İbn Sina
İbn Sina - Şərq filosofu və həkimi
A[redaktə]
- Atalarınızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin.
C[redaktə]
- Cahil bir həkim ölüm düşərgəsinin yardımçısıdır.
D[redaktə]
- Dostluq ən nəcib hisslərin çiçəklənməsinə zəmin yaradır.
E[redaktə]
- Elm öyrənmək heç vaxt gec deyil.
Ə[redaktə]
- Əgər dostum düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam etdirmək olmaz.
- Əsl dost sənin səhvlərinə göz yumar, sirlərini qoruyar və lazım gəlsə, sənə nəsihət verər.
H[redaktə]
- Heç vaxt yalan danışmayan və əfv etməyi bacaran adam insanların ən xoşbəxtidir.
- Hər kəsin söylədiyinə kor-koranə inanmaq cahillikdir.
İ[redaktə]
- İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir.
K[redaktə]
- Kainatdakı ən kiçik zərrədə də Allahın varlığını görə bilərik. Bizim varlığımız da onun sayəsindədir.
- Kainatın ruhu həqiqətdir.
- Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır.
N[redaktə]
- Nadanlığın dərmanı elmdir, Elm sahibi etimad edən olar, etimad edən də səadət yolunu bilər və o yolla gedər. Düzgün yolla gedən mütləq məqsədinə çatar.
Ö[redaktə]
- Özlərinin necə iolduğunu bilən insanlar, bəzi özünü bilməzlərin onun haqqında söylədiklərinə əhəmiyyət verməzlər.
T[redaktə]
- Təcrübə bilikdən də üstündür.
- Toxqarına yemək sağlamlığın evini yıxır.
U[redaktə]
- Uğur qazanmaq istəyirsənsə, yaltaqlıqdan uzaq ol.
Y[redaktə]
- Yarımçıq savadı olan savadsızdan da savadsızdır.
Z[redaktə]
- Zaman keçmir, keçən bizik.
- Zəhərlə qarışmış qənddən özünü qoru. Ölmüş ilanın üstündə oturmuş milçəkdən özünü qoru.