Məzmuna keç

Yusif Vəzir Çəmənzəminli

Yusif Vəzir Çəmənzəminli (12 sentyabr 1887, Şuşa, Yelizavetpol quberniyası – 3 yanvar 1943, Sukhobezvodnoye, Nijeqorod vilayəti) — аzərbaycanlı dövlət xadimi və yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ana insaniyyətin məşəl aparanıdır.
  • Ana nikbindir, əqidəli, həyatpərvər və dünya tərəfdarıdır.
  • Analar böyük vəzifələrini ifa etdikcə, heç bir əvəz almaq fikrində olmurlar.
  • Bilik kağız üzərində deyil, məclislərdə söylənilən nitqlərdə deyil, həqiqi bir məhfum olaraq geniş kütlənin şüuruna yerləşdirilməlidir.
  • Ev bir məmləkətə bənzəyir, evdar arvad isə onun padşahına.
  • Kitab yolunda hər şeydən keçərəm.
  • Millət və məzhəb ayrılığı olmayaraq bəşəri sevirəm.
  • Milli qüsurlara görə millətə nifrət edən alçaqdır.
  • Vaxt həyatın vicdanıdır, itirilmiş vaxt adamı itirilmiş vicdandan da artıq həyəcanlandırmalıdır.
  • Ya bilik, ya ölüm.
  • Zaman həyatın vicdanıdır, itirilmiş zaman adamı itirilmiş vicdandan da çox təşvişə salmalıdır.

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005

İstinadlar

[redaktə]