Pol Klodel
Doğum tarixi 6 avqust 1868
Doğum yeri Vilnöv-Sür-Fer
Vəfat tarixi 23 fevral 1955
Vəfat yeri Paris
Dəfn yeri Château de Brangues (Isère)
Pol Lui Sarl Klodel (1868–1955) — fransız şair, dramaturq və esseist, diplomatı.
Allah insanı yaratdı və günah onu saxtalaşdırdı.
Biz ölümə hazırlaşmırıq. Biz özümüzü həyatdan azad edirik.
Bu, bütün xristian sivilizasiyamızın oxumağı öyrəndiyi, Qərb mədəniyyəti dünyasının əxlaq, incəsənət və ədəbiyyat anlayışını götürdüyü kitablar kitabıdır (İncil haqqında)
Çox sevən asanlıqla bağışlamaz.
Əgər nizam-intizam ağlın ləzzətidirsə, nizamsızlıq təxəyyülün ləzzətidir.
Xarakter — qəhrəmanlıqdan daha az rast gəlinən bir fenomen.
Xoşbəxtlik həyatın məqsədi deyil, onun vasitəsidir.
Kim yer üzündə cənnəti dərk etməyə çalışırsa, əslində başqaları üçün çox hörmətli bir cəhənnəm hazırlamış olur.
Qadın istənilən cənnət üçün təhlükədir.
Özümlə ziddiyyət təşkil etmək hüququnu qətiyyətlə saxlayıram.
Özünü izləməklə gündəlik yazmaq — özünü tanımayacağın dərəcədə dəyişməkdir.
Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki, sənə qulaq assınlar.
Yalnız bir şey lazımdır: ehtiyac duyduğumuz insanlar.
Zaman heç itmir, itən bizik.