Lars fon Trier

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Ç[redaktə]

  • Çəkmənin içində daş olanda insanı necə narahat edirsə, kino da elə narahat olmalıdır.

H[redaktə]

  • Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram.

İ[redaktə]

  • İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi.

K[redaktə]

  • Kimləsə birlikdə olanda onda mənə qarşı nifrət oyadacaq nəsə deməməyim mümkün deyil.

M[redaktə]

  • Mən çoxlu fobiyaları olan insanam. Amma kamera ilə qeyri-adi nəsə etmək kimi fobiyam yoxdur.

Y[redaktə]

  • Yəhudi olmaq istəyirdim. Sonra bildim ki, əslində nasistəm, çünki ailə üzvlərim alman idi. Mən nə deyə bilərəm? Hitleri başa düşürəm, amma düşünürəm ki, pis işlər görüb. Sonda sığınacağında oturduğunu təsəvvür edə bilərəm. Yaxşı adam deyiləcək biri deyil, amma mən onu bir az başa düşürəm və bir az da ona yazığım gəlir. Ancaq İkinci Dünya Müharibəsini dəstəkləmirəm və yəhudilərə də qarşı deyiləm.

İstinadlar[redaktə]