Ezop
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Arvada öz daxilini açıb göstərmə, heç bir sirrini demə, unutma ki, ailə həyatında qadın heç vaxt silahı yerə qoymayan, daim səni özünə tabe etdirməyə çalışan çox qorxulu rəqibdir.
B[redaktə]
- Bəzi sərraflar borc verdikləri şəxsə ən kiçik güzəşti belə etmirlər. Bununla onların əksəriyyəti bütün kapitalını itirmiş olur.
- Bir dəfə kimsə Ezopa deyir: "Sənin haqqında çox iyrənc şeylər danışırlar". Və onun barəsində deyilənləri bir-bir ona danışır. Ezop deyir: "Qatil xəncəri düzəldən deyil, o kəsdir ki, onun məlumatından istifadə edir, necə ki, sən böhtanlardan istifadə edib haqqımda yaramaz şaiyələr gəzdirirsən".[1]
Ç[redaktə]
- Çalışmaq qabiliyyəti insan üçün əsl sərvətdir.
D[redaktə]
- Dövlət od-alov kimi bir şeydir: çox yaxın dursan yanarsan, çox uzaqlaşsan donarsan.
- Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.
G[redaktə]
- Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qəlb gizlənə bilər.
X[redaktə]
- Xudpərəst adama özündən başqa heç kəs fikir vermir.
İ[redaktə]
- İlk dəfə gördüyümüz zaman qorxduğumuz o qədər şeylər vardır ki, zaman keçdikcə alışıb heç vecimizə də almırıq. [2]
K[redaktə]
- Kim onu tanıyan adam qarşısında lovğalanırsa, özünün gülüş hədəfinə çevirir.
L[redaktə]
- Lovğa və inadkar adam hər şeyi öz bildiyi kimi edir, heç kəsin məsləhətinə qulaq asmır və tezliklə öz səhvinin qurbanı olur.
P[redaktə]
- Pisliyin azı-çoxu olmur, pislik elə pislikdir.
- Pulun çoxdursa, sevinmə, azdırsa, kədərlənmə.
Y[redaktə]
- Yaxşı sözlərin arxasında çox pis əməllər, əzəmətli görkəm arxasında isə miskin bir qəlb gizlənə bilər.
Mənbə[redaktə]
- Xəzinə. Bakı,1997.