Məzmuna keç

Etimad



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlasığmaz təsadüflər nə qədər çox baş verirsə, uğura da o qədər çox etimad bəsləyirik. Anna Bartkulaşvili
  • Dünya daha təhlükəsiz, daha şirin, daha ağıllı və daha gözəl bir məkana çevrilməmişdən əvvəl bütün xalqlar özlərini hesaba almalı və öz psixoloji zəiflikləri və kompleksləri ilə məşğul olmağa başlamalıdırlar. Hər bir xalq sağlam psixi sağlamlığı hədəfləməli və sağlam, psixoloji məqsədləri həyata keçirməyə çalışmalıdır. Beynəlxalq birliyə nail olmaq lazımdır və bu, təkcə qarşılıqlı etimada deyil, həm də düzgün dünya məqsədlərinə və həqiqi psixoloji anlaşmaya əsaslanmalıdır. Alisa Beyli
  • Ədalət haqqında şərhlərimiz saatlarımıza bənzəyir. Çoxu başqa-başqa yerlər göstərir və hər kəs özününkünə etimad edir. Fransız atalar sözləri
  • Harda qarşılıqlı sevgi və sayqı varsa, orda etimad və itaət var. Etimad və itaət olan yerdə nizam-intizam vardı. Nizam-intizam olan yerdə hüzur, hüzur olan yerdə başarı (uğur) vardı. Mustafa Kamal Atatürk
  • Həqiqi cəsarət ölümə hörmətsizlikdədir (danışıqda və ya hərəkətdə ifadə olunur), yalanlarla mübarizədə. Yalnız yalanlardan çəkinən və həqiqətə sadiq qalan, yalançıların rəyində belə etimada və tərifə layiqdir ... Əl-Biruni
  • Qəlb sirrə, sirr də Haqqa etimad edərək sakitlik tapar. Əbdülqədir Geylani
  • Qərarlar əksər halda saatlarımıza bənzər: heç birimizinki bir-biri ilə üst-üstə düşməz. Amma yenə öz qərarımıza etimad edirik. Aleksandr Pop
  • Müdrik hökmdar öz təbəələrinin, onlar kim olsalar da və istənilən şərtlər çərçivəsində dövlətdən və onun özündən asılı olmalarının qeydinə qalacaq. Bu halda onlar həmişə etimada layiq olacaqlar.[1] Nikkolo Makiavelli
  • Nadanlığın dərmanı elmdir, Elm sahibi etimad edən olar, etimad edən də səadət yolunu bilər və o yolla gedər. Düzgün yolla gedən mütləq məqsədinə çatar.[2]İbn Sina
  • Pedaqoji fəaliyyət tələb edir ki, birincisi, müəllim öz şagirdini şəxsiyyət kimi tanısın, ikincisi, müəllimlə şagird arasında tam etimad olsun. Dmitri Pisarev
  • Sizə etibar etməyən sizin etibarınıza layiq deyildir. Lakin etimada layiq olan şəxslər qarşısında da tam açılmayın. Çünki, etibardan irəli gələn diqqətsizlik hər şeyi alt-üst edə bilər. Çanakya
  • Zövq əhli hər şeyə bir qədər şübhə ilə və etimadsız yanaşandır. Zövqlü olan adam müasir incəsənətlərin hökmran qanununa, heyrətə etimad göstərmir. Çünki heyrət bitmiş bir şeydir. Dəftərlər

İstinadlar

[redaktə]
  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.70
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014