Məzmuna keç

Şahmat



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bu, əsl vulkandır, baxışları od saçır, sən şahmat taxtasında mövqe qurmağa macal tapmamış o, müxtəlif variantları yağdırmağa başlayır. Fantaziyasının hüdudu yoxdur, çox dərin hesablamalar aparmağı bacarır. Hətta ilk baxışda tamamilə ümidsiz vəziyyətlərdə də mübarizəni davam etdirmək üçün maraqlı və qeyri-standart imkanlar tapır.[1] (Vüqar Həşimov haqqında) Vitali Tseşkovski
  • Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[2] Cek Ma
  • İçki-işləyənlərin lənətidir. Işləmək-içənlərin lənətidir. Şahmat isə düşünənlərin lənətidir. C. Ross
  • İnqilablar şahmat oyununa oxşayır. Piyadalar kralı məhv və xilas edər və ya onun yerini tuta bilərlər. Pyer Büast
  • Piyadamı verməkdənsə, barmağımı verərəm. Ruben Fayn
  • Rəqib şahın kəlləsi üçün heç bir əvəz böyük deyil. Koblentz
  • Şahmat analiz sənətidir. Botvinnik
  • Şahmat bəşəriyyətin lənətidir. H.G.Uells
  • Şahmat elə budur. Bu gün rəqibinə dərs verirsən, sabah isə o sənə öyrədəcək. Robert Fişer
  • Şahmat haqqında deyirlər ki, həyat üçün çox uzundur, amma bu, şahmatın deyil, həyatın qüsurudur. İrninq Çernyov
  • Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən. Adam Faver
  • Şahmat oyunu sadəcə boş bir əyləncə deyil; insan həyatında faydalı olan bir neçə çox qiymətli zehni keyfiyyətlər onun vasitəsilə əldə edilməli və gücləndirilməlidir ki, bütün hallarda hazır olan vərdişlərə çevrilsin, çünki həyat bir növ Şahmatdır və bizim tez-tez rastlaşacağımız məqamlar, mübarizə aparacağımız rəqiblər, çoxlu sayda yaxşı və pis hadisələr var. Biz onlarla qarşılaşmaq üçün hazır və ehtiyatlı olmalıyıq. Şahmat oynayaraq, biz nə öyrənə bilərik: 1-ci - bir az gələcəyə baxan və baş verə biləcək nəticələri nəzərə alan Uzaqgörmə... 2-ci - Şahmat taxtasını və ya hərəkət səhnəsini tədqiq edən Ehtiyatlılıq:— bir neçə Parçanın (variantın) əlaqəsi və onların vəziyyətləri; … 3-cü, Diqqət: hərəkətlərimizi çox tələsik etməməyək... Bencamin Franklin
  • Şahmat taxtası dünyadır, fiqurlar kainatın fenomenləridir, oyun qaydaları isə Təbiət Qanunu adlandırdıqlarımızdır. Oyundakı rəqibimiz bizdən gizlənmişdir. Bilirik ki, onun oyunu daima düzgün, təmkinli və dəqiqdir. Və biz həmçinin onu da bilirik ki, o heç zaman səhvi bağışlamırvə səhlənkarlıq üçün güzəştə getmir. Tomas Henri Haksli
  • Şahmat taxtası insan zehninin gimnastika zalıdır. Paskal
  • Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var. Pyer Mak Orlan
  • Şahmat taxtasında yalan və ikiüzlülük çox yaşaya bilməz. Em. Lasker
  • Şahmatdakı peşmanlıqdan daha böyük peşmanlıq yoxdur. H.G.Uells
  • Şahmatın əsası onun nə olduğunu düşünməkdir. Devid Bronsteyn
  • Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın. Em. Lasker
  • Yaxşı oyunçunun həmişə yaxşı şansı olur. Kapablanka
  • Yaşım artdıqca piyadalara daha çox dəyər verməyə başlayıram. Keres
  • Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz. Fransız atalar sözü
  • Yüksək prinsiplərə sahib olan bir şəxs, heç bir şərh etmədən şahmat oyununu sonadək izləyə bilən insandır. Çin atalar sözləri

İstinadlar

[redaktə]