Azərbaycan atalar sözləri/Vətən və el
Görünüş
Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
- Abadan kənd tüstüsündən bilinər.
- Ağac dibindən su içər.
- Ağacı içindən qurd yeyər.
- Ağac meyvəni dəyənə qədər böyüdər.
- Ağac olan yerdə budaq sınar.
- Ağac səmtinə düşər.
- Ağac sınanda budaq nəyə gərəkdir?!
- Ana kimi yar olmaz, Vətən kimi diyar.
- Anasından ayrı düşən quzunu qurd yeyər.
- Asılsan da uca budaqdan asıl.
- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
- Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
- Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən".
- Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.
- Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
- Vətənə gəldim, imana gəldim.
- Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
- Qoçun buynuzu qoça ağırlıq eləməz.
- Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
- Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri.
- Dam dirək üstə durar.
- Doğma yurd şirin olar.
- Dünyada Vətəndən əziz nə var?
- Yerlərdir haman yerlər, Görünməz oldu illər.
- Yer, oturan adamla şərəflənər.
- Yersiz gəldi, yerli qaç.
- Yurddan çıxsan da, eldən çıxma.
- Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
- Sular hərəkətlidir, Torpaq bərəkətlidir.
- Torpaqda itki olmaz, Kötüksüz bitki olmaz.
- Uçan damın böyüklüyü binövrəsindən bilinər.
- Hər ağac öz dibinə kölgə salar.
- Hər quşa öz yuvası doğmadır.
- Hər kəsə öz Vətəni əzizdir.
- Hər kəsi el istəsə, bülənd olar, ucalar.
- El igidləri ilə tanınar
- El bir olsa dağ oynadar yerinden