İnci
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bəlkə də balıqqulağına görə dəniz inci deməkdir. Cübran Xəlil Cübran
Ç[redaktə]
- Çox yox, yaradıcılıqla oxumaq lazımdır. Hər bir müəllifə diqqətlə yanaşılsa, onun söz dənizindən inci tapmaq olar. Aleksandr Blok
D[redaktə]
- Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar. Mövlana Cəlaləddin Rumi
E[redaktə]
- Eşqin eynəkləri elə çəhrayıdır ki, misi qızıl, yoxluğu varlıq, gözdəki çapığı inci kimi göstərər. Miqel de Servantes
- Ey gördüyü gözələ ilişib qalan adam! Onun surətini görür, mənasından, yəni, əxlaqının gözəlmi, çirkinmi olduğundan qafil olursan. Əgər ağıllı bir adamsansa sədəfdəki incini tap. Mövlana Cəlaləddin Rumi
G[redaktə]
- Gözəl serial, inci ovçuluğu kimi bir şeydir. Əhməd Hamdi Tanpınar
H[redaktə]
- Hər kəsin quldur ola biləcəyini düşünən kimsə, kisəsindəki incini asan asan oğurlatmaz. Sədi Şirazi
İ[redaktə]
- İşləyən inci taxar, işləməyən iki yanına baxar. Türk atalar sözləri
- İşləyən inci taxar, işləməyən yandan baxar. Azərbaycan atalar sözləri/İ
- İt boynuna inci-muncuq taxmazlar. Tatar atalar sözləri
Q[redaktə]
- * Qəlb dənizə bənzəyir: fırtınaları, sakit zamanları və daşqınları vardır. Bəzən də dərinliklərində incilər gizlədir.[1] Henrix Heyne
S[redaktə]
- Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar. Əhvədi
T[redaktə]
- Türk qadınlarının ən böyük bəzəyi Türk olmaqlarıdır. Onlar bəzənmək üçün almaz və ya zümrüd geyinmirlər, bəlkə üzərlərində daşıdıqları o daşları bəzəmiş və qiymətləndirmiş olurlar. Çünki hər Türk qadını canlı bir inci və qiymətsiz bir brilyantdır. Lady Mary Vortley Montagu
İstinadlar[redaktə]
- ↑ Aforizmlər. Bakı, 2013. səh.126.