Zaman
Jump to navigation
Jump to search
D[redaktə]
- Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir. Franklin Delano Ruzvelt
- Dünənlə bu gün arasında savaş olarsa, sabahı itirərik. Uinston Çörçill
Ə[redaktə]
- Əgər həyatı sevirsənsə, zamanı öldürmə, çünki həyat zamana bağlıdır. Bencamin Franklin
- Ən ağır itkilərdən biri zaman itkisidir. Corc Lui Buffon
H[redaktə]
- Həyata yenidən başlasaydım,saniyələrin nəbzini tutardım. Fyodor Dostoyevski
İ[redaktə]
- İnsan zamanın jçində deyil,zaman insanın içində yaşayır. Anri Berqson
- İnsanlar ata-analarından daha çox, zəmanələrinə oxşayırlar. Məhəmməd peyğəmbər
K[redaktə]
- Kainat bir beşik, zaman isə onun ipidir. ("Füyuzat" jurnalından)
S[redaktə]
- Sevgililərim, bir şeyi unutmayın ki, Rəbbin gözündə bir gün min il, min il də bir gün kimidir. İncil
T[redaktə]
- Təxirə salmaq vaxtı oğurlamaqdır. Tomas Yunq
- Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır:gündə bir sarı yarpaq salır. Elçin Əfəndiyev
V[redaktə]
- Vaxt öldürmək ən bahalı əyləncədir. [[Onore de Balzak]
- Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir. Jan de Labrüyer
- Vaxtı itirməyin ən bariz nümunəsi telefon söhbətləridir. Anri de Monterlan
- Vaxt-zaman bütün yaraları sağaldır. Menandr
Z[redaktə]
- Zaman, asan əldə edilən və ucuz olan şeyləri silər. ( Roy Chanslor )
- Zaman bir daha gəlməmək şərti ilə gedir. Lao-tszı
- Zaman ən yaxşı müəllimdir, təəssüf ki, o öz şagirdlərini öldürür. Hektor Berlioz
- Zaman heç itmir,itən bizik. Pol Klodel
- Zaman həyatın vicdanıdır; itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır. Yusif Vəzir Çəmənzəminli
- Zaman nə çıxar, nə də bölər. Lakin elə bir şəkildə toplayar ki, vurma belə onun yanında heç qalar. Bob Talbert
- Zaman üçün qüsur tapa bilərik, ancaq zaman danışarsa, utanmaq məcburiyyətində qalarıq. Abdullah ibn Muhəmməd
- Zaman, səssiz bir mişardır. İmmanuel Kant
- Zamanı öldürməkdən danışırıq, amma bizi öldürən zamandır. Alfonso Allais