Dəniz
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bəlkə də balıqqulağına görə dəniz inci deməkdir.Cübran Xəlil Cübran
- Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. Cübran Xəlil Cübran
- Bir dəfə kiçik bir çaya dənizdən bəhs etdim. Çay mənim şişirtməyi sevən xəyalpərəst olduğumu düşündü. Və bir dəfə də dənizə kiçik çaydan danışdım. Dəniz mənim hər şeyi kiçik görən yalançı olduğumu düşündü. Cübran Xəlil Cübran
- Bir işim olmayanda, mənim hərəkətsizliyimdə, suları sakit olan dəniz sahilinin axşamı kimi, dərin bir sükunət və asudəlik var. Rabindranat Taqor

- Bu göy cisimləri nə qədər böyük olmalıdır ki, Yer kürəsi onlara nəzərən gözə çarpmır - bütün qüdrətli planların, dəniz səyahətlərinin və müharibələrin meydana gəldiyi bir səhnə. Bir çox insanın həyatının qurban verildiyi müharibələrlə bu kiçik planetin bədbəxt bir küncünə sahib olmaq niyyətində olan kralların və şahzadələrin düşünməli olduğu bir məsələdir. Xristian Hüygens
C[redaktə]
- Cəhənnəm kimi olmalı, cəhənnəmi belə yandırıb yandıracaq bir könül istəməli. Ki o könülün önünə iki yüz dəniz çıxsa, hamısını da yandırsın. Onun tək bir dalğası bilindik dənizlərə daş çıxartsın. Şəms Təbrizi
Ç[redaktə]
- Çay nə qədər kəməndə salına - dənizə töküləcək. Teluqu atalar sözləri
D[redaktə]
- Dəniz də yerini dəyişir. Osetin atalar sözləri
- Dəniz özü üçün dalğalanır, çöpə isə elə gəlir ki, dəniz onun üçün dalğalanmışdır. Abbasqulu ağa Bakıxanov
- Dəniz sakit olduğu zaman böyük dalğalar qayalara çarpmaz. Seneka
- Dəniz suyunun bir damlası da dəniz, böyük dəniz də dəniz. Məmməd Rasim Mutlu
- Dəniz dərinliyini ölçmək olar, insan ürəyi dibsizdir. Tai atalar sözləri
- Dənizi üzüb keçsən də, ailə qalmaqalında bata bilərsən. Teluqu atalar sözləri
- Dənizdə iz qalmaz. Osetin atalar sözləri
- Dənizin dərinliyini ölçmək olar, ürəyin dərinliyini - yox. İndoneziya atalar sözləri
- Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar. Mövlana Cəlaləddin Rumi
- Dərin dəniz daş atmaqla bulanmaz. Sədi
- Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. Ezop
- Dünyaya necə göründüyümü bilmirəm ; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm. İsaak Nyuton
G[redaktə]
- Gözəldir dənizin ağı, qarası. Məhəmmədhüseyn Şəhriyar
K[redaktə]
- Kitab sahilsiz dəniz, biliklər ümmanıdır. Aybek
Q[redaktə]
- Qəlb dənizə bənzəyir: fırtınaları, sakit zamanları və daşqınları vardır. Bəzən də dərinliklərində incilər gizlədir.[1] Henrix Heyne
O[redaktə]
- Onun təzə başı bilirdi ki, bir çox şeylər eynən dəniz dalğası kimi gedibdir. Təzə baş onu da bilirdi ki, bütün bu dəyişikliklərin səbəbini təzə adamlarda axtarmaq lazımdır və hər tərəfdən bədəninə batan tikanların ağrısına səbirlə dözdüyü kimi, baş verənlərin gətirdiyi kədərə də səbirlə dözməlidir. Uilyam Qoldinq
P[redaktə]
- Pul dəniz suyuna bənzər, nə qədər çox ehtiva etsən o qədər çox ona susayarsan. Artur Şopenhauer
S[redaktə]
- Sən dəniz fıstığısanmı? Coni Bravo
U[redaktə]
- Ulaşıban sular daşsa,dəniz olmaz. Kitabi Dədə Qorqud
Z[redaktə]
- Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır. Artur Şopenhauer
İstinadlar[redaktə]
- ↑ Aforizmlər. Bakı, 2013. səh.126.
|