Duman
Jump to navigation
Jump to search

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bədbəxt dağa yola düşdü, dağı da duman aldı. Talış atalar sözləri
C[redaktə]
- Canavar duman axtarar. Kürd atalar sözləri
D[redaktə]
- Dağ başı duman olar. Azərbaycan atalar sözləri/D
- Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri. Azərbaycan atalar sözləri/Vətən və el
- Dağ başından duman əskik olmaz. Azərbaycan atalar sözləri/D
- Duman aşağı enəndə yağışa dönər. Vyetnam atalar sözləri
- Duman dərələrdə dincələr, timsah dayaz sularda. Madaqaskar atalar sözləri
- Duman qəlbdəki məhəbbətə bənzər; təpələrin arasında oynaşıb, onlarda gözlənilməz gözəlliklər yaradır. Rabindranat Taqor
- Dumanın dağılmağı qurdun ürəyindən deyil. Monqol atalar sözləri
- Dumanlar içində gizlənmiş gələcəyə doğru qorxu-hürküsüz, mərd ürəklə yürüyün. Henri Lonqfello
- Dünyada üç şey gizlədilməz: duman, eşq , pulsuzluq. Ərəb atalar sözləri
E[redaktə]
- Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe
Y[redaktə]
- Ya tozu dumana qatacaqsan mənim kimi, ya da tozu dumanı udacaqsan digərləri kimi! Hülya Avşar
- Yaman günlə duman, hər ikisi tədricən keçər. Amxar atalar sözləri
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.