Rəqabət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Amma təkcə özümüzü düşünüb başqalarını düşmən kimi görsək, özümüzün yaratdığı səfeh çətinliklərlə üz-üzə qalacağıq. Əgər müasir cəmiyyətdə rəqabətə davamlı olmayan bir həyat mümkün deyilsə, onda bunu kimisə tapdalamadan, kiməsə ziyan vurmadan etməliyik və bunu başqalarından daha yaxşı şəkildə etməyi bacarmalıyıq. Dalay Lama
B
[redaktə]- Başçı hökmən ruhən qələbəyə can atmalıdır. Heç də məcburi deyil ki, hər dəfə qalib gələsən, amma ən vacib döyüşləri udmaq lazımdır. Rəhbər başa düşməlidir ki, rəqabət həm bizim xalqın arasında, həm də ondan xaricdə çox qüvvətlidir, onu nəzərə almamaq olmaz. Məhz azğın rəqabət ruhu döyüş meydanında, danışıqlar masası arxasında və daxili nifaqlar dövründə qalib gələnləri hərəkətə gətirir. Rəqabət ruhu olmayan rəhbər zəifdir, xırda çətinliklər qarşısında geri çəkilir. Atilla
- Bir arabaya qoşulan atlar bir-bir daha sürətlə qaçır — ümumi səyləri ilə havanı daha asan kəsdikləri üçün deyil, rəqabət və bir-birləri ilə rəqabət nəticəsində alovlandıqları üçün. Plutarx
- Bir bina daxilində rəqabət sağlamlıq üçün zərərlidir. Ceyms Uotson
- Bir qadını və ya qohumunu təhqir etmək, peşə sahəsindəki rəqabət, qarşıdurma, ticarət mübahisələri, habelə məhkəmədə çıxış etmək yalnız qəzəbə, qəzəb isə qətlə səbəb olur. Çanakya
- Bir sənayedə rəqabət aparan hər bir firmanın açıq və ya gizli olmasından asılı olmayaraq rəqabət strategiyası var. Maykl Porter
- Biz insan təbiətində fitnənin üç səbəbini tapırıq: birincisi, rəqabət, ikincisi, özünə inamsızlıq, üçüncüsü, şöhrət ehtirası. Tomas Hobbs
D
[redaktə]- Deyirlər ki, qadınlar digər həmcinsləri üçün geyinir, rəqabət hissi onlara güc gəlir. Bu düzdür. Amma dünyada kişilər olmasaydı, onlar belə etməzdilər. Koko Şanel
E
[redaktə]- Elm və sənətdə güçlü rəqabət olmazsa, inkişaf da olmaz. Samuel Cekson Barnett
Ə
[redaktə]- Əgər insan səfehlik edirsə, bu, yalnız özünü aşağı hiss etdiyinə və faydalı bir işdə başqaları ilə rəqabət aparmaq üçün özündə kifayət qədər güc hiss etmədiyinə görədir. Ona görə də faydasız işlərlə məşğul olur. Alfred Adler
- Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir..[1] Cek Ma
- Əmək bölgüsü və texnikanın tətbiqi nə qədər genişlənirsə, işçilər arasında rəqabət bir o qədər genişlənirsə, onların əmək haqqı da bir o qədər azalır. Karl Marks
H
[redaktə]- Həyatın pislikləri qismən təbii səbəblərdən, qismən də insanların bir-birinə düşmənçiliyindən qaynaqlanır. Keçmiş dövrlərdə ərzaq təminatı üçün rəqabət və müharibə lazım idi ki, bunu ancaq qalib gələnlər əldə edə bilərdi. İndi, elmin verməyə başladığı təbii qüvvələrin mənimsənilməsi sayəsində hamı bir-birini yox, təbiəti fəth etməyə həsr etsəydi, hamı üçün daha çox rahatlıq və xoşbəxtlik olardı. Təbiətin başqa insanlarla mübarizəmizdə bir dost, bəzən hətta müttəfiq kimi təqdim edilməsi insanın dünyadakı həqiqi mövqeyini ört-basdır edir və onun enerjisini elmi güc axtarışından yayındırır ki, bu da yeganə mübarizədir. Bertran Rassel
- Həyatınızda yalnız bir dəfə, həqiqətən inanıram ki, dünyanızı tamamilə dəyişdirə biləcək birini tapacaqsınız. Siz ona heç vaxt başqa bir ruhla paylaşmadığınız şeyləri ona danışırsınız və o, dediyiniz hər şeyi dinləyir və əslində daha çox eşitmək istəyir. Siz gələcəyə olan ümidləri, heç vaxt gerçəkləşməyəcək arzuları, heç vaxt əldə olunmayan məqsədləri və həyatın sizə atdığı çoxlu məyusluqları onula paylaşırsınız. Möhtəşəm bir şey baş verəndə, həyəcanınıza şərik olacağını bilə-bilə bu barədə ona danışmaq üçün səbirsizlənirsiniz. İncidildiyiniz zaman sizinlə ağlamaqdan və ya özünüzü axmaq etdiyiniz zaman sizinlə gülməkdən utanmır. Heç vaxt hisslərinizi incitməz və ya kifayət qədər yaxşı olmadığınızı hiss etdirmir, əksinə o sizi inkişaf etdirir və sizi xüsusi və hətta gözəl edən şeyləri sizə göstərir. Heç vaxt heç bir təzyiq, qısqanclıq və ya rəqabət yoxdur, ancaq o yanında olduqda bir rahatlıq duyursan. Siz özünüz ola bilərsiniz və sizin haqqınızda nə düşünəcəyi barədə narahat olmayın, çünki o sizi olduğunuz kimi sevir. Bir not, mahnı və ya gəzinti kimi insanların əksəriyyəti üçün əhəmiyyətsiz görünən şeylər, əbədi olaraq əzizləmək üçün ürəyinizdə qorunan əvəzolunmaz xəzinələrə çevrilir. Uşaqlığınızın xatirələri geri qayıdır və o qədər aydın və canlıdır ki, yenidən gənc olmaq kimidir. Rənglər daha parlaq görünür. Əvvəllər nə olduğunu bilmədiyiniz gülüş gündəlik həyatın bir hissəsi kimi görünür. Gün ərzində bir və ya iki telefon zəngi uzun bir iş günündən keçməyinizə kömək edir və həmişə üzünüzdə təbəssüm yaradır. Onun hüzurunda davamlı söhbətə ehtiyac yoxdur, ancaq siz onun yanında olmaqdan kifayət qədər razı olduğunuzu görürsünüz. Əvvəllər sizi heç maraqlandırmayan şeylər valehedici olur, çünki bilirsiniz ki, sizin üçün çox xüsusi olan bu insan üçün vacibdir. Hər fürsətdə və etdiyiniz hər şeydə bu insanı düşünürsünüz. Sadə şeylər onu solğun mavi səma, mülayim külək və ya hətta üfüqdə fırtınalı bulud kimi xatırladır. Bir gün qırılma şansının olduğunu bilə-bilə ürəyini açırsan və ürəyini açarkən heç vaxt arzulamadığın bir sevgi və sevinc yaşayırsan. Həssas olmağın ürəyinizə əsl həzzi hiss etməsinə imkan verməyin yeganə yolu olduğunu görürsünüz. Əsl dostunuz və bəlkə də sona qədər sadiq qalacaq bir can yoldaşınız olduğunu bilməklə güc tapırsınız. Həyat tamamilə fərqli, həyəcanlı və dəyərli görünür. Yeganə ümidiniz və təhlükəsizliyiniz onun həyatınızın bir parçası olduğunu bilməkdir. Bob Marli
İ
[redaktə]- İnsanın təbiətində nə qədər çox qısqanclıq varsa, bir o qədər çox şeyə nail olanları tənqid edir. Əgər siz tənqidi danışırsınızsa və neqativ fikirlər səsləndirirsinizsə, bu, öz uğursuzluqlarınızın qarışıq, nifrətlə dolu zehnin səbəb olduğu ola bilər. Psixi sağlamlığın əlaməti başqaları nail olduqda sevinmək və onlarla birlikdə sevinməkdir. Heç vaxt özünüzü və ya nailiyyətlərinizi başqaları ilə müqayisə etməyin, ancaq özünüzlə müqayisə edin. Özünüzlə davamlı rəqabət aparın. Bu, sizi daha yüksək standartlara və nailiyyətlərə nail olmağa məcbur edəcək. Kinli və ya paxıl fikirlərə qapılmaqla özünüzü məğlub etməyin. Düzgün, sevgi, ümid və nikbinliklə düşünün və həyatda qələbə qazanacaqsınız. Norman Vinsent Pil
M
[redaktə]- Məşhur aktyor Turpion Ambivi birnci cərgədə oturanlara daha çox həzz gətirir, amma axırıncı cərgədə oturanlar da həzz alır. Həzzə daha yaxın olan gənclik daha çox sevinir. Amma ona uzaqdan baxan qocalıq da həzz alır. Qocalıqda sanki şəhvətdə, şöhrətpərəstlikdə, rəqabətdə, düşmənçilikdə, hər cür ehtiraslarda xidmətini başa vuran ruh təkbaşına qala bilər və necə deyərlər, özü üçün yaşaya bilər! Mark Tulli Siseron
- Müasir dünyanın əsas yaradıcıları iki kişi idi: Rokfeller və Bismark. Biri iqtisadiyyatda, digəri siyasətdə fərdi rəqabət yolu ilə əldə edilən ümumbəşəri səadət liberal xülyasını puç etdi, onu monopoliya və korporasiya hesab edilən dövlətlə əvəz etdi və ya ən azından bu formalara doğru hərəkət etdi. Rokfellerin əhəmiyyəti onun müasirlərinin ideyaları olan ideyalarında deyil, onun zəngin olmasına imkan verən təşkilatın növünü sırf praktiki şəkildə başa düşməsindədir. Onun işi ilə texnologiya sosial inqilaba səbəb oldu; lakin hərəkətlərinin sosial nəticələrini istədiyini söyləmək olmaz. Bertran Rassel
- Müdrik insan var-dövlət dalınca qaçmır, amma şöhrətə də biganə deyil. Onun nə qədər pis paylandığını görəndə, onun rəqabət ruhunun canlandıracağı və cəmiyyət üçün faydalı olacağı fəziləti əzab çəkməyə başlayır və tədricən yoxsulluq və naməlumluq içində yox olur. Jan Jak Russo
N
[redaktə]- Nəcib adam həyatında üç şeydən uzaq olmalıdır: həyat gücü bol olan gənclikdə qadınlarla maraqlanmaqdan, həyat gücü qüdrətli olan yetginlikdə rəqabətdən, həyat gücü kasad olan qocalıqda isə xəsislikdən. Konfutsi
O
[redaktə]- Oğurluq etməyin, hökumət rəqabətdən xoşlanmaz. Cem Yılmaz
- Opera və operettalar türklər arasında gizli qalmış olan bir çox talantları gözəl səs sahiblərini meydana çıxarıb, türk sənaye-nəfisiyyəsi yolunda böyük addımlar atıldı, dram və opera yazıçıları arasında bədii bir rəqabət salıb, bir çox ciddi dram əsərləinin meydana çıxamasına səbəb oldu. Üzeyir Hacıbəyli
Ö
[redaktə]- Ölənlərin üstünlükləri ilə rəqabət aparmaq çətindir. Yapon atalar sözləri
- Özümüzü xaricdən təcrid etməyimizi təbliğ etmirəm. Bu tamamilə cəfəngiyatdır, amma bizim üçün həyati əhəmiyyət kəsb edən və xarici ölkələrlə rəqabət apara biləcəyimiz sənaye sahələrinin inkişafı üçün əlverişli bir rejim yaratmalıyıq.
P
[redaktə]- Proletariat o ictimai sinifə deyilir ki, həyat vasitələrini ancaq öz əməyini satmaq yolu ilə əldə edir, müəyyən bir kapitaldan mənfəət götürmək hesabına yaşamır. O elə bir sinifdir ki, onun xoşbəxtlik və bədbəxtliyi, həyatı və ölümü, bütün varlığı əməyə olan tələbdən, yəni işlərinin yaxşı və ya pis getməsindən, qarşısı heç bir şeylə alınmayan rəqabətin artıb-azalmasından asılıdır. Proletariat, yaxud proletarlar sinfi XIX əsrin zəhmətkeş sinfidir. Fridrix Engels
R
[redaktə]- Rəqabət — dahilik üçün qidadır. Volter
- Rəqabət və başqaları ilə müqayisə — yaradıcı şəxsiyyət olmağa mane olan 2 əsas şeydir.
- Rəqabətin iki tərəfi var — bir tərəfdən sizi daha sürətli hərəkət etməyə məcbur edir, daha çox şeylər icad etməli, daha çox işləməlisən, digər tərəfdən isə təsirini bir qədər məhdudlaşdırır. Luiza Hey
Ş
[redaktə]- Şeh günəşlə rəqabət apara bilməz. Zulu atalar sözləri
- Şirkətin səhmlərinin alınması üçün əsas meyar 10 il ərzində şirkətin rəqabət qabiliyyətidir. Uorren Baffett
V
[redaktə]- Vətəndaşlarının əsas hüquqlarından məhrum olan dövlət qonşuları üçün də təhlükəyə çevrilir: daxili özbaşınalıq öz əksini özbaşına xarici münasibətlərdə göstərəcək. İctimai rəyin sıxışdırılması, hakimiyyət uğrunda ictimai rəqabətin ləğvi və onun ictimai həyata keçirilməsi dövlət hakimiyyətinin özünün istədiyi şəkildə silahlanmasına yol açır…. Öz xalqına yalan danışmaqdan çəkinməyən dövlət başqa dövlətlərə də yalan danışmaqdan çəkinməyəcək. Vatslav Havel
Y
[redaktə]- Yalnız kişi və qadın arasında əsl dostluq ola bilər, çünki bu yeganə bağlılıqdır ki, aralarında paxıllıq və rəqabət yoxdur. İmmanuel Kant
İstinadlar
[redaktə]- ↑ Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı — Alibaba. publika.az, 13.09.2014 (azərb.)