Dağ
Jump to navigation
Jump to search
B[redaktə]
- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Azərbaycan atalar sözləri/Vətən və el
- Bir daş - bir daş götürsən, dağ da qurtarar. Teluqu atalar sözləri
Ç[redaktə]
- Çıxdığın dağ uca olsa, atdığın daş uzaq gedər. Qırğız atalar sözləri
D[redaktə]
- Dağ başında qar olar, ər kişidə ar olar. Özbək atalar sözləri
- Dağ dağa qovuşmaz, insan insana rast gələr. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
- Dağ keçisi bir addım geri çəkilirsə, deməli sonra uzağa atılacaq. Tamil atalar sözləri
- Dağ nə qədər hündür olsa da, belindən yol aşar. Kürd atalar sözləri
- Dağ öz çəkisini bilirmi? Malayal atalar sözləri
- Dağı - ağaclar, dövləti alimlər bəzəyər. Monqol atalar sözləri
- Dağın gecə vaxtı bir cəlalı var. Məhəmmədhüseyn Şəhriyar
- Dağın nəsimi İsa nəfəsidir. Məhəmmədhüseyn Şəhriyar
- Dağın ucalığı daş ilə, adamın ucalığı baş ilə. Özbək atalar sözləri
- Dağın ucalığını görmək istəyirsənsə, zirvəsinə çıxma. Qırğız atalar sözləri
- Dağlar yüksəkdir, insan ümidi ondan da yüksəkdir. İndoneziya atalar sözləri
- Doğru, dovşandan zəif də görünsə, dağ boyda yalana üstün gələr. Monqol atalar sözləri
E[redaktə]
- Elə dağ yoxdur ki, dırmanmaq mümkün olmasın; elə uçurum yoxdur ki, enmək olmasın. İndoneziya atalar sözləri
- Elsiz dağ viranədir. Azərbaycan atalar sözləri/E
G[redaktə]
- Görsənən dağ bələdçini neyləyir? Azərbaycan atalar sözləri/G
İ[redaktə]
- İki dağ arasındakı məsafə azdır, amma bu məsafəni qət etmək üçün ayaqlarında güc olmalıdır. Fridrix Nitsşe
M[redaktə]
- Mömin kimsə kiçik günahları da böyük görər. Peyğəmbər əfəndimiz: "Mömin kimsə, günahını dağ kimi görüb, öz üzərinə düşəcəyindən qorxar. Münafiq isə, günahını burnu üzərinə qonan və dərhal uçan ağcaqanad kimi görər" buyurdu. Əbdülqədir Geylani
Ş[redaktə]
- Şöhrət - uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur. Onore de Balzak