Dmitri Pisarev
Jump to navigation
Jump to search
Pisarev Dmitri İvanoviç (1840-1868) — rus inqilabçı-demokratı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı və bacarıqlı adamlar axıradək mübarizə aparırlar.
- Ananın məsuliyyəti böyük, vəzifələri müqəddəsdir.
B[redaktə]
- Bilik gündəlik təcrübənin zərrələrindən əmələ gəlir.
D[redaktə]
- Dövrün daxili mənəvi həyatı yalnız bədii əsərdə öz əksini tapa bilər.[1]
- Dünyada yaxşı kitablar çoxdur. Amma bu kitablar onları oxumağı bacaranlar üçün yaxşıdır.[2]
Ə[redaktə]
- Əqidə və inamı hazır şəkildə satın almaq olmaz, bunları özün hazırlamalısan.
H[redaktə]
- Hazır inamı nə xeyirxaһ tanışlardan xaһiş etmək olar, nə də kitab dükanından almaq olar. Onu öz idrakınla qazanmalısan, özü də mütləq öz başında müstəqil surətdə yaranmalıdır...
- Həqiqət iki yerə bölünmədiyi halda, aldatmağın üsulları saysız-hesabsızdır.
- Hər bir adamın xarakteri əhatəsində olduğu mühitin və həyat şəraitinin təsiri altında inkişaf edir.
- Həyatdan qeyri-mümkün şeyi tələb edən adam öz ümidlərində yanılır.
İ[redaktə]
- İnsan işə tamamilə ciddi yanaşmırsa, yəni yediyi bir parça çörəyi öz şəxsi əməyi ilə qazanmırsa, xoşbəxt ola bilməz.
M[redaktə]
- Mükəmməl sevgi bəzən nəvələr dünyaya gəlməyincə gəlmir.
R[redaktə]
- Riyaziyyat, təbiət öyrənməyə yaxşı və hətta yeganə girişdir.
T[redaktə]
- Tərbiyədə əsas məsələ tərbiyəçinin kim olmasından asılıdır.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar[redaktə]
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.