Gözəllik
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov
G[redaktə]
- Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii addım gözəldir. Ralf Uold Emerson
- Gözəllik bizə ona görə lazımdır ki, kişilər bizi sevsin. Axmaqlıq bizə ona görə lazımdır ki, biz kişiləri sevək. Koko Şanel
- Gözəllik duyğusu aşılamadan mükəmməl insan yetişdirmək olmaz. Rabindranat Taqor
- Gözəllik duyğusu təbiətin insanı yenidən öz ağuşuna almaq əzmidir. Əbu Turxan
- Gözəllik əxlaqi xeyirin rəmzidir. İmmanuel Kant
- Gözəllik əxlaqi ləyaqəti yüksəldir; bunsuz gözəllik ürək üçün yox, ancaq göz üçündür. Vissarion Belinski
- Gözəllik hakimiyyəti çox da uzun çəkməyən kraliçadır. Sokrat
- Gözəllik öz sahibinə ziyan, başqalarına zövq verir. Sokrat
- Gözəllik özlüyündə təbiətin gizlin qanunlarının təzahürüdür. Höte
- Gözəlliyin qayğısına qaldıqda ilk öncə qəlb və ürəkdən başlamaq lazımdır. Yoxsa heç bir kosmetika kömək etməz. Koko Şanel
- Gözəlliyin meyarı bütöv təbiətdir. Ralf Uold Emerson
H[redaktə]
- Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş. Koko Şanel
- Hər bir insanın ilahi ruhdan payı və deməli, özünəməxsus gözəlliyi var. Sadəcə olaraq, cismani yetkinlik dövründəki ideyadan sapmalar bu ilkin gözəlliyi pərdələdiyindən, onu adi gözlə görmək mümkün olmur. Əbu Turxan
- Hər hansı bir şeyin gözəlliyi onun öz ideyasına uyğunluğu ilə ölçülür. Əbu Turxan
- Hər qadın gözəl doğulmur, amma 30 yaşına qədər özünü gözəlləşdirə bilməyibsə, bu onun öz axmaqlığıdır. Koko Şanel
- Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə. Cübran Xəlil Cübran
İ[redaktə]
- İnsanlar gözəlliyin təsirindən daha xeyirxah olurlar. M.M.Prişvin
Q[redaktə]
- Qadınlara gözəllik ona görə lazımdır ki, kişilər onları sevsin. Axmaqlıq ona görə lazımdır ki, qadınlar kişiləri sevsin. Koko Şanel
M[redaktə]
- Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir, nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir. Əbu Turxan
T[redaktə]
- Təbiətində gözəllik olmayan heç nə yoxdur. Əbu Turxan
Z[redaktə]
- Zahiri gözəllik və paklıq, əslində, daxili gözəlliyin və paklığın gözlə görünən ifadəsidir. Vissarion Belinski