmaqla varlanmaq olmaz.
M
[redaktə]- Məsləhətlərimizlə yardım etdiyimiz insanların xoşbəxtliyi bizi o qədər də maraqlandırmır.[2]
- Müəllifi tənqid etmək asan, qiymətləndirmək çətindir.
N
[redaktə]- Namusu ilə alver edən varlanmaz.
- Nazı öz silahı seçən qadınlar yanlış yol ilə gedir. Onlar az adamlarda böyük ehtiras alovlandıra bilər və ona görə yox ki, onlar, hesab edildiyi kimi yüngülxasiyyət deyillər, yalnız ona görə ki, heç kim səfeh vəziyyətdə qalmaq istəmir.
- Nə qədər qəribə olsa da, bəzən qaliblər məğlub etdikləri düşmənlərini təqlid edirlər. Tarixdən buna aid çoxlu misallar göstərmək olar.
Ö
[redaktə]- Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır.
- Özümüzün də inanmadıımız bir fikrə başqalarını inandıra biləcəyimizi düşünmək axmaqlıqdır.
S
[redaktə]- Səbr ümid etmək sənətidir.
Ş
[redaktə]- Şöhrətpərəst adamlardan diplomat çıxmaz: onlar susmağı bacarmırlar.
- Şöhrətpərəstlik adamı təbiilikdən məhrum edir.
Y
[redaktə]- Yalnız cılız insan daima ölçür ki, nəyə hörmət etmək, nəyi sevmək lazımdır. Həqiqi böyük qəlbi olan insan hörmətə layiq olan hər şeyi sevir.
- Yalnız insanpərvər adam ədalətli ola bilər.
- Yalnız kara gələn məsləhətlər yaxşı məsləhət sayıla bilər.
- Yalnız sanki heç vaxt ölməyəcək kimi yaşayanlar böyük əməllərə qabildirlər.
Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
İstinadlar
[redaktə]- ↑ Xəzinə. Bakı, 1997, səh.129.
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,