Hafiz Şirazi

Vikisitat saytından

Hafiz Şirazi (fars. خواجه شمس‌‌الدین محمد حافظ شیرازی Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez. Tam adı: Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi; 1325, Şiraz, Müzəffərilər sülaləsi – 1390, Şiraz, Teymurilər dövləti) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır.

Hafiz Şirazi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Açmasa kimsə təbibəəgər öz dərdlərini, Gün keçər, il dalanar, dərdinə dərman olmaz.

B[redaktə]

  • Bu gün olduğun yer səndən ötrü Allah tərəfindən xəritədə cızılıb.

E[redaktə]

  • Eşqə düşdüm ki, tapım məqsədimin gövhərini,

Bu dənizdə nə bilim bir belə tufan var imiş.

Ə[redaktə]

  • Ən böyük fəlakətlər içində belə ümidini itirmə, unutma ki, ilik sərt sümüyün içindən çıxır.

D[redaktə]

  • Dualarındakı Günəşi zərrə-zərrə özünə çəkməyə davam et.

H[redaktə]

  • Hafiz daim öz yanar çırağını Kainatın ənginliklərində saxlayacaq və sənin ruhunu ilahi işığın rahatlığına qərq edəcək.
  • Hafiz öz andını pozdu və öz qəlbini ağrıtdı. Amma onun dostu onu bağışladı və geriyə dönüb, yenə ona sarı gəldi.

İ[redaktə]

Q[redaktə]

  • Qəlbi təmiz şərab içən ikiüzlü zahiddən yaxşıdır.

M[redaktə]

  • Məhəbbətlə nəzər salsa mənə ay üzlü canan,
    Vəfa nuru ilə dünyadə çətinliklər olur asan.
  • Məni odla qorxutma, şam tək dayanmışam mən,
    Aşiq oddan qaçarsa, aşiq sayılmaz əslən.
  • Mənim mövcudluq barədə anlayışımda nə isə baş verib. Elə bir şey baş verib ki, o, daim mənim qəlbimi heyrət və xeyirxahlıqla doldurur.

N[redaktə]

  • Nə qədər ki, sən örtüyün o biri üzünə keçməmisən, heç nə eşitməyəcəksən. Maarifsiz kəsin qulaqları mələklərin dediyini eşitməz.

O[redaktə]

  • Oxuduğu vərəqdə yazılanın mənasını hamı bilmir.
  • Olmaz, eşq olmasa dünyada səadət əsəri.

S[redaktə]

  • Sufiyanə sənə mən bir dənə söz söyləyirəm: Gözünün buru kimi sülhü qoru dünyadə! [1]

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.407.