Məzmuna keç

Dava



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. Vudi Allen
  • Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
  • O vaxtlar Azərbaycanda 28 aprel Sovet hakimiyyətinin qurulduğu gün kimi qeyd olunurdu. Aprelin 26-ı isə ermənilər onlarda sovet hakimiyyətinin qurulduğu gün kimi qeyd edirdi. Qafanla biz qonşu rayon idik. Sovet hökuməti vaxtı idi, biz Qafana hansısa bayramı qeyd etməyə gedirdik, onlar da bizə gəlirdilər. Təsəvvür edin, bu mədəniyyət günləri deyil, dava günləri idi. 10-12 yaşlı uşaqlar ermənilərlə dava edirdik. Birdəfə möhkəm kütləvi dava düşdü, konsertdən sonra onları döyüb yola saldıq.[1] Elnur Əşrəfoğlu
  • Ona görə düşmənə oxşatmışlar ki, ərini təhqir edər, alçaldar, dava-dalaş salar, açıqdan-açığa abrını alar, şikayət edib əleyhinə iş qaldırar, eyiblərini aləmə yayar. Nəsirəddin Tusi
  • Sənin haqqın dava etməkdir, mənim haqqım dinləmək deyil. Aristipp

İstinadlar

[redaktə]
  1. "Azərbaycanlı telejurnalist ermənilərlə kütləvi davaya düşdü". publika.az. publika.az. İstifadə tarixi: 22 oktyabr 2021.