Aleksandr Düma (ata)

Vikisitat saytından
(Aleksandr Düma səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Aleksandr Duma

Aleksandr Düma (ata) (Alexandre Dumas; 1802 –1870) — fransız yazıçısı, dramaturqu və jurnalisti. Ən çox oxunan fransız müəlliflərindən biri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağrı, sən pis deyilsən.
  • Ayrıldığın adamla görüşdüyün adam arasında hansısa qəribə bir əlaqə var.

B[redaktə]

  • Bəzən kiçik qayıqlar böyük gəmiləri xilas edir.
  • Böyük şeylər yaratmağı bacaran kiçik şeyləri də yarada bilər.
  • Bu bir qayda olub: gənclik əylənir, qocalıq söyüş söyür.
  • Bu, vaxt itirməmək adlanır: dünən səhər gəldin, bu gün saat üçdə isə evlisən!
  • Bütün insan müdrikliyi iki sözdən ibarətdir: gözləmək və ümid etmək!

D[redaktə]

  • Dünya bir qonaq otağıdır. Bu otaqdan hamı ilə vidalaşıb, borclarını ödəyib, layiqincə, nəzakətlə ayrılmağı bacarmaq lazımdır.

E[redaktə]

  • Ehtiras ən təmkinli ağılları belə kor edir.

Ə[redaktə]

  • Əsl comərd insan düşmən bədbəxtliyi onun nifrətini üstələyəndə mərhəmət göstərməyə hazır olur.
  • Əzəmətli qartal nə qədər yüksəkdən uçarsa, bir o qədər yerdə dincəlməyə məcburdur.

G[redaktə]

  • Gənclik - artıq cavan olmayanlar üçün böyük çatışmazlıqdır.
  • Gözləmək yalnız heç nə etməyəndə dözülməz olur.

H[redaktə]

  • Hakimlər canı bərk məxluqdurlar.
  • Heç bir şey haqqında soruşmayan insanlar ən yaxşı təsəlli verənlərdir.
  • Heç vaxt istisna olmaq lazım deyil. Əgər dəlilərin arasında yaşayırsansa, dəli olmağı öyrənməlisən.
  • Həddindən artıq dostlar ola bilməz.
  • Hər böyük kədər hörmətə layiqdir.
  • Hər cür bədbəxtliyin iki dərmanı var: vaxt və sükut.
  • Həyat, kiçik çətinliklərdən ibarət bir təsbehdir və filosof onlar gülərək oynadır.
  • Həyatda ölümdən maraqlı tamaşa yoxdur.
  • Həyatın nə qədər yaxşı olduğunu başa düşmək üçün ölümə susamaq lazımdır.
  • Hörmətsiz sevgi uzağa gedə, yüksəkliyə qalxa bilməz: bu tək qanadlı mələkdir.

X[redaktə]

  • Xəsislik ruhu qurudur.
  • Xoşbəxtlik, qapıları əjdahalar tərəfindən qorunan nağıl sarayları kimidir. Onlara sahib olmaq üçün mübarizə aparmaq lazımdır.

İ[redaktə]

  • İnsan nə qədər yaxşı danışa da, sonda axmaq sözlər danışacaq.
  • İnsanı, atanı əzabdan, qadını göz yaşlarından xilas etmək xeyirxah əməl yox, insanlıq borcudur.
  • İnsanlar həmişə belədir: başqasının qürurunu baltalamağa hazır olur, amma özlərinin mənliyinə cüzi toxunulan kimi çığır-bağır salırlar.
  • İnsanlar kimi evlərin də onların daxili mahiyyətini əks etdirən ruhları və sifətləri var.

K[redaktə]

  • Kabus yalnız onu görmək istəyənlərin gözünə görünür.

Q[redaktə]

  • Qadın müqəddəsdir. Sevdiyin qadın isə ikiqat müqəddəsdir.
  • Qəzəb zəiflik əlamətidir.
  • Qisas alan adam bəzən etdiyi hərəkətə görə peşman olar, bağışlayan adam isə heç vaxt.
  • Qısqanclıq, kökündən qoparıb atmayanda artan alaq otu kimi pis hisdir.
  • Qısqanclıq sevgi əlamətidir.
  • Qocaldıqca gənclik barəsində daha çox düşünürsən.

M[redaktə]

  • Melanxoliya, adi insanın xəyali orijinallıq aldığı bir qidadır, amma güclü təbiətə malik insan üçün öldürücüdür.
  • Mən hər kəsi yaxınlarını sev kimi Tanrının buyurduğu sevgi ilə -xristian sevgisi ilə sevirəm, amma bəzi insanlara ürəkdən nifrət edirəm.
  • Məsləhət xidmətdən çoxdur.
  • Məşğul insanların qadınlara baxmağa vaxtları yoxdur.
  • Məşuqədən ayrılmaq olar, həyat yoldaşından isə yox. Çünki, siz ona yaxından, yaxud da uzaqdan əbədi olaraq bağlısınız.
  • Möcüzə nədir? Anlamadığımız şey. Ən arzu olunan nədir? Əlçatmayan şey.
  • Müstəqillik azadlığı əvəz edir.

N[redaktə]

  • Nifrət edən başqasının hisslərində səhv etmir.
  • Nə qədər yaşının olmasından asılı olmayaraq, arzularının puç olduğu zamandan qoca olursan.

Ö[redaktə]

  • Ölü rəqiblərinizdən yox, canlı düşmənlərinizdən qorxun!
  • Özündə mübarizə əzmi hiss edən vaxtını əbəs yerə sərf etmir və taleyin zərbəsinə zərbə ilə cavab verir.
  • Özünə hörmət etdiyini göstərsən, sənə də hörmət edəcəklər.

R[redaktə]

  • Ruhu zəif olanlar hər şeyi matəm libasında görür. Ruh üfüqlərini özü yaradır.

S[redaktə]

  • Sevinc də bəzən kədər kimi insanı sıxır.
  • Sivilizasiya bizdə xeyirxah başlanğıcı boğan və şərə yol açan arzular, qüsurlar, süni tələbatlar yaratdı.
  • Siz nə vaxtsa eqoizmimizin bizə məxsus olan hər şeyi parlaq rənglərə boyadığının şahidi olmusunuzmü?

Ş[redaktə]

  • Şübhə etmədiyin arzuları həyata keçirmək daha asandır.

T[redaktə]

  • Təəssüf ki, bu dünyada hər kəsin başqasının nöqteyi - nəzərini görməyə mane olan öz nöqteyi-nəzəri var.
  • Tənha adamın xoşbəxtliyi tam xoşbəxtlik deyil.

U[redaktə]

  • Uzun müddət əziyyət çəkən öz xoşbəxtliyinə çətinliklə inanır.

Ü[redaktə]

  • Ümid, mənə məlum olan həkimlərin ən yaxşıdır.

Z[redaktə]

  • Zəif ruhu olan adamlar həmişə hər şeyi matəm libasında görür.