Məhəmmədhüseyn Şəhriyar
Görünüş
Məhəmmədhüseyn Şəhriyar | |||
Tam adı | Seyid Məhəmmədhüseyn Behcət Təbrizi | ||
Doğum tarixi | 31 iyul 1906 | ||
Doğum yeri | Təbriz, Qacar İranı | ||
Vəfat tarixi | 18 sentyabr 1988 (82 yaşında) | ||
Vəfat yeri | Tehran, İran | ||
Dəfn yeri | Şüəra məqbərəsi | ||
|
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcət Təbrizi; 31 iyul 1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan azərbaycanlı şair.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aləm qurban olsun sənə, Ya Əli!
- Alma gec dərilsə, çürümüş olar.[1]
- Ana oynaşını qeyrət gözü görsə kor olur,
Mən nə saya görəyim Vətən oynaşlarını. - Aşiqin şöhrəti və izzəti rüsvaylıqdır.
B
[redaktə]- Başqasının namusuna göz tikmə! Gördüyün hər bir gəlin bir evin çırağıdır.
- Bədəndə hər üzvün olur öz yeri,
Qolun qol yeri var, gözün göz yeri.
Ölkəyə bilək də, göz də gərəkdir,
Qılıncla bərabər söz də gərəkdir. - Bəxtin dura, baxarsan yadlar qohum qardaşdı, amma bəxtin yatanda, qohum qardaş yad olur.
- "Bilmirəm" deməkdən utanmaz adam.
- Bilikdən güc alıb yaşamayanlar başsız külək kimi avara gəzərlər.
- Bir kəndli kimi qəmlə keçən ruzigarım var.
- Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar.
D
[redaktə]Ə
[redaktə]G
[redaktə]H
[redaktə]- Hafiz göyləri göstərən ayna, dünyada yeni bir dünyadır.
- Həyatda yaxşılıq bacarmayanlar ana məhəbbətindən məhrum olanlardır.
K
[redaktə]- Kim ədəb gözləsə hər əməlində,
Qalmaz ədəbsizin çirkin əlində. - Kimi aldı, kimi satdı, satan dünya, alan dünya!?.[2]
- Kimin güclüdürsə şeri-sənəti, onun əbədidir mədəniyyəti!
Q
[redaktə]- Qəlbi yanmayana Şair deyilməz!.
M
[redaktə]- Məkan məkansızdır, zaman zamansız.
- Mən də Fərhad kimi mərdanələrin vurğunuyam.
- Mən Qafqaza (Bakıya) gedəndə məni "qardaş" deyə çağırırlar, lakin, Tehrana gedəndə gözüm qan-yaş olur.
- Mən onun sayəsində boya-başa çatmışam,
Anam məni yaratmış, mən aləm yaratmışam.
N
[redaktə]- Nadan - canlı ölüdür.
S
[redaktə]- Sahibi ağıllı olan ev tez abad olar.
Ş
[redaktə]- Şair ən zərif, ən lətif kəlam, ürəkdə qaynayan ilhamdır.
- Şair xalqın səsi,əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin nəhrində daşlar da axır. - Şeir - azadlığım, şeir - həyatım, ömrüm, səadətim, müqəddəratım! [3]
- Şeir mədəniyyət, incəsənətdir,
İncə ruh, incı zövq, incə sənətdir.
O da musiqitək qəlbin səsidir,
Həyatın ən böyük möcüzəsidir. - Şəhidlər duracaq, yurd azad olacaq! [4]
- Şirniyyatçı tutisən, mətahındır qənnadı.
V
[redaktə]- Vətəndən ayrı düşən övladım, qayıt Vətənə!
- Volter və Didron Fransanın əzəmətidir.
- Volterin əlindən qələmi alıb, yerinə kamança versən, bəlkə də, o, kamançanı çalardı, lakin, bəşəriyyət onsuz qalardı. [5]
Z
[redaktə]Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
- Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
İstinadlar
[redaktə]- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.204
- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014. "Şeir və hikmət" şeiri.
- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.