Fransız atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acıya dözməyən, şirini görüb yaşaya bilməz.
- Ahəng musiqi yaradır.
- Aslanlar öz hekayələrini özləri yazmırsa ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik.
- Az yatan çox bilir.
B
[redaktə]- Badama sahib olmaq üçün qabığı sındırmaq lazımdır.
- Başqalarının arzuları üçün yox, sırf özünüz üçün düşünün.
- Bəla bitdi — dua unuduldu.
- Bilik yumruqdan güclüdür.
- Bilmək–gələcəkdən xəbər verməkdir.
- Bir atı suya apara bilərsiniz, amma ona zorla su içirdə bilməzsiniz.
- Bir dəfə xəyanət edən həmişə edər.
- Bir düşmənin əhəmiyyətsiz olduğunu və ya min dostun çox olduğunu düşünmə.
- Bir günaha görə iki dəfə cəzalandırmırlar.
- Bir kitabı üz qabığına görə mühakimə edə bilməzsiniz.
- Bir mismar digərini çıxarır.
- Bir yanlışı haqlı çıxarmağa çalışmaq onu ikiqat daha böyüdür.
- Borc vermək dostluğu itirmək deməkdir.
- Böyük zəkalar birlikdə düşünürlər.
- Buğanın buynuzlarından tutmalısan.
- Buğda üçün qar, babanın kürkü kimidir.
- Bütün sərvətini itirən insan önəmli bir şey itirmişdir, sağlığını itirən çox şey itirmişdir, qürurunu itirən lap çox itirmişdir, ümidini itirən isə hər şeyini itirmişdir.
C
[redaktə]- Canavar dumanlı havanı sevər.
- Cənnət özünə kömək edənlərə kömək edir.
Ç
[redaktə]- Çox qulaq as, az danış.
- Çəkməçi ayaqyalın gedir.
D
[redaktə]- Daha çox yemək yesən, daha az yaşayacaqsan.
E
[redaktə]- Ehtiyac öz qaydalarını özü yazır.
- Eşq hətta eşşəyi rəqs etdirər.
- Eşq üçün tökülən göz yaşı ilə savaşda axan qanı heç bir şey əvəz edə bilməz.[1]
- Evliliyin yeganə yaxşı tərəfi, sizi dostlarınızdan azad etməsidir.
Ə
[redaktə]- Ədalət topaldır.
- Ədalət haqqında şərhlərimiz saatlarımıza bənzəyir. Çoxu başqa-başqa yerlər göstərir və hər kəs özününkünə etimad edir.
- Əgər gənclik bilsəydi, əgər qocalıq bacarsaydı.
- Ən düzgün işləyən saat mədədir.
F
[redaktə]- Fransanın ən gözəl qızı belə yalnız əlində olanı verə bilər.
- Fürsətlər çıxmaqıdca qabiliyyətlər çox az işə yarar.
G
[redaktə]- Gənclər ümidləri ilə, qocalar isə xatirələri ilə yaşayırlar.
- Görünüşlərə inanmamaq lazımdır.
- Gözləməyi bilənə hər şey vaxtında gəlir.
- Gözləməyi bilmək uğurun sirridir.
- Gözəllik, baxan kimsənin gözündədir.
- Gözəllik qurban tələb edir.
- Gücün hökm sürdüyü yerdə ağıl üçün yer yoxdur.
- Günahsızı qınamaqdansa, günahkarın bəraət almasını riskə atmaq daha yaxşıdır.[2]
H
[redaktə]- Həqiqət qısa cavab verir, yalanlar dolanbac olur.
- Həqiqəti tapmaq üçün bir neçə il lazım olsa, daha dəyərlidir.
- Hər ağılsıza heyran olacaq başqa bir ağılsız tapılar.
- Hər bir it öz evində aslandır.
- Hər kəs günortanı öz qapısında görür.
- Hər pis şeydən qorunmağın iki dərmanı var; biri — zaman, o biriqızıl qiymətinə olan susmaq.
- Hər şey nə qədər çox dəyişirsə, hər şey daha çox köhnə qalır.
- Hər şey sənə doğru gəlirsə, bəlkə sən tərs gedirsən.
- Hər şeyin öz vaxtı var.
X
[redaktə]İ
[redaktə]- İdeallar ulduzlar kimidir, onları tutmaq mümkün deyil, amma qaranlıq gecələrdə yolumuza onlar rəhbərlik edir.
- İki bədbəxt bir yerdə xoşbəxtdir.
- İnsanın dəyəri özünə verdiyi qiymətdədir.
- İspan inəyi kimi fransızca danışma.
J
[redaktə]K
[redaktə]- Kim üzr istəsə, özünü günahlandırar.[3]
- Kimə çox verilirsə, ondan çox şey gözlənilir.
Q
[redaktə]- Qazanan komandanı kimsə dəyişməz.
- Qızıl üzük əyri bir barmağı düzəldə bilməz.
- Qurdlara qoşulsan, onlardan yalnız ulamaq öyrənə bilərsən.
- Quş öz yuvasını sevir.
- Quş yavaş-yavaş yuva qurur.
L
[redaktə]- Lal qadını əri heç vaxt döyməz.
- Lap yaxşı – yaxşının düşmənidir.
M
[redaktə]- Mahnını yaradan melodiyadır.
- Malı az olanın dərdi də az olar.
- Müalicə etməkdənsə, qarşısını almaq daha yaxşıdır.
N
[redaktə]- Nə etdiyiniz deyil, bunu necə etdiyinizdir.
O
[redaktə]Ö
[redaktə]- Öyrəndiyin hər şeyi unut və xəyal qurmağa başla.
P
[redaktə]- Paxıllıq heç bir tətil tələb etmir.
- Parıltılı göy qurşağını görmək üçün öncə yağmuru yaşamaq lazımdır.
- Pulsuz insan dişsiz canavar kimidir.
R
[redaktə]S
[redaktə]- Sağlam olmaq varlı olmaqdan yaxşıdır.
- Sevgi qısqanclığı uzaqlaşdırır.
- Sevgi sağalmaq istəmədiyiniz yeganə xəstəlikdir.
- Sevgi üçün tökülən göz yaşı ilə müharibədə tökülən qanın əvəzi olmaz.
- Sevgi və ölüm sərhəd tanımır.
- Sevinc paylaşdı, sevinc ikiqat oldu: kədər paylaşıldı, kədər yarıya düşdü.
- Səbirlilərin pulsuz əldə etdiklərini səbrsizlər böyük qiymətə almalı olurlar.
- Səhvə haqq qazandırmağa çalışmaq onu ikiqat böyüdür.
- Sən çörəyi yeyəndə, mən isə çörəyi verəndə yaşayıram.
- Səs çıxarmayan və gurultu etməyənlər təhlükəlidir.
- Söz verən borclu olar.
- Sünbülün dolusu aşağı baxar, boşu yuxarı.
Ş
[redaktə]- Şabalıdları oddan çıxarıram.
- Şərabda həqiqət var.
- Şöhrətpərəstlik yalançılığın anasıdır.
T
[redaktə]- Təbiəti qov və o, sürətlə geri qayıdır.
- Təcrübə mükəmməl edir..
- Təkəbbür insanın özü haqqında yüksək, başqaları haqqında aşağı fikirdə olmasındadır.
- Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur.
- Tənbəllik çox zaman səbrlə qarışdırılır.
U
[redaktə]- Uğurun 5%-i bunu necə edəcəyini bilməkdən, 95%-i isə bunu bacarmaqdan ibarətdir.
Ü
[redaktə]V
[redaktə]- Vaxt puldur.
- Vicdanın azaddırsa, Allaha inamın sonsuz olacaq.
Y
[redaktə]- Yağışdan sonra günəş çıxır.
- Yaxşı tullanmaq üçün geri çəkil.
- Yalan danışanın yaxşı yaddaşı olmalıdır.
- Yumurta oğurlayan öküz də oğurlayar.
Z
[redaktə]- Zaman yaralarımızı sağaldır, amma qırışlar daha inadkar olur.
Mənbə
[redaktə]- Xəzinə. Bakı,1997.